Mexaniki hesablama maşınlarının qısa tarixi

Zahra Alizada
Pragmatech
Published in
4 min readJul 25, 2020

Saymaq ehtiyacının yaranması, insanların yaradılışı qədər qədim zamanlardan başlamış hesab edilir. İlk zamanlar insanlar barmaqla hesablama üsulundan istifadə etməli olublar. Barmaq sayından çox hesablamaya ehtiyac duyduqları zaman isə daşlardan istifadə edilib. Zamanla artıq daşların çəki olaraq ağırlığı, yer tutması çox və əziyyətli olduğu üçün çubuqlarla hesablamalara başlanıb. Çubuqlar isə kifayət etmədikdə ilk hesablama alətinə ehtiyac yaranıb.

1. İlk hesablama aləti — Abak(lat. abacus — hesab taxtası) adlanır. Abak hərəkətli hissələrə sahib olan ilk hesab aləti sayılır. Üzərində hərəkət etdirilə bilən muncuqlardan(toplardan) ibarət olan sıra ilə düzülmüş tellərdə muncuqları(topları) sağa-sola hərəkət etdirməklə hesab işləri aparıla bilir. Abak sadə hesab əməllərini yerinə yetirməyə kömək edən bir alətdir.

2. İlk mexaniki hesablama maşını (cəmləyici maşın) Blez Paskal (Blaise Pascal) tərəfindən 1642-ci ildə yaradılıb, “Paskalina” adlandırılıb. Bu maşın sadəcə toplama və çıxma əməlini həyata keçirə bilirdi. B.Paskal (B.Pascal) bu qurğunu vergi işçisi olan atasının hesablama işlərini asanlaşdırmaq üçün hazırlamışdı. XVII əsrdə mexaniki toplama çıxma əməllərini yerinə yetirə bilən tək alət bu olmuşdur.

3. Digər hesab əməllərini yerinə yetirmə ehtiyacından qaynaqlı olaraq Qotfrid Vilhelm fon Leybnits (Gottfried Wilhelm von Leibniz) ilk hesab əməllərini yerinə yetirən “Arifmometri” yaratdı. Bu maşın cəmləmə, çıxma, vurma, bölmə əməllərinin hər birini və kökaltı ifadələrin həllini də yerinə yetirə bilirdi.

Bu zamana qədər bütün maşınlar mexaniki olaraq işləyirdi.

4. İlk Universal programla işləyən maşının yaranması isə Ada Lavleys(Ada Lovelace) və Çarlz Bebbicin(Charles Babbage) adı ilə bağlıdır. Ada’dan İtalyan mühəndis Lyuci Federiko Menabreanın(Luigi Federico Menabrea) İsveçrə jurnalına yazdığı analitik mühərrik ilə əlaqədar bir məqaləni tərcümə etməsi istəndi. O, orijinal fransız mətnini ingilis dilinə tərcümə etməklə yanaşı, öz düşüncələrini və fikirlərini də əlavə etdi. Onun qeydləri orijinal məqalədən üç dəfə uzun olması ilə başa çatdı. Bu qeydlər kompüter tarixində konkret bir maşına tətbiq oluna bilən ilk “kompüter proqramı” hesab olunur.

Təəssüf ki, Ç. Bebbic dövrün texniki imkansızlıqları ucbatından, öz arzusuna çata bilmədi və xəyalındakı hesab maşınını yarada bilmədi. Amma onun və öz dövrünün elm xadimlərinin yaratdığı ilkin texnoloji cəhdlər, dövrümüzün universal kompüterlərinin yaradılmasının əsasını qoymuşdu.

5. Punch Cards(Perfokartların) tarixçəsi

Oyuqlu kartlar ilk dəfə J.B.Falkonun (Jean-Baptiste Falcon) 1728-ci ildə düzəltiyi toxuma dəzgahında istifadə edilib. Eyni prinsip ilə 1800-cü illərin əvvəllərində Jakar dəzgahının işə salınmasında da istifadə olundu. Perfokartlarla məlumatların emalına Herman Hollerithin ABŞ-da siyahıyaalma bürosundakı fəalliyyətləri zamanı başlandı.

1860–1929-cu illər arasında yaşayan Alman əsilli Amerika statistikaçı H.Holleritin(Herman Hollerith) ən əhəmiyyətli ixtirası, perfokartlardan istifadə edərək statistik məlumatların daha sürətli qiymətləndirilməsinə imkan verən maşın və sistemi icad etməsidir. 1880-ci ildə siyahıyaalma nəticələrini emal etmək və qiymətləndirmək 7–8 il çəkmişdi. Statistikaçı olan H.Hollerit siyahıyaalma bürosunun topladığı statistikanı mexiniki olaraq emal edilməsi üçün yeni bir metod hazırladı. Bu üsul 240kvadratdan ibarət olan perfokartların əsasında quruldu. Hər bir kvadrat müəyyən bir sual üçün nəzərdə tutulmuşdu. Hər kvadratda bir oyuğun olub-olmaması, verilən sual üçün “hə” ya da “yox” mənasına gəlirdi. Kartlar kiçik əl perforatoru ilə deşilir və kartdakı deşiklərdən keçərək altdakı civə dolu kiçik qablara düşən, metal iynəli elektromexaniki cihaz vasitəsilə oxunurdu. Metal iynələr civəyə toxunanda elektrik xətti qoşulurdu və kvadrat massivin cəmini müəyyən edən göstəricilər qrupu hərəkətə gətirilirdi.

Bu maşın kompüterin sələfidir, ixtiraçı H.Hollerit eyni zamanda IBM şirkətini quran dörd şirkətdən birinin sahibdir. H.Holleritin “Elektrikli bir elektron cədvəl sistemi” adlı tezisi qəbul edildikdən sonra bu sistemə uyğun olaraq hazırlanmış maşın Birləşmiş Ştatların siyahıyaalma bürosu tərəfindən istifadə olunmağa başladı. H.Holleritin maşını sayəsində bir il ərzində 1890-cı il siyahıyaalma nəticələri qiymətləndirildi.

H.Hollerit 1896-cı ildə öz işinə başlamışdır. Daha sonra IBM-i meydana gətirəcək dörd şirkətdən biri olacaq “Tabulating Machine Company”, dünyanın ən böyük statistik bürosu üçün maşın istehsalına başladı. Həm də maşınını inkişaf etdirən müxtəlif əlavə ixtiralar etdi. Herman Holleritin gördüyü işlər müasir informasiya emalı sənayesinin əsasını qoydu.

Mənbə:

1. www.abaküseğitim.com

2. www.biography.com

3. www.kimkimdir.gen.tr

--

--