Proqramçı olaraq teorik mövzuları öyrənmişəm, amma layihə yaza bilmirəm. Niyəə?

Samir Karimov
Pragmatech
Published in
1 min readMar 9, 2023

Bu problem xüsusi ilə yeni proqramlaşdırmaya başlayanlarda ortaya çıxan bir problem ya da sindromdur deyə bilərəm.

Həvəslə seçilən ixtisas ya da texnologiya öyrənilməyə başlanılır. Teorik mövzular müəyyən səviyyədə bitdikdən və alqoritm ya da layihə yazma prosesinə keçildiyi zaman namizəd fərqinə varır ki, öyrəndiyini kiçik hissələri birləşdirərək bir alqoritmi ya da layihəni yaza bilmir.

Bu mərhələ bəzən yeni öyrənənlərdə proqramlaşdırma öyrənmə prosesini yarıda saxlama və ya “Kod depresiyası” dediyimiz depresiyaya düşməyə səbəb olur.

Səbəblər

  • Teoriya öyrənməklə layihə yaza bilməyin eyni olduğunu düşünmək
  • Əzbərə öyrənmək. Öyrənilən mövzunun nə məqsəd daşıdığını bilməmək
  • Layihə planlaması və icrası haqqında məlumatsız olmaq

Həll Yolları

  • Öyrənmə prosesini kiçik hissələrə ayırın.
  • Əsas texnologiya konseptlərini öyrəndikdən sonra öyrənmə prosesini saxlayıb tətbiq prosesinə yəni kiçik layihə yazma prosesinə keçin.
  • Təcrübəli birindən bu layihənin hansı mərhələlərlə yazılmalı olduğunu öyrənin.
  • Yazacağınız layihənin ümumi plan və xəritəsini hazırlayın
  • Kiçik hissələrə bölün layihəni
  • Təcrübəli birindən hər hissənin yazılması üçün hansı teorik mövzulara ehtiyacınız olduğunu öyrənin
  • Tətbiq edin.Əgər tətbiqdə problem varsa bu teorik mövzunu tam mənası ilə başa düşmədiyiniz mənasına gəlir. Mövzunu daha dərindən öyrənin.
  • Layihə bitdikdən sonra təcrübəli biri tərəfindən layihənizi analiz edərək problemlərinizi və əksiklərini bildirməsini istəyin

--

--