Veb proqramlaşdırma üçün PHP dilinin seçilmə səbəbləri

Samir Karimov
Pragmatech
Published in
2 min readMar 26, 2023

Veb proqramlaşdırma üçün istifadə olunacaq Back End dili seçimləri çoxdur. Bu dillər arasında qərar vermək bir çoxları üçün çətin ola bilir.

İnternetdə araşdırma edərkən PHP dilinin artıq “öldüyünü”, çox istifadə edilmədiyi haqqında məlumatlar çox olsa da bu statistika və şərhləri düzgün analiz etmək lazımdır.

Bu “mənfi” rəylərin əsas səbəblərindən biri PHP-nin sadəcə veb üçün istifadə edilməsidir.

Nümunə olaraq belə deyə bilərik.Java öyrənən biri bu dillə həm veb, həm mobil, həm də desktop tətbiqlər yaza bilər.Amma PHP-də bu şansınız yoxdur.Sadəcə veb tətbiqlər yaza bilirsiniz.

Əksər yeni başlayan bu səbəblərdən geniş platformaları dilləri seçirlər.

Amma əgər niyətiniz veb istiqamətində irəlləməkdirsə PHP-nin xeyli müsbət xüsusiyyətləri var.

  • Əksər dillərdə veb tətbiq yazmaq üçün freymvörk istifadə etməyə məcbur olursunuz. Məsələn Python üçün veb tərəfində Flask,Django kimi freymvörkləri öyrənib onlardan istifadə etməlisiniz. Amma PHP-də belə bir ehtiyac yoxdur. Freymvörkə ehtiyac duymadan qısa zamanda veb tətbiq hazırlaya bilirsiniz
  • PHP açıq qaynaqdır. Bu da PHP ilə yazılan layihələrin xərclərinin az olması deməkdir.
  • Freymvörk olaraq CodeIgniter, Laravel və Symfony kifayət qədər geniş imkanlara sahibdir.
  • PHP daxilində verilənlər bazası ilə işləyə bilmək üçün hazır struktur mövcuddur. Digər dillərdə bu proses üçün əlavə ORM kitabxanalarına ehtiyac duyulur

Bu kimi səbəblərdən əgər niyətiniz qısa zamanda veb tətbiq yazaraq istifadə etməkdirsə PHP ilə bunu rahat reallaşdıra bilərsiniz.

--

--