Proqramlaşdırmaya başlamaq istəyənin təcrübəsi

ISMAYIL Aliev
Pragmatech

--

Bu gün proqramlaşdırma öyrənmək üçün bir neçə üsul mövcuddur:

1. Offline — Mentorla və ya Müəllimlə

2. Online

Mənim fikrimcə ən sürətlisi mentorla offline üsuludur. Sual ola bilər ki, nəyə görə müəllim yox, məhz mentor? Cavab olaraq deyim — müəllimin bir məcburiyyəti var(qazanc məcburiyyəti). Mentorun isə səni öyrətməyə, sənə yol göstərməyə, səndə olan potensialı üzə çıxartmağa bir marağı, bir ehtirası var və bu mənim fikrimcə yalnız proqramlaşdırma sahəsinə aid olan bir şeydir. Amma buna qədər online resuslardan da yararlanmaq lazımdır. Yəni mentora qədər sən heç olmasa əlifbanı bilməlisən.

Şəxsi düşüncəmə və kiçik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yuxarıda qeyd etdiyim kimi, bir mentorsuz bu sahəni qavramaq, qavramaqdan əlavə nəsə etmək çox çətindir və bəzi hallarda mümkünsüzdür. Bu yolda ən əsas şeylərdən biri də motivasiyadır. Bəzi hallarda yıxılmayasan deyə əlindən tutan biri lazımdır. Çox adam fikirləşir ki, proqramçı(bundan sonra Developer) olmaq üçün fövqəltəbii savada malik olmalısan. Amma mənə elə gəlir ki, bir developer olmaq üçün psixoloji polad kimi olmalısan və heç vaxt təslim olmamalısan.

Motivasiyanı ayaqda saxlamaq üçün isə daim bu sahədə çalışan insanlarla əlaqədə olmalısan, bölüşməlisən, paylaşmalısan, sorğulamalısan. Developing bir komanda oyunudur deyək. Messi, Ronaldo nə qədər güclü futbolçu olsalar da, komandasız bir heçdirlər. Bu gün bazar qiyməti milyonlar və hətta milyardlarla ölçülən bütün proyektlər və startuplar — google, facebook, twitter və s. — məhz komanda ilə görülən işlərin nəticəsidi. Bu işi öyrənmənin də modeli eynən bu şəkildə olmalıdır.

Online praktika

Bu günə kimi nələrisə öyrənmək üçün sırf online resuslardan istifadə etmişəm. Əsasən Udemy və Youtube platformalarından. Hər bir şeydə olduğu kimi bunun da özünə məxsus mənfi və müsbət cəhətləri var.

Mənfi tərəfi:

Öyrənmək mümkündür, amma bir yerə qədər. Çünkü real proyektlər üzərində və komanda ilə praktika olmadısa hansısa bir səviyyəyə çatmaq olmur. Öyrəndikcə tədbiq də etməlisən. Müəyyən müddətdən sonra nə edəcəyini bilmirsən və motivasiya məhv olub gedir…

Müsbət tərəfi:

Developingin fəlsəfəsini anlamaq mümkündür, hansı ki ən əsas amillərdən biridir. Sırf görəcəyin işi biləndən sonra yəni bir yolun olandan sonra online resuslar sənin üçün göydəndüşmə bir küp qızıla bərabər olur. Loru dildə desəm, sən artıq developer olandan sonra online sənə ancaq müsbət tərəfini verir və heç bir mənfisi qalmır.

Gələcəyə ümüdlə addımlamaq

Online resurslar sayəsində HTML və CSS öyrənmişəm. Bəzi xırda ev tapşırıqları eləmişəm və düşünürəm ki, gələcəkdə bu biliklər mənə çox kömək olacaq. Artıq bir komandanın üzvüyəm. Bu komandanın savadlı, istəkli və ən əsası həvəsli Mentoru sayəsində hələ çox uğurlara imza atacağımıza inanıram!

--

--