Klinikalarda gözləmə otağı dizayn etmə rəhbəri

Shahana Dostaliyeva
drrandevu
Published in
4 min readAug 12, 2021

Gözləmə otağı, pasientlərin və müştərilərin fiziki mənada həkim/mütəxəssislə ilk təmas nöqtəsi olduğundan yaxşı dizayn edilmiş olması və rahat hiss etdirməsi ilk dəqiqədən etibarən pasient/müştəri təcrübəsinə təsir edir.

Müayinə edilməsini gözləyən pasient/müştərinin gözləmə otağında rahat olması, müalicə mərhələsinə başlayanda da özünü daha rahat hiss etməsinə və beləcə müalicəyə daha tez reaksiya verməsinə köməkçi olur. Əsas olaraq, ideal gözləmə otağının pasientlər və müştərilər üçün rahatladıcı bir mühit olması və pasient/müştərinin narahatlıqlarını minimuma endirməsi lazımdır. Bununla yanaşı, klinika dizaynında olması mütləq sayılan vacib şərtlər və tələb olunan sənədlər dövlət tərəfindən nəzarət altındadır.

Bəs gözləmə otağını dizayn edərkən diqqət edilməsi vacib digər məqamlar nələrdir? Gəlin, birlikdə nəzər yetirək:

1. Müayinə otağınızın gizliliyini təmin edin

Səhiyyə xidməti şəxsə özəl olduğundan və bir çox hallarda məhrəm sayıldığından müayinə otağının gözləmə otağından ayrı olması, pasient/müştərilərin müayinə ərzində özünü rahat hiss etməsi baxımından çox vacibdir. Həm gizlilik üçün, həm də pasient/müştərilərin gözləyərkən narahat olmamaqları üçün müayinə otağı gözləmə otağından görülməməlidir. Aşağıda qeyd edilənləri nəzərə alaraq müayinə otağınızın gizliliyini təmin edə bilərsiniz:

· Səs ötürülməsinin qarşısını alan materiallardan hazırlanmış qapılar,

· Parket və ya kafel döşəmə yerinə, səs-küy əleyhinə bir xalça və ya vinil örtük,

· Səsin əks sədasının qarşısını alacaq və səs-küy əleyhinə sadə və gözəl görünüşlü mebel və pərdələr,

· Gözləmə otağında zəyif bir fon səsi.

2. Məkandan səmərəli istifadə edin

Gözləmə otaqlarındakı ən vacib məsələlərdən biri hər kəs üçün əlçatan olmasıdır. Hərəkət qabiliyyəti məhdud olan, təkərli kürsüdən istifadə edən və ya körpə arabası ilə müayinələrə gələn pasientlərinizə və müştərilərinizə mükəmməl bir təcrübə yaşada bilməyiniz baxımından çox vacibdir.

Mümkün olduğu qədər geniş və fərah bir sahə buraxsanız, pasient/müştərilərin sıxlıq hissinə qapılmamalarını təmin edər və narahatlıqlarını azaldarsınız. Bununla yanaşı, uyğun mebel seçimi də pasient/müştərilərin rahatlığını təmin etmək adına çox əhəmiyyətlidir. Bir-birindən fərqli: tək, ikili, üçlü oturacaqların olmağı tək gələn və ya yaxını ilə gələn pasient/müştərilərinizin özünü rahat hiss edəcəyi seçimi etməsinə köməkçi olar.

Buna əlavə olaraq, oturacağa yaxın məsafədə rozetka və internetə çıxışın mümkünlüyü, pasient/müştərilərin gözləmə zamanı şəxsi işləri ilə məşğul ola bilməklərinə imkan yaratdığından boş vaxt itkisinin qarşısını alacaqdır.

3. Hüzurlu bir atmosfer üçün müasir və sadə dizaynlara üstünlük verin.

Klinikanın dizaynının hər mərhələsində diqqət edilməli ən vacib məsələ, pasient/müştərilərin rahatlığını təmin etməkdir. Hərhansı bir narahatlıq nəticəsində klinikaya gələn pasientlər və müştərilər gözləmə otaqlarında xoş hiss etməyə bilər. Məqsədimiz, klinikaya gəldikləri andan etibarən xoş ilkin təəssürat formalaşdıraraq gərginliklərini azaltmaq istiqamətli olmalıdır. Bu səbəbdən otağa hakim olan əsas dizaynı, işığından rənglərinə, bitki seçimlərindən portret seçimlərinədək bütöv bir şəkildə nəzərdən keçirtməlisiniz.

· İçəridəki işığın göz yoran parlaqlığı və ya qaranlıq olmamasına diqqət yetirin. Günəş şüası çox vuran yerləri pərdələr ilə, az işıq alan yerləri isə lampalar ilə balanslaşdıra bilərsiniz.

· Hiss edilən istiliyin hər zaman otaq istiliyində olmasına diqqət göstərin. Boğucu bir havaya məruz qalmaq ya da müayinə olmağı gözləyərkən üşümək pasient/müştərilərinizin mənfi bir təcrübə yaşamaqlarına səbəb ola bilər.

· Optimal hava istiliyi ilə yanaşı klinikanızın yaxşı havalandırıldığından və mütəmadi dezenfeksiya edildiyindən əmin olmalısınız. Nəfəs yolları ilə ötürülən xəstəliklərin qarşısını almaq və təmiz havanın sakitləşdirici təsirindən yararlanmaq üçün müəyyən aralıqlarla klinikanı havalandırın. Bununla yanaşı, arxa fonda xoş qoxular istifadə edərək pasient/müştərilərinizdə pozitiv təsirlər yarada bilərsiniz.

· Neytral və yumşaq tonlara üstünlük verin. Yaşıl, mavi və qəhvənin yumşaq tonları ən çox tövsiyə edilən rənglərdir. Əlavə olaraq, xüsusilə yaşıl və mavinin tonlarının insanlarda hüzur yaratdığı və stressi azaltdığı tədqiq edilmişdir.

· Oturacaqlarınıza əyləşərkən kürək dəstəyi təmin etməsi məqsədilə yastıqlar qoya bilərsiniz.

· Canlı görünən yaşıl məkan bitkiləri də atmosferi müsbət şəkildə dəyişdirən vasitələrdəndir. Pasientlərə və müştərilərə canlılıq hissi verir, narahatlıqlarının azalmasını təmin edir.

· Bitkilərə əlavə olaraq, divarlara asılan yaşıl təbiət tabloları ilə də pasient/müştərilərinizdə müsbət duyğular oyada bilərsiniz.

· Gözləmə otaqlarınızın müəyyən yerlərinə peşəkarlığınızla bağlı məsələlərdə faydalı broşuralar, sağlamlıqla bağlı jurnallar qoyaraq məlumatlı olmalarını təmin edə bilərsiniz.

· Klinikanızda, tək istifadəlik plastik stəkanlar və su dispenserinin olması da pasient/müştərilərinizin ən təməl ehtiyacı olan su ehtiyacını qarşılamağınız baxımından sizə müsbət şəkildə yansıyacaqdır.

Bütün bu tövsiyələri nəzərdə tutaraq siz də pasient/müştəri təcrübəsinə pozitiv töhfə verən, peşəkarlığınızı və professionallığınızı yansıdan gözləmə otaqları dizayn edə bilərsiniz.

Son olaraq, pasientlərin və müştərilərin ən çox əhəmiyyət verdiyi məsələ müayinəyə vaxtında çağrılmaqdır. Günlük proqramını aldığı görüş saatına uyğun planlayan pasient/müştərilər, görüş saatında gecikmələr yaşadıqlarında məğdur olur. Bu vəziyyət də pasient/müştərini sonraki dəfələrdə həkim/mütəxəssis seçimlərində dəyişikliyə sövq edə bilir. Pasient-həkim və ya mütəxəssis-müştəri arasında yarana biləcək bu inamsızlığın qarşısını almaq üçün görüş vaxtlarını çox yaxşı planlamalısınız. Görüş vaxtlarını səhvsiz etmək, mümkün ola biləcək qarışıqlıqların qarşısını almaq, pasient/müştərilərinizin görüş saatını unutmaqlarına mane olmaq üçün köməyə ehtiyac duyduğunuz halda Doctonline (https://www.doctonline.com/az) təklif etdiyi üstünlükləri nəzərdən keçirə bilərsiniz.

Unutmayın ki, pasient/müştəri təcrübəsi bütövlük təşkil edir və onlayn kanallarda sağlamlıq axtarışına başlanıldığı andan başlayır. Pasient/Müştərilərinizin qarşısına rahat şəkildə çıxmaq, görüş təyinlərini asanlaşdırmaq, stressi azaldan bir gözləmə otağı təcrübəsi yaşatmaq, müayinəyə vaxtında başlamaq kimi amillər ən az düzgün müalicənin tətbiqi qədər, pasient/müştəriyə mental və fiziki olaraq təsir mərhələləridir. Hər bir pasient/müştəriyə yaşatdığınız müsbət təcrübə, reputasiyanıza töhfə verərək böyüyür və sizi sahənizdə tanınmış professionallar arasına daxil edir. Sizlər də bu gün alacağınız tədbirlər və ya edəcəyiniz kiçik dəyişikliklərlə bu yolda irəliləyə bilərsiniz. Bu məqamda Doctonline təcrübələrindən yararlanmağa çəkinməyin.

Əlaqə üçün: https://www.doctonline.com/az

--

--