Kod yazma sürətini necə artırmaq olar?

Samir Karimov
Pragmatech
Published in
2 min readMar 31, 2023

Günümüzdə hər sahədə olduğu kimi proqramlaşdırma sahəsində də sürət çox əhəmiyyət kəsb edir.

Layihə yazarkən kod yazma sürətini artırmaq bir proqramçının əldə etməsi lazım olan qabiliyyətlərdəndir.

Kod yazma sürətini artırmaq üçün faydalı ola biləcək bəzi məqamları qeyd edirəm.

Planlama

Kod yazmadan əvvəl qələm, kağızla planlama et. Niyə kompüterdə yox da kağız qələm məsləhət görürəm? Çünkü bizim beynimiz fiziki olaraq yazarkən daha fərqli formada işləyir. Layihə planını çıxarıb detallandırmaq barəsində xeyli faydalı olur.Bunun kod yazma sürətinə təsiri nədir desəniz, “Real həyatda həlletmədiyin problemin kodunu yaza bilməzsən” ifadəsini xatırlamaq kifayətdir.

Kod editor ya da IDE

Kod editor ya da IDE-nizi yaxşı tanıyın. Mütləq şəkildə hansı editor yada IDE-ni istifadə edirsinizsə onun xüsusiyyətlərini, mənfi və müsbət cəhətlərini və ən əsası konfiqurasiya üsullarını öyrənin. Editor sizin istifadə edəcəyiniz alətdir.Ona nə qədər hakim olsaz bu sizin kod yazma sürətinizə müsbət təsir edəcək. Editorunuz üçün hazıranan Extentionları düzgün analiz edərək istifadə edin

Qısa yol kombinasiyaları

İstifadə etdiyiniz əməlyat sistemi, editorunuzun qısa yol kombinasiyalarını praktika edərək istifadə etməyə alışdırın özünüzü. Mümkün mərtəbə maus istifadə etmədən işlərinizi həlletmə alışqanlığınızı inkişaf etdirin. Qısa yolların düzgün istifadəsi kod yazma müddətinə ciddi müsbət təsir edir. Bir müddət əməlyat sistemi olaraq Linux istifadə etməyi şiddətlə tövsiyə edirəm.

Süni zəka alətləri

Copilot və chatGPT kimi süni zəka alətlərinin istifadəsi artıq mütləqdir. Bu kimi alətlərin düzgün və effektiv istifadə üsullarını öyrənin və tətbiq edin. Bu kimi alətlər düzgün istifadə edildiyi halda inanılmaz dərəcədə sürət qazandırır. Bu alətlərin faydası sadəcə kod yazma sürəti ilə əlaqədar deyil. Ona görə mütləq istifadə etmə alışqanlığınız olsun

Bütün bunlara əlavə olaraq kod yazma mühitinizi öz xarakterinizə uyğun olaraq tərtib etmək çox əhəmiyyətlidir. Bəsit editor rəng paletləri belə bəzən kod yazma sürətinə təsir edir.

Biz madəm günümüzün əksər zamanını bu alətlərlə keçiririk, bu alətləri özümüzünküləşdirməliyik.

--

--