Uğurlu proqramçıların sahib olduğu 7 alışqanlıq

Samir Karimov
Pragmatech
Published in
2 min readMar 27, 2023

Uğurlu insanların ortaq alışqanlıqları olur adətən. Bu məqalədə uğurlu proqramçılarda analiz etdiyim alışqanlıqları qeyd edirəm. Bu alışqanlıqlara sahib olmaq zaman tələb edir amma qazandıqdan sonra proqramlaşdırma sahəsində inkişafın çox sürətli olacaqından əminəm

1. Səliqəli kod yazırlar

Yazdığın kodları ya da layihəni həm səndən təcrübəli, həm də səndən daha az təcrübəyə sahib olan birilərinə oxutdur. Sənin kod yazma məntiqini nə qədər tez başa düşdüklərini analiz et. O zaman nə qədər səliqəli kod yazdığını anlayacaqsan.

2. Daima nəsə öyrənirlər

1 həftə 10 gün dəli kimi nəsə öyrənib səndən tələb olunanı həlletdikdən sonra öyrənməyi dayandırırsansa bunu bir əksiklik olaraq gör özündə. Öyrənmə gündəlik alışqanlıq halına gəlməyibsə işin bir az çətin olacaq.

3. Səbirli və inadkardırlar

Bir neçə cəhddən sonra koddakı səhvi tapıb həlledə bilmədiyin hallarda nə hissetdiyini analiz et. Əsəbləşib işi yarım qoyursan, yoxsa sadəcə fasilə verib daha sonra yenidən cəhd edirsən? İlkini etmə bu uğurlu proqramçı davranışı deyil. “İndi alınmayıbsa daha sonra mütləq alınacaq” düşüncəsinə sahib ol.

4. Nəyə qadir olduqlarını bilirlər

Nə fərqi var ki alqoritmik bacarıq yaxşı olduqdan sonra həm front, həm backend ya da mobile developer ola bilərəm deyə düşünürsənsə səhv yoldasan. Bəli kod yaza bilərsən amma öz qabiliyyətinə bələd olmadan digərlərinin 1 gündə qət etdiyi yolu sən 1 həftədə qət edəcəksən.

5. Yenilikləri düzgün analiz edirlər

Bəsit yoxlama edək. chatGPT və işləmə prinsipi haqqında nə qədər məlumatın var?Hər texnologiya yeniliyini dərinləməsinə öyrənmək məcburiyyəti hissetmə. İlkin araşdırmanı et əgər o texnologiya sənin əsas hədəfinə dəstək olacaqsa dərinləməsinə öyrən. Yoxsa sırf yeni texnologiya öyrənəcəm deyə əsas məqsədindən yayınmağın məntiqli deyil.

6. Niyə və necə suallarını sevirlər

“Əsas kod işləyir.Gerisi əhəmiyyətli deyil” düşüncəsinə sahibsənsə bunu ən qısa zamanda dəyiş. “Bu kodu niyə yazıram və necə işləyir? “ sualları daimi olaraq ağlında dolansın və cavab tapmağa çalış. Bu proqramlaşdırmanın səndə xarakter halına gəlməsinə çox dəstək olacaq.

7. Hədəflərini görürlər

“ Mən bu X texnologiyasını öyrənim, sonra baxaram görüm nə edəcəm? “ kimi fikirlər gəlirsə ağlına, öyrənməyi dayandır.Zamanını boşa xərcləyirsən. Yazacağın və hazırlayacağın məhsulun bütün detallarını düşünürək öyrənmirsənsə sadəcə hamballıq edirsən deməkdir.

--

--