“Online” təhsil və biz

Samir Karimov
Pragmatech
Published in
2 min readMar 25, 2020

Bir neçə il öncə belə bir experiment keçirmişdim 3–4 ay ərzində. Təqribən 500–600 arasında tələbə və məzunlarımızın hamısına mənə aid olan online təhsil portalı hesablarını paylaşdım və tələbələrin “free” olan təhsil materyallarına olan reaksiyasını analiz etməyə başladım. Verdiyim hesablar kifayət qədər keyfiyyətli kurs və dərslərlə dolu idi (Pluralsight, Linkedin Learning, Udemy və hətda Coursera). Bu qaynaqlardakı kurslardan bəziləri “life changer” tipli dərsliklər idi.

3 ay sonra əlimdə olan statistikaya baxdım. Nəticə çox maraqlı idi. Bitirilən kurs sayı cəmi 5 idi, hansı ki bunlardan 2 sini mən özüm bitirmişdim. Bunun səbəbini çox düşündüm.

Niyə biz pulsuz olan təhsil materyallarına xüsusən online olanlara bu qədər biganə yanaşırıq? (Offlinə təhsildə də eyni problem var amma onlineda daha çoxdur)

  • Çünki biz öz özünə öyrənmə haqqında heç bir ciddi təfəkkürə sahib deyilik
  • Çünki biz təhsilin hələ də sadəcə sinifdə və müəllimdən əldə edilə biləcəyinə inanırıq
  • Çünki biz müəllimin şəxsiyyətinə olan hörmətimiz və emosional bağımıza əsasən öyrənirik.
  • Çünki bizə təhsilin ehtiyacımız olan yox,məcbur olduğumuz üçün əldə etməli olduğumuz bir mövhum olduğunu öyrədiblər.
  • Biz real həyatda birbaşa tətbiq edəbiləcəyimiz biliklər yerinə naməlum zamanda və mühitdə ehtiyacımız olacaq biliklər öyrədilməsinə alışmışıq və bunu dəyişdirmək heç də asan deyil
  • “Ucuz ətin şorbası dadsız olur” prinsipinə inamımız hələ də davam edir. Buna görə də təhsil ödənişsizdirsə keyfiyyətsiz olduğuna inanırıq.
  • Əgər təhsil hər zaman əlçatandırsa bu bizim ona olan məsuliyyətimizi çox ciddi şəkildə aşağı salır. İtirmə qorxusu olmadığı üçün real dəyərini anlamaqda çətinlik çəkirik
  • Biz hər zaman kiminsə bizə diktə etməsini gözləyirik.
  • Avtodidaktizmin fəlsəfi olaraq oturaqlaşması bizdə nəsil dəyişməsi ilə mümkün olacağı üçün hal hazırkı nəsil onlinə təhsil üçün uyğun bir nəsil deyil.
  • Müəllim tərəfindən bizdə yaradılan sözlü və şifahi hakimiyyətin təsiri hələ də qalır. Hələ də sifahi ünsiyyət və yazılı ya da online ünsiyyətin eyni ciddiyətə sahib olan ünsiyyət forması olduğunu qavramamışıq.
  • Online təhsil “sabah baxaram” fikrinə çox uyğun gəlir.

Bu səbəbləri artırabilərik. Arttırmaq və daha da detallandırmaq lazımdır ki online təhsil sistemi yaradanda ortaya çıxabiləcək problemləri minimuma endirə bilək.

Digər millət və cəmiyyətlərdə insanların online təhsilə necə yanaşdığını araşdırmaq və onlarda istifadə olunan platformaların bizdə də tətbiq edilməsi həmişə düzgün nəticə verməyəcək.

Online təhsil sistemlərini yaradarkən cəmiyyət psixologiyası ciddi şəkildə analiz edilməli və ona görə həll yolları tapılmalıdır.

Mən 1 il ərzində Challengers Club layihəsi ilə online təhsil sahəsində ciddi təcrübə əldə olunabiləcəyinə inanıram. Xüsusi təhsil metodikası tətbiq olunacaq və istənilən keyfiyyət əldə olunsa bunu daha geniş sferada yayılması üçün əlimdən gələni edəcəm.

Son olaraq online təhsilin trend mövzu olduğu bu günlərdə bu sahədə hər hansı layihə edəcək olan şəxslərə tövsiyyəm odur ki süni zəka tətbiqi haqqında çox geniş araşdırma etmədən bu sahədə hər hansı bir layihə etməyə cəhd edib enerjilərini boş yerə xərcləməsinlər.

--

--