Python-da polimorfizm nümunələrlə

Kamal Novruzov
Pragmatech
Published in
3 min readSep 11, 2020

Obyekt yönümlü proqramlaşdırmada polimorfizm ən vacib konseptlərdən biridir. Bu məqalədə biz pythonda polimorfizm, polimorfizm-in istifadə qaydası və öz python programımızda necə istifadə edə biləcəyimizi öyrənəcəyik.

Polimorfizm nədir?

Polimorfizm bir obyektə elə bacarıqlar verir ki, həmin obyekt müxtəlif yerlərdə istifadə oluna bilir . Polimorfizmin real həyat nümunəsi bizik. Bizlər evdə oğul və ya qız, universitetdə tələbə və hər hansı şirkətdə işçiyik. Burdaki bənzətmələr də, polimorfizimdəki bir obyektin müxtəlif cür istifadəsinə uyğun olan nümunələrdir.

Python üzərindən Polimorfizm:

Pythonda polimorphism müxtəlif üsullarla istifadə olunur. Python-da polimorfizmin daxili tətbiqlərini göstərən nümunələrə birlikdə baxaq . Bu məqalənin daha sonralarında Polimorfizmi öz proqramımızda tətbiq etməyin müxtəlif yolları görəcəksiniz.

Polimorfizm aritmetich operatorla

Böyük ehtimalla siz “+” arithmetic operatorunu öz proqramlarınızda dəfələrlə istifadə etmisiniz.

Elə bu işarənin yerinə yetirdiyi funksiyalar polimorfizmin tətbiqinə bariz nümunədir. Bildiyiniz kimi, bu işarə vasitəsilə siz eyni simvollu integersləri, stringləri və ya listləri bir-birinə əlavə edə bilirsiniz. “+” operatoru obyektin tipindən asılı olaraq müxtəlif cür hərəkət edir.

Misal üçün iki integer topladığımız halda bizə cavab integer olaraq geri qayıdır.

İnput:

Output:

Söz stringlərə gəldikdə isə, iki tərəflər toplanır və bizə yeni string verilir.

Input:

Output:

Və sonda listlərdə isə, iki listdə bu toplama əməliyyatı bu şəkildə olur hansı ki, listin içindəki elementlər birləşdirilir və bizə yeni bir list halında təqdim olunur.

Input:

Output:

Biz artıq polimorfizmin nə olduğunu Pythonda necə istifadə olunduğunu öyrəndik. Gəlin indi bir az daha dərindən öyrənək.

Polimorfizm istifadəçi tərəfindən təyin olunan metod kimi (user-defined-method):

Aşağıda göstərilən kodlarda bizim iki classımız var ki, bunlar “İnsan” və “işçi” classlarıdır. Hər classda da hər ikisinin metodu vardır ki bu da “show” dur.

Biz həmçinin polimorfizmlə inheritance-ı(miras alma) birlikdə istifadə edə bilərik.

Uşaq classı valideyn classından bütün motedları və attributları miras alır. Ancaq biz uşaq class-ından bir və birdən artıq sayda funksiyalar istifadə edə bilərik. Gəlin nümanəyə birlikdə baxaq.

Və budur,biz polimorfizmlə inheritance konseptlərini birlikdə istifadə etdik.

Yekun

Ümid varam ki, bir balacada olsa ağlınızda polymorfizm konsepti nədir? və Pythonda necə istifadə olunduğu haqqında bir fikir yaranmışdır. Obyekt yönümlü proqramlaşdırma paradiqmasını dəstəkləyən bir çox dillərdə Polimorfizmdən istifadəniz mümkündür.

--

--