Proqramçı olmaq istəyənlər üçün addım addım görüləcək işlər

Samir Karimov
Pragmatech
Published in
2 min readApr 26, 2023
  1. C#, Java,Javascript,Python,C++ . Bu dillərdən təsadüfi birini seç
  2. 1 aydan çox olmayacaq şəkildə bir tarix müəyyən et özünə. Elə bir period seç ki gündəlik ən az 4–5 saat bu işə zaman ayıra biləsən.
  3. Seçdiyin dil üzrə təcrübəli birindən sənin yazabiləcəyin kiçik bir proqram nümunəsi təklif etməsini rica et.
  4. Təklif edilən proqramı yaza bilməyin üçün lazım olan mövzuların siyahısını çıxar. Bunun üçün təcrübəli proqramçılardan məsləhət ala bilərsən ya da chatGPT-də uyğun “prompt” vasitəsi ilə mövzu siyahısını çıxara bilərsən.
  5. Mövzuların fəlsəfi arxa planına çox zaman ayırmadan, məcbur olsan hətda əzbərləyərək mövzuları öyrən
  6. Teorik mövzular bitdikdən sonra proqramı yaza bilməyin üçün yol xəritəsi çıxar. Bu hissədə yenə təcrübəli birindən və ya chatGPT-dən faydalana bilərsən.
  7. Hədəflədiyin proqramı işlək hala gətirənə qədər dayanmadan işlə. Bu periodda özünü məcbur da edə bilərsən.Həvəsin olmasa belə özünə verdiyin sözü yerinə yetirə bilmək üçün proqramı yekunlaşdır mütləq.
  8. Proqram bitdikdən sonra yenə də təcrübəli birindən yazdığın proqramı analiz edərək fikrini bildirməsini xahiş et. Ehtiyac olsa bu işlər üçün ödəmə etməyə belə razı ol. Nəticə etibarı ilə özünə yatırım edirsən.
  9. Bu proqramı yazıb bitirdikdən sonra aşağıdakı suallara özündə ətraflı cavab yaz.
  • Bu periodun neçə faizini həvəslə, neçə faizini məcburiyyətdən etdim?
  • Bu period öyrənməyə qarşı düşüncəmdə hər hansı dəyişmə oldu mu?
  • Qarşıma “bug” çıxanda onu həlledərkən neçə dəfə bezib proqram yazmağı yarıda qoydum?
  • Öyrənməyə başlarkən düşüncəmdəki proqramlaşdırma təsəvvürü ilə indiki təsəvvür arasında nə kimi fərqlər var?

10. Yazdığın cavablardan sonra əgər hələ də proqramçı olmaq və bu yolda davam etmək istəyin varsa əla. Öyrənməkdə ya da bacara biləcəyin haqqında hələ də şüphələrin varsa, yazdığın cavabları detallandır təcrübəli birindən konsultasiya tələb et. O sənin cavablarını analiz etsin və bu sahənin sənə uyğun olub olmadığı haqqında fikirlərini bildirsin.

Bu qısa period sonunda hələ də proqramçı olmaq düşüncən davam edirsə artıq sənə zaval yoxdur. Əgər fikrin mənfidirsə bu belə yaxşıdır. Çünkü ən səhv qərar belə qərarsızlıqdan daha yaxşıdır. Növbəti addımlarda nələr etməli olduğunu başqa bir postda analiz edəcəyik. Səhifəni izləməyə davam et.

--

--