Interpreter və Compiler dillər arasındakı fərq

Aytan Rustamzada
Pragmatech
Published in
2 min readAug 28, 2021

Komputerin başa düşdüyü yalnız və yalnız 0 və 1lər olduğu halda necə olur ki biz müəyyən kodlar yazırıq və nəticə alırıq?

Biz yazdığımız kodlar müəyyən mərhələlərdən keçərək tərcümə olunub komputerin başa düşəcəyi hala gəlir. İnterpreter və Compiler da bu tərcümə işini görüb yazdığımız kodu komputer koduna (machine code) çevirir.

İnterpreter necə işləyir?

  1. Interpreter kod faylınızı götürür
  2. Sətrbəsətr tərcümə edir.
  3. Hər hansısa bir sətrdə error çıxdığı halda prosesi dayandırır.
  4. Error çıxan sətrə qədər nəticəni ekranda göstərir.

Compiler necə işləyir?

  1. Kod faylını götürür
  2. Umumi faylı tərcümə edir.
  3. Kodun hansınsa hissəsində error varsa dayanır
  4. Error gördüyü təqdirdə ekrana heç bir nəticə çıxartmır.

İnterpreter və Compiler üstünlükləri.

  1. İnterpreter sətrbəsətr tərcümə etdiyi üçün interpreter yavaş, compiler isə sürətli işləyir.
  2. İnterpreter tərcümə etdiyi kodlarda problem olmadığı təqdirdə ekranda nəticə göstərdiyi üçün debug prosesini asanlaşdırır.

İnterpreter dillərə misal olaraq: Python, Ruby, Perl, SNOBOL, MATLAB, Javascript

Compiler dillərə misal olaraq: C, C++, C#

--

--