Programlaşdırma məntiqi nədir?

Aytan Rustamzada
Pragmatech
Published in
3 min readJul 29, 2021

Bu sahəyə yeni başlayanlar üçün programlaşdırma həddindən artıq qarışıq və çətin gələ bilər. İnternetdə tonlarla qaynaqları görüb gözünüz qorxa bilər. Düşünə bilərsiniz ki, bu qədər konsepti necə öyrənə bilərəm və yaxud bu mənim nə qədər zamanımı alar. Əfsanələrə görə, əgər riyaziyyatı yaxşı bilmirsinizsə sizin bu sahədə uğurlu ola bilməyiniz mümkün deyil. Və yaxud bu sahədə ali təhsiliniz yoxdursa heç bir yerdə iş tapa bilməyəcəksiniz. Əslində isə bu sahəyə giriş etdikdən sonra heç də elə olmadığını görəcəksiniz.

“Programlaşdırma məntiqi” mövhumu çox geniş bir mövzudur. Bunun nə olduğunu bilməyimiz üçün komputerin necə işlədiyindən xəbərdar olmağımız lazımdır. Təbii ki, çox dərindən bilməyimiz lazım deyil. Qısaca desək, komputerlər 0 1 məntiqi ilə işləyir. 0 — Yoxdur, 1- Vardır deməkdir. Bundan sonrası isə programa qoymaq istədiyiniz şərtlərdir. Normal həyatdan misal gətirsək, əgər qabağınıza bir şərt qoyulubsa ya əməl edəcəksiniz ya da etməyəcəksiniz. Komputerdə də eyni şəkildə əgər istifadəçinin ondan istəyəcəyi şey onda varsa 1 qaytaracaq, yoxdursa 0 qaytaracaq. 0 və 1lərin də nə qaytaracağını siz müəyyən edirsiniz. Və beləliklə program yazmış olursunuz. Qısa kod parçası ilə daha da aydınlaşdırsaq:

Tutalım ki, 5 rəqəminin 3dən böyük olduğunu yoxlamaq istəyirsiniz. Əlimizdə iki rəqəm var və onları komputerin yadında saxlaması üçün hər hansısa bir variable (yəni dəyişkən x, y kimi) yaradırıq.

x= 5 y = 3

if (x>y) { // Burda artıq şərtimizi qoyduq.

return true; // burda da cavabımızı alırıq.

}

Programlaşdırmanın digər konseptləri də bundan fərqli deyil.

Ümumi məntiqi hər hansısa bir programlaşdırma dili üzərində öyrəndikdən sonra, qalır o dilin syntaxsını ( yəni necə yazılmalı olduğunu) və həmin dili digərlərindən fərqləndirən xüsusiyyətlərini öyrənmək.

1. Praktika etmək mütləqdir.

Ümumi məntiqi öyrənməyiniz isə sadəcə internetdən dərslərə baxmaqla, kitabdan konseptləri öyrənməklə bitmir. Praktika etməyiniz mütləqdir. Qabağınıza websaytın hər hansısa bir funksionallığını məqsəd qoyub onu yazmağa çalışın. Necə ki normalda dil öyrənmək istəyəndə, hər gün o dilə məruz qalmasanız öyrənə bilmirsiniz, eyni şəkildə programlaşdırma dilləri də elədir.

2. Hər şeyi öyrənməyə çalışmayın.

İkinci məsələ hər şeyi öyrənməyə və hər şeyi bilməyə çalışmayın. Bu sahədə həddindən artıq çox konsept və o konseptlərə aid həddindən artıq çox qaynaq var. Sizə lazım olacaq dili, frameworku və hər hansısa bir konsepti sizə lazım olanda öyrənməyə çalışın əks təqdirdə beyniniz bir anda çoxlu informasiya qəbul edəcək və onu həzm etməyə zamanı olmadan siz ona yeni informasiyalar göndərəcəksiniz. Bu halda isə beyninizdə xaos olduğu üçün ortaya bir şey çıxartmaqda çətinlik çəkəcəksiniz bu da sizin motivasiyanıza ciddi təsir edəcək.

3. Dosta zəng etməkdən çəkinməyin.

İkinci məsələ hər şeyi öyrənməyə və hər şeyi bilməyə çalışmayın. Bu sahədə həddindən artıq çox konsept və o konseptlərə aid həddindən artıq çox qaynaq var. Sizə lazım olacaq dili, frameworku və hər hansısa bir konsepti sizə lazım olanda öyrənməyə çalışın əks təqdirdə beyniniz bir anda çoxlu informasiya qəbul edəcək və onu həzm etməyə zamanı olmadan siz ona yeni informasiyalar göndərəcəksiniz. Bu halda isə beyninizdə xaos olduğu üçün ortaya bir şey çıxartmaqda çətinlik çəkəcəksiniz bu da sizin motivasiyanıza ciddi təsir edəcək.

Son olaraq bunu unutmayın ki, Moskva birdən tikilməyib. İlk baxışda çox çətin gəlsə də səbr edib çalışdığınız müddətdə əldə edə bilməyəcəyiniz bir şey yoxdur.

--

--