Python öyrənənlər üçün experimental layihə ideyaları

Samir Karimov
Pragmatech
Published in
1 min readMar 25, 2023

Proqramlaşdırma öyrənmək bəzən sıxıcı hala gələ bilər. Bu adətən vaxtını daha çox teoriya öyrənməyə sərf etdiyiniz zaman yaranır. Öyrənirsən amma ortada əllə tutulan bir nəticə olmadığı üçün istər istəməz demotivasiya yaranır.

Belə hallarda öyrənmə prosesinə bir az həyəcan qatmaq üçün experimental layihələr yazmaq motivasiyanızı geri gətirə bilər

Python öyrənirsinizsə sizə bir neçə bu tipli layihə ideyaları tövsiyə edirəm.

ChatBot

NLTK və ya spaCy kimi NLP (Natural Language Processing) kitabxanalarından istifadə edərək bəsit ChatBot yaradın

Web Scraper

BeautifulSoup kimi Python kitabxanasından istifadə edərək veb saytlardan məlumatları toplayaraq verilənlər bazasında toplamağı yoxlayın. Data üzərində iş həmişə maraqlı olur.

Oyun

PyGame kimi kitabxanalardan istifadə edərək kiçik əyləncəli oyunlar yaz. Oyun yazmaq həm əyləncəlidir həm də alqoritmik qabiliyyətin inkişafına çox müsbət təsir edir.

Tövsiyə Sistemi

Scikit-learn kimi kitabxanalardan istifadə edərək bir məhsul, xəbər vs haqqında tövsiyə verə bilən bəsit sistem yaz

GUI tətbiqləri

Tkinter və ya PyQt kimi kitabxanalardan istifadə edərək bəsit və gündəlik istifadə edə biləcəyiniz Desktop tətbiqlər yaz

Bu experimental layihələr sizə proqramlaşdırmaya fərqli aspektdən baxmağa kömək edəcək və teoriyanı daha dərindən öyrənmək üçün motivasiya yaradacaq.

--

--