Tənbəllər üçün proqramlaşdırma #1

Ulvien Abd
Pragmatech
Published in
3 min readJul 26, 2020

HTML’ə altdan-altdan giriş

Sən danış, həvəs olsa oxuyacam

Açırıq, istənilən mətn redaktor proqramlarından birini (text-editor’lar, məsələn, Visual Studio, Sublime və ya elə Windows’un ən bəsit text editoru).
Bu faylın adını belə yazaraq komputerdə yadda saxladın: index.html. Bura qayıdacayıq, sıxılma, səndə alınacaq.

Hələlik hər şeyi unudun və indi oxuyacaqlarınıza fokuslanın. Deyək ki, Tağıyev adında qoca həkim var, ona yaxınlaşıb, mədənizin ağrıdığını başa salmalısınız. Bu adam kardır, insanlara baxmır, ancaq oxuya bilir, özü də mətninizi ancaq müəyyən şərtlərlə yazarsınızsa oxuyur, qalan hallarda bunu xuliqanlıq kimi düşünüb sevgilisindən ayrılmış nazlı qızlar kimi kağızınızı büküb küçəyə atır. Və siz Tağıyevə dərdinizi anlatmaq üçün, mədənizin yerini başa salmalısınız. Bunun üçün mən dedikcə siz də belə bir şey əlavə edin:

<İnsan>
</İnsan>

Bu o deməkdir ki, siz hər nə izah edəcəksinizsə, İnsana aid bir yeri göstərəcəksiniz və bunu Tağıyevə izah edən işarə, əgər fikir versəniz, altdakı İnsandan əvvəl “/” işarəsi var, o başa salır. Və burdan qıraqda nə yazsanız, Tağıyev deyəcək ki, dünya düzdür, Mars məni üzür. Yəni ki, error verəcək.
Biz, Cənab Tağıyevə mədəmizin yerini dəqiq bildirmək üçün, artıq bu İnsanın içinə girməliyik, amma Tağıyev psixoloji problemlərə, sizin dərdlərinizə, fikirlərinizə ehtiyacı yoxdur, və ona ancaq əldə tutula bilən dərdlərlə gəlməlisiniz. Davam edirik:

<İnsan>
<Fikir>
</Fikir>
<Bədən>
</Bədən>
</İnsan>

Bura kimi hər şey aydındırsa, eyni məntiqlə mədəmizin yerini Bədənimizin konkret harasında olduğumu ifadə edəcək yeri iç-içə keçirməklə yazmağa davam edirik, və Tağıyevə mesajımızı atırıq:

<İnsan>
<Fikir>
<qonşudakı-xala qeyd="gəl toy kasetindən sənə qız seçək">
<ana qeyd="evə gələndə çörək,at arabası,zimbabve kəpənək otu al">
<cibim qeyd="balansınız sıfıra yaxınlaşır">
<şeytan qeyd="yak lan bir ciğara">
</Fikir>
<Bədən>
<Sinə nahiyəsi>
<Ürək>
Gup-gup: "A+E=Sevgi"
</Ürək>
</Sinə nahiyəsi>
<Qarın nahiyəsi>
<Mədə>
"Mən mədənin içindəki probleməm!"
</Mədə>
</Qarın nahiyəsi>
</Bədən>
</İnsan>

Təbriklər, siz burdakı məntiqdə çətinlik çəkmədinizsə CV’nizə yazın, HTML. Çünki burdan sonrakı hər şey sadəcə daha da detallaşdırma və Tağıyevin təqlərini (<Harda məni belə yazırsınızsa, adıma təq deyin>, </Belə yazırsınızsa, demək ki təqim bağlandı>), Brouzerimizin (yəni, google chrome, mozilla, opera, internet explorer və s., bunlara ana dilimizdə Səyyah da deyirlər) anlayacağı təqlərlə əvəzləməliyik. Fikir verdinizsə, Fikir’in içindəki təqlər bir sətirdə bağlanmadan yazıldı, çünki, fikirlər nəyinsə içində olmurlar, kefinə görə hardan gəldi ağlımıza düşürlər və təxmin edərsiniz ki, Tağıyev onları oxumadı.
Brouzer Tağıyevdən biraz fərqlidir, bizim fikirlərimizi də oxuyacaq, amma bunu öz aramızda saxlayıb, bədənimizi yoxlayarkən, arxa planda istifadə edəcək, ortalıqda göstərməyəcək. Ona görə İnsanımızı html təqiylə əvəz edirik:

<html>
<Fikir>
<qonşudakı-xala qeyd="gəl toy kasetindən sənə qız seçək">
<ana qeyd="evə gələndə çörək,at arabası,zimbabve kəpənək otu al">
<cibim qeyd="balansınız sıfıra yaxınlaşır">
<şeytan qeyd="yak lan bir ciğara">
</Fikir>
<Bədən>
<Sinə nahiyəsi>
<Ürək>
Gup-gup: "A+E=Sevgi"
</Ürək>
</Sinə nahiyəsi>
<Qarın nahiyəsi>
<Mədə>
"Mən mədənin içindəki probleməm!"
</Mədə>
</Qarın nahiyəsi>
</Bədən>
</html>

Brouzerimizin dilini daha da kəşf edək:

<html>
<head>
<qonşudakı-xala qeyd="gəl toy kasetindən sənə qız seçək">
<ana qeyd="evə gələndə çörək,at arabası,zimbabve kəpənək otu al">
<cibim qeyd="balansınız sıfıra yaxınlaşır">
<şeytan qeyd="yak lan bir ciğara">
</head>
<body>
<Sinə nahiyəsi>
<Ürək>
Gup-gup: "A+E=Sevgi"
</Ürək>
</Sinə nahiyəsi>
<Qarın nahiyəsi>
<Qara ciyər>
"Yenə gupluyacaq bir torba dərman"
</Qara ciyər>
<Mədə>
"Mən mədənin içindəki vaxtı keçmiş kolbasayam!"
</Mədə>
</Qarın nahiyəsi>
</body>
</html>

Gördüyünüz kimi, Bədən sözünü ingiliscə qarşılığı body ilə, Fikir sözünü də head ilə dəyişdik. Bu bizim bütün Brouzerlərə həmişə yazacağımız əsas təqlərdir. Ona görə, bugünkü yazıdan bu düzülüşü qeyd edin:

<html>
<head>
...Bura yazacaqlarınız,Brouzerinizdə göstəriləcək,
yəni body-də,yerlərə kömək üçündür, yəni burdakı heçnəyi,
birbaşa body-də görməyəcəksiniz, fikirlər zəncirsizdir...
</head>
<body>
....Bura nə yazacaqsınızsa,
Brouzeriniz onu sizə göstərəcək...
</body>
</html>

Bu günlük bu qədər, növbəti yazıda Mədəmizə səyahət edəcək və onun dərdinə dərman axtaracayıq.

--

--