Proqramçı ola biləcəyindən əmin olmaq üçün özünü test et.

Samir Karimov
Pragmatech
Published in
Apr 12, 2023

Aşağıda verilən hər bir sualı 1–10 arasında səmimi şəkildə dəyərləndir topla.

  1. Kiminsə tələbi olmadan (Ailə,məktəb,müəllim və.s) öz özünə yeni biliklər əldə etməyə nə qədər həvəslisən?
  2. Qarşına çıxan problemlərdə nə qədər inadkarsan? “Öhdəsindən gələ bilmədiyin” problem zamanı təkrar cəhd etməyə olan istəyin nə qədərdir ?
  3. Sənə verilən hər hansı tapşırığı yerinə yetirərkən sadəcə orda verilən təlimatları həlletməklə kifayətlənirsən yoxsa daha optimal variantlar təklif etməyə nə qədər diqqət edirsən?
  4. İş görərkən yazılı ya da visual şəkildə plan qurmağa nə qədər əhəmiyyət verirsən?
  5. İstifadə etdiyin proqramların xüsusiyyətlərini detallı araşdırmağa nə qədər həvəslisən?
  6. Bilmədiyin bir mövzunu başqaları ilə birlikdə araşdırmağa nə qədər əhəmiyyət verirsən?

Bütün sualların dəyərləndirməsi 45 -dən yuxarıdırsa səndə proqramçılarda olan xüsusiyyətlər var deməkdir.

Bu suallar tələbələrlə uzun illər proqramlaşdırma öyrənən insanlar və proqramçılarla aparılan analizlər nəticəsində hazırlanıb.

--

--