Python öyrənərkən nələrə diqqət etməliyəm….

Aydan Samedova
Pragmatech
Published in
3 min readSep 5, 2020

Hər hansı bir dili öyrənməyə başlayarkən ağlınızda hardan başlamaq lazımdır və nələrə diqqət etməliyəm deyə sual yaranırsa gəlin bu sualın cavabına birlikdə baxaq :

  1. Mən nə etmək istəyirəm?
    Bu sualın cavabı gələcəkdə işləyəcəyiniz dili seçməyə kömək edəcəkdir. Niyə proqramlaşdırmaq istəyirik və ya nəyi proqramlaşdırmaq istəyirik. Bu iki sualın cavabları geniş bir dairəni əhatə edə bilər. Əsas məsələ bu cavabı reallaşdıracaq bir dil tapmaqdır.
  2. Yaxşı proqramçı olmaq üçün nəyi öyrənməliyəm?

Bir hekayədə gözləri görməyən insanlar filin fərqli hissələrindən tutaraq fili təsəvvür etməyə çalışırlar. Biri xortumundan, o biri ayağından, digəri isə quyruğundan yapışaraq filin həmin hissədən ibarət olduğunu düşünür. Əgər siz yalnızca bir dil öyrənməklə kifayətlənsəniz, əsas böyük rəsmi yəni fili heç vaxt görməyəksiz. Odur ki, hər il çalışın yeni bir dil öyrənin və bu sizin öyrənmə vərdişlərnizi də sürətləndirmiş olacaq. İlk dəfə dil öyrənəcəksinizsə asan dillərdən başlayın məsələn, Pyhton öyrənilməsi asan və sürətli dil olduğu halda C, C++ nisbətən çətinlik yaradacaqdır.

3. Necə öyrənməliyəm?

Bir dili öyrənməzdən əvvəl necə öyrənilməli olduğunu araşdırın çünki əsas məqsəd dilin dərinliklərinə bələd olmaqdır. Məsələn Pyhton dili üzərindən izah edim:

Python öyrənməyə başlayanlara ilk addım üçün araşdırma istiqamətləri :

  • PVM — Python Virtual Machine
  • Byte code — Source kodun tərcüməçi tərəfindən çevrilmiş halı.
  • Naming convensions- Programlaşdırmada istənilən adlandırma zamanı izləniləcək üsullar.
  • Data types- Proqramlama dillərində hər classın data tipi olur.
  • Variables — Daxil etdiyimiz məlumatlara adlandırmalar veririk.
  • İdentifier — bir datanı digər datalardan ayıra bilmək üçün verilən ad.
  • Reserved keywords- programlaşdırma dili tərəfindən istifadə olunan açar sözlər.

Python dilini öyrənərkən diqqət ediləcək əsas məsələlərdən :

  • Verilən data tipinin niyə təyin olunduğunu araşdırmaq
  • Fərqli dillərin data tipləri ilə müqayisə etmək
  • Digər interpreter dillər ilə müqayisə etmək

Python öyrənərkən apardığım qeydlərdən bir parça…

Built-in metodundan istifadə zamanı diqqət edin :

  1. Metodun niyə var olduğunu və nə işə yaradığını.
text = "salam dostum"x = text.upper()print(x)

Upper metodu daxil etdiyimiz yazıları böyük hərflərlə bizə geri qaytarır.

2. Metodun hansı tipdə dəyər geri qaytaracagını

meyvələr= ['alma', 'banan', 'gilas']x = meyvələr.index("gilas")print(type(meyvələr))>>>> <class 'list'>
print(type(x))>>>>> <class 'int'>

Daxil etdiyimiz data tipi listdir amma index metodunun bizə qaytardığı dəyər isə integerdır.

Type convetion və ya type casting- datanın tipini dəyişmək.

a= 123
b="456"
print(type(a))>>>><class ‘int’>
print(type(b))>>>><class ‘str’>

İnteger ilə string toplasaq bizə error verəcək çünki bu düzgün qəbul edilmir Buna görə də string classının data tipini integer edək.

c= int(b)
print(type(c))>>>><class ‘int’>

Indi isə classlarımızı toplaya bilərik.

topla =a+c
print(topla)>>>>579
print(type(topla))>>><class ‘int’>

İmplicit və explicit type conversion və ya casting.
Float(kəsr) dəyəri var və biz onu tam ədədə çevirəriksə

a= 2.39430
b= int(a)
print(b)>>>> 2
print(type(b))>>>> <class 'int'>

a classı orijinal dəyərindən itirmiş olacaq buna explicit convertion deyilir.

Əks halda integer (tam ədədi) floata ( kəsr ədədə) çevirərkən

a= 2
b= float(a)
print(b)>>>> 2.0
print(type(b))>>>> <class 'float'>

Verdiyimiz class a-nın orijinal tipindən heç bir itirilmə, silinmə olmadığını görürük, buna implicit conversion deyilir.

Hər hansı bir proqramlaşdırma dilini dərindən incəlikləri ilə öyrənsəniz əgər başqa bir dili öyrənmək sizə daha rahat olacaqdır. Və unutmayın ki, güclü və zəif dil yoxdur, güclü və zəif öyrəndiyiniz dil ola bilər.

Mənbə:

1. Samir Kərimovun dərslərindən qeydlər və bu qeydlərə şəxsi yanaşmalarım.

2. W3School

--

--