Javascript type conversion

Huseyn Mammadov
Pragmatech
Published in
2 min readAug 29, 2021

Type conversion (tip çevirmə) hər hansı bir data tipinin başqa bir data tipinə çevrilməsi prosesidir. Javascriptdə tip çevirmənin 2 növü mövcuddur

  • Implicit Conversion — avtomatik tip çevirmə
  • Explicit Conversion — manual tip çevirmə

JavaScript Implicit Conversion

Bəzi hallarda javascript data tiplərini avtomatik çevirir. Bu proses İmplicit tip çevirmə adlanır.

Nümunə 1. Stringə avtomatik çevirmə

Rəqəm və string toplandıqda javascript ilk öncə rəqəmi stringə çevirir, daha sonra toplama əməliyyatını yerinə yetirir.

Nümunə 2. Rəqəm tipinə avtomatik çevirmə

-, * və / operatorları istifadə edildikdə ilk öncə hər iki tərəf rəqəmə çevrilir. Bu operatorları istifadə edən zaman stringin daxilində rəqəm olmadıqda nəticə ‘Nan’ olur.

Boolean data tipi istifadə etdiyimiz zaman true 1, false 0 kimi qəbul edilir.

JavaScript Explicit Conversion

Data tiplərini istəyinizə görə də çevirə bilərsiniz. Bu şəkildə tip çevrilməsi (manual) explicit tip çevirmə adlanır.

  1. Rəqəm tipinə çevirmə

Datanın tipini manual olaraq rəqəmə çevirmək üçün Number() funksiyası istifadə edilir.

2. Stringə çevirmə

Digər data tiplərindən stringə çevirmək üçün String() funksiyası istifadə edilir.

3. Boolean data tipinə çevirmə

Boolean data tipinə çevirmək üçün Boolean() funksiyası istifadə olunur.

Boolean data tipinə çevrilmə zamanı undefined, null, 0, Nan və ‘’(içi boş olan string) dəyərləri false kimi qəbul olunur. Digər bütün dəyərlər isə true olur.

Aşağıdakı cədvəldə müxtəlif data tiplərinin string, number, boolean qarşılığını görə bilərsiniz

--

--