Veb-sayt, domain və server anlayışları.

Huseyn Mammadov
Pragmatech
Published in
2 min readAug 11, 2021

Sadə dildə desək, veb-sayt, müəyyən bir məlumat toplusunun internetdə nümayiş etdirmək üçün istifadə olunan alətdir. Hər veb-saytın bir və ya bir neçə səhifələti olur və hər səhifənin özünəməxsus şəkilləri, elementləri, mətnləri və s. olur. Daha sonra bütün bu məlumatlar bir yerə yığılaraq bir qovluq altında serverə yüklənir.

Veb-sayt yaratmaq

Sayt yaratmaq üçün 100-lərlə sətir kod yazmaq lazımdır deyimi, sayt düzəltmək üçün sizin İT mütəxəssisi olmaq və ya proqramlaşdırma biliyinizin olması demək deyil. Texnologiyanın inkişafı nəticəsində, günümüzdə, heç bir İT biliyiniz olmadan belə veb-sayt yarada bilərsiniz. Bunun üçün müxtəlif site-builderlar, Wordpress kimi texnologiyalar mövcuddur.

Domain adı

İnternet, bir-birinə bağlı kompyuterlərdən ibarət böyük bir şəbəkədir. Bu şəbəkədəki cihazlar bir-biriləri ilə bağlantı qura bilirlər. Şəbəkədəki cihazları ayırmaq üçün hər bir kompyuterə müxtəlif ip adresi verilir. Misal üçün : 192.168.1.1. Buna bənzər ip adreslərini yadda saxlamaq çətindir. Gündəlik istifadə etdiyiniz saytların ip adreslərini yadınızda saxlamalı olduğunuzun necə çatin olacağını düşünün. Bu problemi aradan qaldırmaq üçün domain adları kəşf olundu.

Domain adı hansısa bir veb səhifəsinə daxil olmaq istədiyiniz zaman brauzerə yazdığınız addır. Məsələn : www.example.com. Domain adı hər veb-sayt üçün təkdir. Başqa sözlə desək, iki fərqli saytın eyni domain adı ola bilməz.

Veb server

Veb server hər hansı bir sayt üçün brauzer tərəfindən göndərilən sorğuları qəbul edən bir kompyuterdir. Serverin işi saytın kontentini istifadəçiyə göstərməkdir. Siz brauzerin adres sətirinə saytın URL-nı yazdığınız zaman, server bu sorğunu qəbul edir və internetdə həmin domain adına uyğun kontent axtarır. Kontenti tapdıqdan sonra isə yenidən brauzerə göndərir. Bir göz qırpımında istədiyimiz sayta daxil oluruq amma arxada nələrin baş verdiyindən çoxumuz xəbərsizik :)

--

--