Kompüter texnikasının yaranma tarixi

Narmin Aliyeva
Pragmatech
Published in
4 min readJul 27, 2020

Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” (“computer”) ingilis sözü olub “hesablayıcı” deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” , “Elektron Hesablama Maşını — EHM” və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.

Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün əşyalardan istifadə etmişlər. İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər. Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar. B.e.ə. V — IV əsrlərdə ən qədim hesablama vasitəsi — yunanların “abak(abacus) adlandırdığı “salamin lövhəsi” yaradılmışdır.

Kompüterlərin 20-ci əsrin son iki onilliyində böyük ixtiralar olaraq ortaya çıxmasına baxmayaraq, onların tarixi 2500 ildən çox abaka qədər uzanır. Muncuq və məftillərdən hazırlanmış sadə bir kalkulyator, bu gün də dünyanın bəzi yerlərində hələ də istifadə olunur.

Abacus

İlk dəfə olaraq 1642-ci ildə məşhur fransız alimi Blez Paskal (Blaise Pascal) 18 yaşında olarkən vergi toplayan atasına pul yığmaqda kömək etmək üçün cəmləyici maşını — Paskalini (Pascaline) icad etmişdi.

Paskaline

1673-cü ildə Gottfried Wilhelm Leibniz hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) yerinə yetirən mexaniki arifmometr yaratmışdır. Onun maşını Paskalin ilə müqayisədə oxşar, lakin inkişaf etmiş bir cihaz idi. Leibniz maşını toplama və çıxma ilə yanaşı, kvadrat köklərlə də işləyə bilirdi. Digər bir qabaqcıl xüsusiyyəti, ilk yaddaş anbarının (register) olması idi.

Arifmometr

Bütün bunlara baxmayaraq, nə Paskal, nə də Leybniz tərəfindən icad edilmiş mexaniki hesablayıcılar kompüter səviyyəsinə uyğun deyildilər. Hesablayıcılar, hesab əməllərini daha sürətli edən və asanlaşdıran cihazdır, lakin bu prosesdə insan iştirakı lazım idi. Məhz bu səbəbdən insanlar tamamilə avtomatik, proqramlaşdırıla bilən hesablayıcı hazırlamaq yollarını düşündükdə hesablayıcılar kompüterlərə çevrildi.

1830-cu ildə ingilis riyaziyyatçısı Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını — analitik maşını (Analytical Engine) yaratmağa cəhd göstərdi. Maşına perfokartların daxil edilməsi, verilənlərin və nəticələrin isə “anbar”da (yaddaşda) saxlanması nəzərdə tutulurdu.

Analytical Engine

Bebbicin fikirləri sonradan universal kompüterlərin yaradılmasının əsasını qoydu. Maşının emalı zamanı Bebbicə Ada Lavleys kömək olmuşdur.

İlk dəfə olaraq bu qadın (Ada Lavleys) proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir və o, tarixə “ilk proqramçı” kimi düşmüşdür.

1930-cu ildə Alan Türinq (Alan Turing) universal kompüterlərin yaradılmasının nəzəriyyəsinə böyük töhfələr vermişdir.

Proqramla idarə olunan ilk kompüterin yaradıcısı alman alimi Konrad Zus (Conrad Zuse) hesab olunur. Tələbə ikən Zus Çarlz Bebbicin Analitik maşınına oxşar qurğunun yaradılması işlərinə başladı. İkinci Dünya Müharibəsi illəri hesablama tarixində güclü kompüterlərin meydana gəlməyə başladığı bir dövr idi. Müharibə başlamazdan bir qədər əvvəl, 1938-ci ildə, Konrad Zus Z1-ni dünyadakı ilk proqramlaşdırıla bilən kompüteri yaratdı. Onun Z1 adlandırdığı maşın verilənlərin daxil edilməsi üçün klaviaturaya malik idi. Hesablamaların nəticəsi kiçik lampalardan qurulmuş paneldə əks olunurdu. Sonradan o, perfolentlə işləyən Z2 maşınını yaradır. 1941-ci ildə Zus, ikilik say sistemi ilə işləyən Z3 kompüterini yaradır. Təəssüf ki, bu kompüterlər müharibə şəraitində sıradan çıxmışlar.

Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.QoldsteynA.Beris tərəfindən verilmişdir. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə qurulan ENIAC (Electronic Numerical Integrator and Computer) adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. Bu kompüter təxminən 167m² bir sahəni əhatə edir, uzunluğu 24 metr (80 fut) və ağırlığı 30 ton idi.

ENİAC

ENIAC yalnız başlanğıc idi. Sonralar onun iki ixtiraçısı Eckert-Mauchly, John von Neumann ilə birlikdə daha yaxşı bir EDVAC (Electronic Discrete Variable Automatic Computer) maşınını hazırladılar. İşin əsas hissəsində von Neumann, bütün müasir kompüterlərin necə işlədiyinin əsasını qoyaraq, maşınların proqramlarını necə saxladığını və emalını təyin etməyə kömək etdi. EDVAC-dan sonra 1951-ci ildə Eckert və Mauchly UNIVAC 1 (UNIVersal Automatic Computer) hazırladılar.

Bu vaxtdan etibarən kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamış və məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunur.

Mənbələr:

https://www.explainthatstuff.com/historyofcomputers.html

https://www.youtube.com/watch?v=O5nskjZ_GoI&list=PLH2l6uzC4UEW0s7-KewFLBC1D0l6XRfye&index=2

https://en.wikipedia.org/wiki/Computer

https://kayzen.az/blog/texnologiya/17738/komp%C3%BCter-texnikas%C4%B1n%C4%B1n-yaranma-tarixi-v%C9%99-inki%C5%9Faf-m%C9%99rh%C9%99l%C9%99l%C9%99ri.html

--

--