Göyqurşağının rəngləri

Bahar Alasova
Pragmatech
Published in
6 min readSep 15, 2020

Bu yazıyı oxuyan dost bəlkədə düşünürsən texniki məqalələrin arasında belə bir yazının nə işi var görəsən?!.Sənin hal hazırdakı ruh halını bilmirəm,oxuyarkən keçirəcəyin hisslərinidə bilmirəm.Bu məqaləni yazmaqda məqsədim odur ki ,bəlkədə mənim hiss etdiklərimi hiss edib özünü tək hiss edənlər var aranızda.Ancaq bu yazıyı oxuduqdan sonra yalnız olmadıqlarını anlayacaqlarından əminəm.Hər birimiz üçün çətin olan ,əziyyətli dönəmlərdən keçirik ,bəzilərimiz bu çətinliyə dayanabilməyib geri qayıdır, bəzilərimizdə davam edir.Bəlkədə özünü çox insanlardan geridə qalmış kimi hiss edirsən. Məncə bu düşüncəni unutmağın vaxtı gəldi əziz dost. Onu xatırlaki hamımızın başladığı yer eyni deyil.Hamının eyni yerdən başlamasıda məncə nə maraqlı nə də ədalətli olardı.Soruşacaqsan niyə ki ?!.Təsəvvür et bir kişi ,bir qadın, bir uşaq və birdə fiziki qüsuru olan 4 nəfər var və onlar velosiped sürmək istəyirlər.biz əgər bu 4 insanada 4 eyni velosiped versək səncə doğru olarmı.Budurmu bərabərlik dediyimiz şey ?!.Məncə yox ….çox şeydən şikayət edə bilərik məsələn filankəs 8 sinifdə proqramlaşdırmaya başlayıb ancaq mənim gör neçə yaşım var ,əşi çox gec qalmışam.

Əslində səhvi bilirsən harda edirik .Çox xoşuma gələn bir aforizm var deyir ki, depresiyadasansa dünənini ,narahatsansa sabahını, xoşbəxtsənsə bu gününü yaşayırsan.Düşün sənin hər gün hesabına 80 000 manat pul köçürülür. Və sənə deyilir ki, nə qədər xərcləmək istəyirsənsə xərclə ancaq gün sonunda istifadə etmədiyin məbləğ hesabından silinəcək. Və sabah yenə 80 000 manat köçürülür.Dostum zamanda belədir bu gününü nə qədər istifadə edirsən et bu gününü sabaha apara bilmirsən. Niyə bu günümüzü dünənin peşmançılıqlarını düşünərək hədər edək ki ?. Onu da bil ki sabahda dünənin olacaq bu günün dərdin çəkəcəksən.Bəzi şeylər görə peşman olmağı lüğətindən çıxar.Arzularının , hədəflərinin arxasınca sonuna qədər get. Elə bir ömür yaşa ki bir gün qocalıb arxaya baxdığında ömrün bir gün kimi deyil bir günün bir ömür qədər mənalı keçmiş olduğunun fərqinə varasan.Var olmaq üçün yaşama, yaşamaq üçün yaşa..!!!.Həyatın lazımsız problemlərinə baş sındırıb özünü görməzdən gəlmə.İcazə verməki içindəki səni öldürsünlər.Və məncə ən yaxşısı həyatın sonsuzluğunu dərk etməyə çalışmaqdır, onu dərk etdiyin zaman bəzi şeylər üçün boşu boşuna stress çəkdiyini görəcəksən.Çoxumuzun bu həyatda istədiyi uğurlu bir insan olmaqdır. Ancaq əvvəlcə uğurun nə olduğunu anlamağa çalışmalıyıq .Əsl uğur inamını itirmədən bir uğursuzluqdan o birisinə keçə bilməkdir.Və heç zaman özünü digər insanlarla müqayisə etmə.İnsanların sənin ümidlərini qırmağına icazə vermə.

Gəl səninlə bu şəkil bizə nə demək istəyir? deyə bir az düşünək.Məncə demək istəyir ki çəkdiyiniz əziyyəti hər zaman medal , dərcə, kimi görəcəli şeylərlə müqayisə etməyin.Şəkildəki üzgüçü timsalında olan insan əslində hər birimizi təmsil edir .Qablarda olan su isə bir iş uğruna tökdüyümüz tərin, əziyyətin simvoludur.Amma görürük ki 1 ci yer üçün 1 stəkan su , 2 ci yer üçün bir qab , 3 cü yer üçünsə bir vedrə su istifadə edilib.Bizə demək istəyir ki, siz bir yarışda 1 ci olan birindən daha çox çalışıb 2 ci ola bilərsiz. Bu sizi ruhdan salmasın , əksinə daha da gücləndirsin.Çünki bayaq da dediyim kimi hamımızın başladığı yer eyni deyil.Sadəcə yer tutmaq uğuruna yersiz rəqabətlərlə ruhunuzu kirlətməyin.Rəqabətiniz özünüzlə olsun.Uğur qazanıb qazanmadığınızı bilmək istəyirsinizsə dünəninizlə bu gününüzü müqayisə etməyiniz kifayyətdir.Yersiz paxıllıq, rəqabət sadəcə sizin ruhunuz kirlədər də başqa bir şey etməz.

Bəzən hamıdan bir addım geridən başlamaq daha çox xeyrimizə olur.Zaman dediyimiz şey o qədər dəyişkəndir ki ,dəyəridə o qədər fərqlidi. Məsələn 1 dəq qiymətini həkimlərə, birdə heç bir işlə məşğul olmayan birinə soruşsanız fərqini daha yaxşı anlayacaqsınız.Elə uzağa getməyək bahar yağışından sonra çıxan göyqurşağını düşünək . Baxanda çox yaxın görünür amma getdikcə bir o qədərdə uzaqda olduğunu görürsən.Əslində tərsini də düşünə bilərik çox uzağımızda olan bir şey necə ola bilər ki bir o qədər də yaxınımızda olsun . Buna isə arzularımızı , xəyallarımızı, hədəflərimizi misal göstərə bilərəm. Yaxşı gəlin sizə belə bir sual verim .Görəsən bir şeyin xəyalı səni həm dərdə salıb həmdə o dərdin verdiyi əzabdan xilas edə bilərmi…?!. Bəlkədə çoxlarınız razılaşmaya bilər bu fikirimlə . Məncə hə… elə arzularımız ən bariz nümünəsidir deyə düşünürəm .Çünki uzağımızda olan bir şeyin xəyalını qurduqda uzağımızda olduğu üçün kədərlənirik ancaq ona bir gün çatacağın düşüncəsi, o səni kədərləndirən xəyalın sənə motivasya qaynağı olmağına səbəb olur.

İndi isə çoxumuzun dərd yeri olan motivasya məsələsi haqqında danışmaq istəyirəm .Özünüzə soruşmusunuzmu motivasya nədir deyə ?!.Bəlkə yanıb kül olmuş meşəyə yağan yağışdır.O yağışki yanıb kül olmuş o ağaclardan birinin toxumunu sulayaraq böyüyüb ağac olmağına kömək edir.Nədir bizə motivasya verən şey ?… bəlkə bir söz ,bəlkə gözəl bir nəticə və ya daha fərqli bir şey.Bəlkədə xırda bir ümid…. Həyatının nə qədər qiymətli olduğunun fərqində ol hər zaman. Bil ki hər şeyin əllərinin arasından axıb gedəcəyi düşüncəsinə sürükləndiyin bir dönəmdə ən xırda şirin söz belə səni ən dibdən çıxarta biləcək gücə sahibdir. Bu sözlərimə qüvvət olaraq qisa bir hekayə danışım sizə .

İki rəssam olan Consi və Syu çox yaxın rəfiqə idilər. Bir gün iki yaxın dostdan Consi ağır pnevmaniya olur . Consinin çarpayısının yönü pəncərənin qabağında, divara sarmaşan bir sarmaşığa baxırdı. Consinin xəstələndiyi bu zaman payıza təsadüf etdiyi üçün sarmaşığın yarpaqları kütləvi şəkildə tökülürdü .Və daha 3 gün öncə 100 dən çox yarpaq olduğu halda , indi isə sarmaşığın 5–6 yarpağı qalmışdı .Bu mənzərə isə Consiyə pis təsir edir və ömür səhifələrinin də o yarpaqlar kimi töküldüyünü Syuya qəmgin bir şəkildə dedi. Dostu isə bu söhbəti qonşuları yaşlı rəssam olan Bermana danışdı. Sabah Consi oyandığında sarmaşığın sadəcə bir yarpağı qalmışdı. Consi o tək yarpağa son ümidi kimi baxırdı .Bu yarpaq küləkli ,yağışlı havada belə düşmədi. Sanki o sonuncu yarpağın düşməməyi Consiyə ümid olmuşdu. Və beləliklə Consi tezliklə sağaldı.Bir neçə gün sonra qızlar qonşuları Bermanın sətəlcəmdən vəfat etdiyini öyrəndilər .Deyilənə görə , o gecə paltarları və ayaqqabıları su içində olmasına baxmayaraq əlində fırça və boya ilə düşən sonuncu yarpağın şəklini çəkirmiş. Bəli Consini həyata geri qaytaran o son yarpaq , Bermanın öldüyü gecə çəkdiyi şah əsəri idi…

Hərdən özümə insan ruhu nə qədərdə sirrlidir deyirəm bəzən od kimi yanıb buz kimi duran bir insan xırda bir söz qarşısında dayana bilmir. Hədəflərimizə doğru yola çıxdığımız bu yolda möhkəm olmalıyıq dostum.Və motivasya qaynağımız özümüz olmalıyıq.Düzdü insanıq hamımız hər zaman hər şeyə müsbət baxa bilmirik kədərlənirik, ümidsizliyə qapılırıq .Bəzən ətrafımızda dərdimizə qulaq asıb bizə dəstək olan insanlar olmaya bilir.Unutma tək deyilsən sənin kimi olan o qədər insan var ki , onların səni anladığını xəyal et. Ən böyük dəstəkçin özün ol .Bizlər qarşılaşdığımız çətinliklərə problem kimi baxmamağı öyrənməliyik.Axı bu çətinliklər olmasa təcrübə qazana bilmərik ki.Onuda bil ki nəticə çıxartdığımız hər səhv səhv deyildir. Amma bir şey daha demək istəyirəm həyat hər şeyi yaşayıb nəticə çıxartmaq üçün qısadır.Öz səhvindən nəticə çıxarmaq gözəl bir şeydir,ancaq başqalarının səhvindən nəticə çəxartmaq daha gözəl bir şeydir.İndi isə sizinlə vidalaşıram dostlarım .Bir daha görüşmək ümidi ilə….Son olaraqda sizlərə öz yazdığım şeirlərdən bir neçəsini ərmağan etmək istəyirəm.

Bir daş kimi görsəndə o qiymətli daş

Yonularaq eylənər üzüyə ləl qaş

Lazım bunu düşünəcək yalnızca baş

Gözüdə qoruyandır üstündəki qaş

Görməsələrdə səni qiymətli kimi

Güc olsun sənə onların dolu kini

Qaranlıqda addımlarkən yoxuş yolu

İşıq olsun sənə şeirin bu qolu ..!!!

Zirvədəki Baharsansa əgər

Yaydada qarın qaldığını biləsən

Yamacında açan güllər belə

Əyməsin başın zirvədən gələn yelə…!!!

--

--