JAVASCRİPT HTML DOM

Huseyn Mammadov
Pragmatech
Published in
2 min readAug 28, 2021

Web dünyasında hər bir HTML səhifəsi bir dokument mənasında gəlir. DOM(Document Object Model) bu HTML dokumentlərini “tutmaq” və manipulyasiya(idarə) etmək üçün istifadə olunur. DOM elementləri idarə etməyi asanlaşdırmaq üçün veb səhifələrinin hər birini ağacabənzər strukturda təmsil edir.

DOM-un quruluşu

DOM hər biri bir HTML elementini təmsil edən “node”-lardan ibarətdir. <HTML> tagı həmişə birinci gəldiyi üçün “root node” adlanır. Bu tagın içindəki qalan elementlər isə “children nodes” adlanır.

JavaScript -də, DOM bir veb səhifədə mövcud olan hər bir elementi təyin etməyi asanlaşdıran bir classdır. Brauzerdə bir səhifə yükləndikdə, dokument obyekti formalaşır. Built-in metodlardan istifadə edərək HTML elementlərini dəyişdirə bilərik.

Yuxarıdakı kodun DOM quruluşu aşağıdakı kimidir :

JS DOM Methods

getElementById : müəyyən idli elementi seçmək üçün istifadə olunur. Aşağıdakı kodda idsi container olan element seçilir.

getElementsByClassName : elementi class ilə seçmək üçün istifadə olunur. Aşağıdakı kodda class adı container olan element seçilir.

querySelectorAll : class adı və idsi eyni olan bütün elementləri seşmək üçün istifadə olunur. Aşağıdakı kodda HTML səhifəsində class adı box olan bütün elementlər seçilir.

--

--