Kompüter “5+1” əməliyyatını necə başa düşür?

Sevil Rasulova
Pragmatech
Published in
4 min readAug 3, 2020

Bir çoxumuz artıq ikili say sistemində riyazi hesablamaların necə aparıldığını öyrənmişik. Bəs heç özünüzə belə bir sual vermisinizmi ki , “Kompüter toplama əməliyyatını necə anlayır ?“, “Mən 5+1 yazanda kompüter hansı əməliyyatları aparır ki , bizə 6 cavabını verir?”Heç bu haqda araşdırma edib , bu suallara cavab tapmısızmı ? Əgər yox isə , bu məqaləni oxuduqdan sonra fikrinizdə yaranan boşluqları doldura biləcəksiniz.

Kompüter riyazi hesablamaları — üstəgəl , çıxma , vurma və bölmə kimi əməliyyatları bitwise operatorları ilə edir . Suallarımızın əyani formada cavabını görə bilmək üçün https://logic.ly/demo saytına daxil olub kompüterin hesablama aparma məntiqini quracayıq. Amma burda elektrik dövrələrini qura bilmək üçün bitlər üzərində əməliyyatlar zamanı istifadə olunan NOT , OR , XOR , AND , NAND , NOR , XNOR elementləri haqqında məlumatlı olmalıyıq . Bu səbəbdən əvvəlcə bu elementlərin nə iş gördüyü barəsində məlumat verəcəm.

1.NOT ELEMENTİ

NOT elementi girişə veriləni tərsinə dəyişir. Yəni əgər elektrik düyməsi yanılıdırsa , lampa sönür , elektrik düyməsi sönükdürsə , lampa yanır.

2.OR ELEMENTİ

OR elementində təkcə 1 elektrik düyməsinin yanılı olması kifayət edir ki, nəticədə lampa yansın.Lakin bu element bizə toplamanı yerinə yetirməyə tam olaraq şərait yaratmır ,çünki toplama zamanı girişdə A=1 və B=1 verəndə , yəni hər iki elektrik düyməsi(switch) yananda, çıxışda 10 alırıq. Yəni cavabı 0 yazıb , 1-i yadda saxlayırıq. Amma cədvəldə gördüyünüz kimi OR elementi ilə cavab 1 alınıb.

3.XOR ELEMENTİ

XOR elementi bizə toplama əməliyyatını tam olaraq edə bilməyimizə şərait yaradır. Bu elementdə ancaq 2 elektrik düyməsindən dəqiq 1-i yanırsa , lampa yanacaq. Əgər ikisidə yanılı olarsa , nəticədə lampa yanmayacaq. Cədvələ baxsaq həqiqətən də XOR elementi ilə toplamanı edə bildiyimizi görürük .

4.AND ELEMENTİ

AND elementi hasil əməliyyatını həyata keçirir. Bu element ilə nəticədə lampanın yanması üçün hər iki elektrik düyməsindən elektrik keçməlidi .

5.NAND ELEMENTİ

NAND elementi AND elementinin verdiyi nəticənin əksini verir . Bu element əslində ANDNOT elementlərinin birləşməsindən əmələ gəlib.

6.NOR ELEMENTİ

NOR elementi də OR qarşısında N(NOT) olduğu üçün OR elementinin verdiyi nəticələrin əksini verir. Bu element , həmçinin OR NOT məntiq açarlarının(bitwise operatorlarının) birləşməsindən yaranıb.

7.XNOR ELEMENTİ

XNOR məntiq açarı XORNOT elementlərinin birləşməsindən əmələ gəlib və çıxışda XOR-un nəticəsinin əksini verir.

Bitwise operatorlarının nə iş gördüyünü öyrəndiyimizə görə , indi toplama əməliyyatını aparan elektrik dövrələrini qura bilərik :

2 dənə 1 bitlik ədədlərin toplanmasına uyğun elektrik dövrəsi :

2 dənə 2 bitlik ədədlərin toplanmasına uyğun elektrik dövrəsi :

Çox güman ki , oxuduğunuz məqalə mövzusu üzrə fikrinizdə fundamental düşüncələr formalaşdı. Bu məqaləni oxuduqdan sonra mənbələr bölümündə verəcəyim videolara baxıb , daha geniş məlumat əldə edə bilərsiz .

Mənbələr :

https://bit.ly/2XnP043- məntiq açarları(bitwise operatorlar) azərbaycanca izahı

https://bit.ly/39RCQ8L- məntiq açarları(bitwise operatorlar) ingiliscə izahı

--

--

Sevil Rasulova
Pragmatech

Studying at lyceum of physics, mathematics and computer science oriented from Baku,Azerbaijan