Programlama öyrənmə və araşdırma.

Xelil Adigozelov
Pragmatech
Published in
4 min readJun 7, 2020

Fikirləşirəm ki, birinci nə üçün kodlamanı öyrənməyi istəməyini bilməlisən. Sənə bu nə üçün lazımdı? Hazırda olduğun yer və ya vəzifədə nə çatışmazlıq hiss edirsən ki, indi kodlama öyrənmək istəyirsən? Öyrənməyə başlamazdan əvvəl kodlama haqqında fərqli qısa videolar izləməli, sənə görə çətin və asan tərəflərini nəticə çıxarmalısan.

Öyrənmə Modeli və Metodları

Öyrənmənin 2 modeli var: Self-Learning (öz hesabına öyrənmə) və Kurslar

Öz hesabına öyrənmə təbii ki, daha zəhmətli, daha çox səbr istəyən, daha çox iradəli olmaq, daha çox araşdırma qabilliyəti tələb edir. Ekonomik bir modeldir, internetdə sonsuz sayda pulsuz kitablar, video dərsliklər var demək olar.

Kurs hesabına öyrənmə isə bizə daha sürətli, daha sistematik, təcrübələrə dayanan bir öyrənim yoluna salır. Rəqabət mühiti, real layihələr üzərində təcrübələr, motivasiyalar verir, araşdırma qabiliyyıtini artırmağı öyrədir.

Metod olaraq isə : kitablar, video dərslər, online və offline kursları misal gətirə bilərik. Hər metodun özünə görə üstün və mənfi yönləri var.

Programlaşdırma öyrənmə üçün ən sürətli üsul hansıdır?

Metod olaraq video dərslikləri kitablardan üstün sayıram, əgər öz hesabına öyrəniləcəksə. Sürət olaraq video dərslər kitabları çox geridə qoyur fikrimcə. Video dərsləri bir az internet araşdırması ilə hansı müəllimin daha keyfiyyətli dərs verdiyini dəqiqləşdirə bilərsiz. Bundan sonrası da qalır səbr və iradə işinə.

Video dərsliklərlə bir qaynaqdan irəliləyib izlədikcə tətbiq eləmək şərtdir. Eyni vaxtda fərqli qaynaqlardan getmək sizi vaxt baxımından yuvadacaq.

Bir neçə video dərsə baxdıqdan sonra tətbiq etmək ilk başda çox çətindir, hətta qorxuda bilər ki, “yox mənim nə yaddaşım, nə də IQ-um bunu qəbul eləmir, bu iş mənlik deyil”. Ona görə də, hər bir video bölüm sonrasında və ya ortasında puase edib eyni kodu yazmaq sizin öyrənməyinizi daha sürətli edər. “Mən artıq bu kodun yazılışını gördüm, başqa bir şeyə baxım” — deməyin. Eyni gördüyünüz kodu yazanda belə səhvlər edə bilirsiniz, yəni əvvəl videoda göstərilən kodu yazmaq, kodların məntiqini qavramaq, sonra bu məntiqə görə dəyişiklik edib daha geniş kod yazmaq lazımdı. Sən öz məntiqinə görə kodu yazıb onu işlətdikdə həm zövq alırsan, həm daha çox iştahlanırsan, həm də özünə güvənin artır.

Video dərsliklər hər bir kodun nə işə yaradığını göstərə bilməz, buna vaxt çatmaz. Misal HTML’in bütün attributlarını sənə tək-tək göstərə bilməz, bunu da sən öz araşdırma qabiliyyətinlə axtarıb hansının nə iş gördüyünü özün öyrənməlisən, fərqli saytlardan, forumlardan. Öyrəndikcə də mütləq tətbiq etməlisən, yəni nə işə yaradığını öyrənib üstündən keçsən daha sonra tətbiq eləmək istədiyində belə bir atributun olması yaddaşında qalmaya bilər.

Digər sürətli öyrənmə metodu,hətta ən sürətlisi mentor yanına getməkdir. Misal bir kursa yazıla bilərsiniz, amma yaxşı olardı ki, əvvəlcə yenə də internet üzərində videolar izləyib, kursda sizi nələrin gözlədiyini, nələr öyrənəcəyinizdən xəbərdar olun.

Kursun avantajları daha sürətli olması, başa düşməkdə çətinlik çəkdiyiniz yerləri mentordan soruşub daha tez cavab alacaqsız nəinki internetdə axtarış edib vaxt itirməkdənsə. Bundan əlavə, mentor sizə öz təcrübəsiylə, özünüz tərtib edə bilmədiyiniz yol xəritənizi qurmaqda çox köməklik göstərə bilər, ki bu yol xəritənizi qurmaq vaxt və kariyera baxımından sizə çox lazımlı birşeydir. Həm də sizə tasklar verərək həm sizin öyrənmə qabiliyyətinizi artırır, həm də vaxtınızı idarə etməyi öyədir. Dezavantajı isə sadəcə, özün öyrənəbiləcəyin bir şeyi pul verərək öyrənmək, mütləq dərs saatlarında kursda iştirak etmək lazım gəlir, yəni video dərslərdəki kimi kefinizin istədəyi vaxtda öyrənmə yoxdur :)

Video dərslikliklərin müsbət və mənfi cəhətləri

Mən özüm programlama haqqında araşdırmalarımdan sonra bu metodu seçib istifadə etmişəm. Ehtiyacım olacağını və olan halda kursa başlayacağımı əvvəldən bilmişəm amma programlamın nə olduğunu özüm öyrənməli idim. İşarələmə dili olan HTML-i, bu atributlara dizaynı verən CSS-i aşağı səviyyədə də olsa video dərsliklərdən öyrənmişəm.

Video dərsliklər həm ekonom həm iradə və səbr işidir. Əksik tərəfi, kodlamada problem olduğu zaman internet araşdırması üçün xeyli vaxt sərf etməyindi. Araşdırmalar ilə həll olunan problemlər daha çox yaddaqalan olur, həm forumları oxuyarkən tək sənin axtardığın yox, ona oxşar problemlərlə qarşılaşıb onları da öyrənmiş olursan.

Video kursları Online Dərslərdən üstün sayıram, daha keyfiyyətli öyrənmə baxımından. Anlamaqda çətinlik çəkdiyiniz yerlərə dəfələrlə təkrar baxa, daha yaxşı qavraya bilərsiz. Məhdud bir dərs öyrənmə saatınız yoxdur. Günün istənilən saatı da dərsi davam etdirə bilirsiz, öyrənmə qabiliyyərinizə görə.

Mənfi cəhətləri: istirahət etmədən həddindən artıq çalışdıqda beyini artıq yükləmək, hər hansı bir problemdə ilişəndə həvəsdən düşmək hətta öyrənməni buraxmaq, real layihələr üstündə işləmədiyin üçün təcrübəsizlik, nə zamana qədər nə qədər öyrənəcəyini bilməmək, öyrəndiklərinin sənə kifayət edib etmədiyinə şübhə eləmək. Bir problemin həlli üçün zaman alıcı axtarışlar edib vaxt itirmək.

İngilis dili və riyaziyyat biliyi

Öyrənmə dili olaraq ingiliscəniz varsa mütləq bu dildən başlayın. Həm ən çox qaynaq bu dildədir, həm araşdırma zamanı ən çox nəticə əldə edəcəyiniz dildir, həm də hansı dildə öyrənsəniz də yenə də kodu ingiliscə yazacaqsınız.

İngiliscəni texniki səviyyədə bilməyiniz kifayət edir. Bu dildə kodlama öyrənmək özü də sizin öyrənmə sürətinizə çox təsir edəcək, ən azından həm axtarışda, həm də tərcümədə vaxt itirməyəcəksiz. Qısaca, texniki ingiliscə bu işdə əsas şərtləndəndir.

Yeni başlayanları ən çox qorxudan məsələ, kodlamada riyaziyyat biliyinin nə qədər vacib olduğunu bilməkdir. Mən öz fikrimə görə deyə bilərəm ki, orta səviyyədə riyazi biliklər yetəri qədər kifayət edir kodlama öyrənmə üçün. Bu o demək deyil ki, riyaziyyatı zəif olanlar öyrənə bilməz. Misal, Web Developmentdə (web səhifə yığma) Front-end (səhifənin hamıya görünən tərəfi) tərəf və Back-end (arxa hissədə gedən proseslər) tərəflər var, hansı ki Front-end tərəfdə heç bir riyazi biliyin olmasına ehtiyac duyulmur.

Programlama hamının bacara biləcəyi bir sahədir, ən əsası tək bir kodlama dilini seçib onunla davam edin. Qorxmayln, səbrli və iradəli olun.

--

--