Verilənlər Bazası və SQL — Ümumi Baxış.

Elvin Y
Pragmatech
Published in
3 min readSep 19, 2020

Salam dostlar. Bu məqalədə verilənlər bazası(eng: Data base) haqqında danışacıyıq. Verilənlər bazası(DB) — kompüterin daimi yaddaşında müxtəlif tipli (mətn, rəqəm, zaman, məntiqi və s.) verilənlərin saxlanılması üçün istifadə olunan xüsusi strukturlaşdırılmış yerdir.Bir faylın DB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.

Verilənlər bazası struktura görə üç cür ola bilər:

1. İyerarxik — bu modeldə verilənlər bazası ağacşəkilli təşkil olunur.

2. Şəbəkə — modelində verilənlər bazası qrafik şəklində olur.

3. Relasiya(eng:Relational) — modelində verilənlər cədvəllərdə yerləşdirilir və bu cədvəllər arasında əlaqə yaradılır.

4. Obyektyönümlü — bu modeldə bazanın ayrı-ayrı verilənləri obyekt şəklində təşkil olunur.

Bu günümüzdə ən çox istifadə olunan relational DB-dir. Realtional DB cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, web səhifələr və modullardan ibarətdir. DB cədvəlinin strukturu cədvəlin sütunlarının adlarının siyahısı ilə təyin edilir. DB- dən verilənləri çıxarmaq, emal etmək dəyişmək silmək üçün SQL dilindən istifadə olunur.

SQL (Structured Query Language -Strukturlaşdırılmış sorğu dili)proqramlaşdırma dili olmamasına baxmayaraq bir çoxları tərəfindən proqramlaşdırma dili olaraq bilinir. 70-ci illərdə İBM tərəfindən yaradılmışdır. İlk versiyası SEQUEL(Structured English Query Language)adlanırdı. Ondan əvvəl riyazi sintaksisə malik SQUARE dili var idi.

SQL dili ilə DB yaratmaq üçün bir neçə proqqramlarda istifadə olunur:

SQLite, MySQL, MS SQL Server, PostgreSQL, Oracle və s.

SQL dilinin bütün operatorları bir neçə qrupa bölünür. Bəzilərindən bu məqaləd danışaq:

DDL(Data Definition Language — Verilənlərin Təyini dili)

DB-nın strukturunu və ya sxemini təyin etmək üçün istifadə olunur.Bəzi misallar verək:

CREATE — bazada cədvəllər(table) yaratmaq:

Gördüyünüz kimi biz artıq bir id-si adı, emailiparolu olan User adında cədvəl(table) yaratdıq.

ALTER — mövcud cədvəldə sütunlar əlavə etmək, dəyişdirmək və ya silmək üçün istifadə olunur. Cədvəlin adını dəyişdirmək üçün də istifadə olunur.Bunun üçün yuxardakı yaratdığımız cədvələ User üçün bir “əlaqə nömrəsi”(phone_number) sətri əlavə edək :

Drop — yaratdığımız cədvəllərdən birini silmək üçün istifadə olunur. Az öncə yaratdığımız cədvəli gəlin silək:

DML (Data Manipulation Language- Verilənlərin emalı dili) — DB -də cədvəllərin emalı üçün nəzərdə tutlub gəlin bəzi nümunələrlə baxaq:

SELECT — DB-dan məlumatların alınması üçün,

INSERT — verilverilənləri daxil etmək üçün,

UPDATE — cədvəldəki verilənləri dəyişmək üçün,

DELETE — cədvəldəki verilənləri silmək üçündür.

Bir Customers(müştəri) adında bir cədvəl yaradaq ki, müştərinin adı və yaşadığı şəhər məlumatları olsun :

Alınan nəticə də belə olacaq:

Qeyd: yuxarıda yazılan kodları və alınan nəticəni sqliteonline.com buradan yoxlaya bilərsiniz.

İndi isə “Ramiz” adında müştərinin şəhətini dəyişək:

İndi isə “Ramiz” adlı müştərinin bütün məlumatlarını silək:

SQL-də açarlar(keys in SQL)

Primary key — cədvəldə yeganə təyin edicisidir, hər bir səti üçün primary key olmalıdır.O NULL dəyəri ala bilməz, həmçinin iki sətr eyni primary key -ə sahib ola bilməz.

Foreign key — adından bəlli olduğu kimi başqa cədvəlin primary key -nə istinad edir(başqa sözlə onu təmsil edir).

Unique key — cədvəldə hər bir sətrin yeganə təyin edici açarıdır, lakin primary key-dən fərqli olaraq o NULL dəyəri ala bilər. Bununla belə baza cədvəlinin birdən çox unique key-ləri ola bilər.

Mənbələr:

--

--

Elvin Y
Pragmatech

“Knowledge is power.” — Francis Bacon