Niyə proqramçı olmaq istəyirsən?

S01E02

Samir Karimov
Pragmatech
2 min readJul 3, 2019

--

Giriş yazısını oxumusansa davam et.Oxumamısansa göz gəzdirməyin yaxşı olar.

Proqramçı olmaq istəyirsən?

Niyə? Hansı səbəb səni buna yönləndirir?

İlk əvvəl bu suala ciddi və səmimi cavab verməlisən.Çünkü hər şey burdan başlayır.Bütün yol boyunca çox ehtiyacın olacaq olan motivasiya mənbəyin bu suala verdiyin cavabdadır.Bu suala verdiyin cavaba görə özünə çəkməli olduğun yol xəritəsi də fərqlənəcək.Çox ciddi şəkildə həm də.

Mən adətən verilən cavabları sadalayım.Bəlkə də onlardan biri sənə uyğundur.Əyər səbəbin fərqlidirsə mənə bildir zəhmət olmasa.

1. Maddi gəlir : “Deyilənə görə bu sahədə qəşəy pul var.Qonşunun oğlu bankda “aytişnik”-di, qəşəy pul qazanır.”

2.Maraq : “Bu düyməyə bassam görən nolar? Nətər olur ki bu işliyir?”

3.Öz ehtiyacını qarşılamaq : “Əşşi mən niyə bu məsələ üçün kiməsə ağız açmalıyam ki? İnternetdə var da hər şey özüm öyrənib eliyərəm.Onsuz da filankəsə versəm yarıtmayacaq.”

4.Öz ideyasını reallaşdırma istəyi : “Bomba bi dənə ideyam var onu reallaşdırsam bilirsən nə əntiqə olar? Bisən vatçap kimidi amma bunda əlavə şeyler də olacaq.Anonym mesaj göndərmə filan.Bi dənə yazabilsəm bunu fsyo partdadacam.”

5. Hollywood effekti : “Odey Fatmanisənin oğlu kamputer oxudu getdi girdi işə.Əskərliyi də rahat oldu.Kamandiri bunu yanından ayırmırmış.Əli təmiz ayağı təmiz.Bütün günü kamputerin arxasında oturub rahatca qutardı əskərliyi.Səni də qoyaq orda oxu hə ay oğul?Qabiliyyətin də var bütün gün fesbukdasan.”

6.Yaradıcılıq : “Nə deyirsən onu eliyir kompyuter.Bombadı ətağa.Kef elə də özünçün.Nə istirsən bir iki sətir kod yazassan olacaq.”

7.Patriotizm ya da ülvi duyğular : “Dünyada texnologiya gör haralara gedib çıxıb.Azərbaycan yaman gündədi.Mən bu ölkədə texnologiya sahəsində çevriliş edə biləcək insanam.Niyə görə mənim ölkəmdəki şirkətlərin İT-sinə rəhbərlik elemək üçün Rusu,Ukraniyalını gətirməlidilər ki.Biz ölmüşük bəyəm?”

8.Hacking : “Bu qız bütün gün onlayndı.Kimə yazır görən? Desəm ki parolu ver deyəcəy ki “Aa aşkım sən mənə güvənmirsən??” . Nətər sındırmaq olar bunun parolun??”

Bir az daha düşünsək bu səbəbləri artıra bilərik.Ən çox şahid olduqlarım bunlardır.Qeyd edim ki bu səbəblər bizim millətdə analiz etdiklərimdir.Globalda düşünsək ortaq olanlar da olacaq fərqli olanlar da.

Bu səbəblərdən hər biri özünə xas yol xəritəsi tələb edir. Böyük ehtimalla hər səbəb sizi proqramçı olma nəticəsinə aparacaq amma yollar tamamən fərqli olacaq.Bu mövzuya keçmədən əvvəl proqramçı olmaq istədiyindən əmin olmalısan? Necə əmin ola bilərsən?Növbəti yazını oxu.

--

--