Proqramlaşdırmaya ilk addımlar

Rashad Mammadov
Pragmatech
Published in
4 min readJun 6, 2020

İstənilən sahəni öyrənmək və həmin sahədə inkişaf etmək insanın şəxsi istək, bilik və bacarıqlarından asılıdır. İnformasiya Texnologiyaları (İT) sahəsidə bunlardan biridir. İT digər sahələrdən fərqli olaraq bu ad daxilində müxtəlif alt sahələri özündə birləşdirir. Proqramlaşdırma bunlardan biri olub , müasir dövrün ən reytinqli və tələb olunan işləri arasında öndə gedir.

“ Hərkəs gərək öz sevdiyi işlə məşğul olsun “

İnsan işini sevmirsə onu maraqlandıran yalnız bir məsələ var — maddiyyat. Öyrənməkdə bunu kimi əgər həvəsin yoxdursa vaxt itkisindən başqa heçnə olmayacaq. Proqramlaşdırma öyrənməyi insan ilk öncə beyində həll etməlidir ki, o çətin və dayanmadan inkişaf etməli olan bir sənət seçir. Burada bir dil öyrənib rahatlıqla iş tapmaq , tapdığın işdə uğurlu olmaq kimi fikirlərin hamısını yaddan çıxarın :)

Bəs necə edək sürətli öyrənək ?

Sürətli öyrənmək üçün müxtəlif üsullar var onlardan ən sadəsi bunu həyat tərzinə çevirməkdi. Siz proqram yazmasanız belə beyin daima işləməlidir. Bucür həyat tərzi üçün 4 əsas məqam varki bunlara əməl olunmalıdır.

- Disiplin

- Nəzəri biliklər

- Praktikada tətbiq etmək

- Mühit

  1. Disiplin sürətli öyrənməyin qızıl qaydasıdır mən deyərdim. Sən əgər özünü qoyduğun məqsədlərə çatmaq üçün nizamlaya bilmirsənsə effektli bir nəticə almaqdan söz gedə bilməz.

2. Nəzəri biliklər istənilən sahədə olduğu kimi birinci qapının açarıdır. Fundamental bilikləri mənimsəmək mütləq şəkildə vacibdir.

3. Öyrəndiklərimizi praktikada tətbiq etməsək sadəcə nəzəriyyə olaraq beyində bir müddət qalıb daha sonra yaddan çıxacaq. Çünki sənin , mənim oxuduğum nəzəri məlumatlarda hərşey düzgün və yoldunda gedir amma praktikada tətbiq etdikdə artıq səhvlər çıxmağa başlayir. Bu səhvləri həll etməyə çalışırsan , çalışdıqca araşdırırsan və bunlar beyinə tam həkk olunmuş olur.

4. Mühitin sizə qatacağı çox müsbət bacarıqlar var. Sürətli öyrənmək , rəqabət mühiti , proqramlaşdırma məntiqinizinin inkişafı, yaranmış problemlərin müzakirəsi və s.

Hansı öyrənmə modeli daha effektlidir ?

Öyrənmə modelləri fərqlidir. Modelleri bir –birindən fərqləndirən onun tərkibindəki prosedurlardır. Mənə görə öyrənmə modeli aşağıdakılardan ibarət olmalıdır.

1) Maraq və istək

Universitetdə oxuyan zaman hazır platforma üzərində (opecart) online alış-veriş saytı qurmuşdum. Hərbirşeyin normal işləməsinə baxmayaraq source kodlarını açıb dəyişikliklər edirdim, başa düşmədiyimi axtarırdım.

2) Zaman

Yeni texnologiyanı öyrənirsənsə mütləq zaman ayırmaq lazımdır. Əgər professional öyrənmək istəyirsənsə zamanının böyük hissəsi həmin öyrəndiyin tutmalıdı. Zaman özüdə disiplinin bir parçasıdır.

3) Məntiq

Məntiq proqramlaşdırma sahəsinin əsas şərtlərindən biridir fikrimcə , çünki sən nə qədərdə sintaksisi əla bilsən belə, proqramlaşdırma məntiqin yoxdursa sənin yazdığın kod standart birşeyə çevriləcək.

4) Real olaraq yoxlamaq

Beyində olanları koda çevirmək bacarığını inkişaf etdirmək lazımdır. Səhvlər olacaq amma hər səhv sənə yeni nəsə qatacaq. Necə deyərlər Try again …

Mən necə öyrənirəm ?

Öyrənəcəyim yeni texnologiyanın ən yaxşı mənbəsin tapıram ilk öncə. Bunlar online kurslar olur çox hallarda (Udemy, Coursera). Çünki səhv mənbələr vaxt itkisinə və motivasiyanın aşağı düşməyinə səbəb olur.

Tapdığım mənbədən oxumağa başlayıram və məntiqi tutmağa çalışıram. Bunlar baş verir amma niyə?necə? bu suallara cavab tapdıqdan sonra keçirəm növbəti mərhələyə.

Başlayıram real tasklar üzərində işləməyə , başqalarının həll metodlarına baxıb məntiqi analiz etməyə və optimal variantı çıxartmağa.

Öyrəndiklərim ilə tətbiq etdiklərimi paralel aparmağa çalışıram. Nəzəriyyəni tam bitirib sonda praktikaya keçmək səhv üsuldur bunu etməyin.

Bu metodla öyrənməyin müsbət və mənfi tərəfləri var mənim üçün :

Müsbət. Yuxarıda qeyd etdiyim prosedurlar edildikdə müsbət nəticələr almaq hərbir halda olacaq. Siz istədiyinizi tez bir zamanda öyrənib tətbiq etməyə başlayacaqsınız.

Mənfi. Mənfi tərəfləri elədə çox deyil mənə görə. Amma bəzən mənbələrdə yazılmış bütün informasiyaları oxuyub başa düşmək istəyirəm buda vaxt itkisinə səbəb olur. Məhsuldarlıq nisbətən aşağı düşür. Bunu nəzərə alaraq , çalışıram mənə lazım olanları oxuyum.

Kiçik uğurlar

İstifadə etdiyim metod mənə bəzi uğurlar da qazandırıb hansı ki , Universitetə yaxşı balla daxil olmuşam , Cisco-dan 200$ dəyərində vaucher qazanmışam , öyrəndiklərim sayəsində universiteti bitirməmiş işlə təmin olunmuşam və s.

İT sahəsini seçirsinizsə buranın qızıl qaydası var DAYANMAQ OLMAZ !!!

Uğurlar.

--

--