Veb freymvörkləri öyrənməyə başlamadan bilməli olduğunuz mövzular

Samir Karimov
Pragmatech
Published in
2 min readMar 11, 2023

Öyrəndiyiniz Back End texnologiyası və proqramlaşdırma dilindən asılı olmayaraq o proqramlaşdırma dilinə aid olan veb freymvörkü öyrənməyə başlamağı planlaşdırırsınızsa aşağıdakı siyahını özünüzdə tamamlayın.

Bu siyahı sizin freymvörk məntiqini daha oturaqlı öyrənməyinizə və əzbərləmədən məntiqini qavrayaraq istifadə etməyinizə kömək edəcək.

  1. Veb Brauzerlərin işləmə prinsipini öyrənin çünkü sizin serverlə ünsiyyət yaratmaq üçün istifadə edəcəyiniz proqram veb brauzerdir. Bu proqramın xarakteristikasını bilmək lazımdır
  2. Veb Server anlayışını öyrənin. Veb brauzerdən gələn istəklərə qarşılıq verən sistemlər veb serverlərdir. Veb serverlərin iş prinsipini ən az fundamental səviyyədə öyrənin. Apache,Nginx və s
  3. “Request Life Cycle” yəni veb brauzerdən göndərilən istəklərin veb server tərəfindən necə qəbul edildiyi və veb server tərəfindən göndərilən cavabların hansı proseslərdən keçdiyini bilmək çox ciddi şəkildə sizin veb freymvörklərə adaptasiya olmağınıza kömək edəcək
  4. ORM (Object Releational Mapping) nədir və nəyə lazımdır? Bu suala özünüzdə fəlsəfi olaraq cavab verməyə çalışın. Verilənlər bazasının idarə edilməsi üçün SQL komandaları ilə yox öyrəndiyiniz texnologiyanın əmrlərinin istifadə edilməsini bilmək və bu prosesin hansı əsaslara görə aparıldığını bilmək əhəmiyyətlidir.
  5. MVC(Model View Controller) arxitekturasını bilin. Niyə əksər freymvörk bu arxitektura ilə işləyir. Bir veb layihəsi yazarkən iş bölgüsünü başqa hansı üsullarla edə bilərik? Sualına cavab axtarın özünüzdə
  6. Öyrəndiyiniz proqramlaşdırma dili vasitəsi ilə 0-dan “User Authentication və Authorization” sistemini çox bəsit də olsa qurun. Freymvörklər sizə bunun hazır kitabxanalar verir amma bu sistemin iş prinsipini fəlsəfi olaraq anlamaq sizə çox sürət qazandıracaq
  7. Session, Cookies və Storage haqqında anlayışınız olsun. Veb brauzer daxilində məlumatların qısa müddətli yaddaşda saxlanılması məntiqini bilmək xeyli işinizi asanlaşdıracaq.

Bu siyahı başlangıc səviyyədə mütləq bilinməli olan mövzulardır. Təbii ki daha detallı öyrənə bilmək üçün Design Patterns və SOLID prinsiples mövzularına olan hakimiyyətiniz sizə veb freymvörklərin rahat başa düşülərək istifadə edilməsinə çox kömək edəcək.

--

--