JSON nədir? Pytonda bizə nə kimi imkanlar yaradır

Farid Ahmadov
Pragmatech
Published in
2 min readSep 5, 2020

JSON (JavaScript Object Notation), strukturlaşdırılmış məlumatları təmsil etmək üçün istifadə olunan populyar bir məlumat formatıdır(data format). JSONda verilənlər açar(key) və dəyər(value) dan ibarət olur. JSON formatını istifadə edərək bir server və web tətbiqetmə arasında məlumat ötürmək və qəbul etmək olduqca geniş istifadə olunan bir üsuldur. Həm də istifadəsi sadəliyi ilə çox üstünlük verilən bir əlaqə formatıdır.

JSON dəstəkəldiyi data tipləri:

string. #{ “name”:”John” }number. #{ "age":30 }boolean #{ "sale":true }null. #{ "middlename":null }array. #{"employees":[ "John", "Anna", "Peter" ]}object. #{"employee":{ "name":"John", "age":30, "city":"New York" }}

* JSON’a aid sadə nümunəyə baxaq:

[
{
"tip":"kitab",
"nov":"roman",
"mehsullar":[
{
"ad":"Əli və Nino",
"muellif":"Qurban Səid"
},
{
"ad":"Qılınc və Qələm",
"muellif":"Məmməd Səid Ordubadi"
}
]
}
]

1. JSON Kitabxanasını daxil etmək

JSON ilə işləmək üçün Python’un json modulundan istifadə edə bilərsiniz . Json modulunu istifadə etməzdən əvvəlcə onu idxal etməlisiniz.

import json

2. JSONda Oxu Əməliyyatları necə icra edilir?

JSON sənədlərini oxumaq və istifadə etmək üçün iki üsulumuz var. Bunlardan biri əlimizdəki JSON sənədlərini daxil etmək və bir JSON obyektinə daxil etmək və ya bir Dict əldə etmək üçün bir JSON quruluşundakı məlumatları çevirməkdir. İndi hər iki üsulu da nəzərdən keçirək.

2.1 JSON məlumatlarını dict məlumat növünə çevirmək

Loads() funksiyasından istifadə edərək sahib olduğumuz JSON quruluşuna uyğun gələn string tipini Json tipinə çevirə bilərik. Bu çevirmə prosesinin nəticəsi bir dict qaytarır. Sonra dicti istədiyiniz kimi istifadə edə bilərsiniz.

import json 
student = ‘{“Ad”: “Farid”, “Bacariqlar”: [“Python”, “JSon”]}’
student_dict = json.loads(student)
print(student_dict)
# Output: {‘Ad’: ‘Farid’, ‘Bacariqlar’: [‘Python’, ‘JSon’]}
print(student_dict[‘Bacariqlar’])
# Output: [‘Python’, ‘JSon’]

Nümunədə olduğu kimi, bir JSON formatını dikt məlumat növünə çevirərək məlumatları asanlıqla oxuya bildik.

2.2 JSON Faylının oxunması və Dict məlumat tipinə çevrilməsi

Bəzi proqramların verdiyi nəticələr birbaşa JSON fayl qaytarır. Uzantısı .json olan bir faylınız varsa, onu asanlıqla oxuya bilər və onu Dict data tipinə çevirərək istifadə edə bilərsiniz.

import json
with open(‘filenin_yeri/student.json’) as connect:
data = json.load(connect)
print(data)
# Output: {‘Ad’: ‘Farid’, ‘Bacariqlar’: [‘Python’, ‘JSon’]}

Buradakı vacib məsələ, fayl məzmununuzun json formatına uyğun olmasıdır.

3. Dataları Dict məlumat tipindən JSON-a çevirmək və yazdırmaq

İndiyə qədər JSON formatında məlumatların Dict tipinə necə çevriləcəyini gördük. İndi isə dict məlumat növündən JSON formatını necə əldə edəcəyimizi görəcəyik

import jsonstudent_dict = { 
‘ad’: ‘Farid’,
‘soyad’: ‘Ahmadov’,
‘yaş’: 23 }
with open(‘student.json’, ‘w’) as data:
json.dump(student_dict, data)

Yuxarıdakı nümunədə, dump funksiyası sayəsində, dict məlumat növünü student.json adlı yeni bir fayl adı ilə JSON formatına çevirdik.

Mənbələr:

--

--