Pasientlərin onlayn randevu almazdan əvvəl ən çox diqqət yetirdikləri 3 məqam

Shahana Dostaliyeva
drrandevu
Published in
4 min readAug 11, 2021

İnternet istifadəsinin gündəlik həyatda artması ilə əlaqədar internetdən məlumat, xidmət və ya məhsul axtaranların sayı da get-gedə çoxalır.

İnternetdəki sürətli dəyişiklik və inkişaf, səhiyyə sahəsində də özünü qabarıq şəkildə göstərərək, pasient təfəkkürü və davranışlarında da dəyişikliklərə səbəb oldu. Pasient/Müştərilərin sağlamlıq axtarışları edərkən müraciət üsulları dəyişdi və onlayn kanallara istiqamətləndi.

Sağlamlıq axtarışları edərkən internetdən istifadə edən istifadəçiləri nəzərdən keçirtdiyimizdə, 25–34 yaş qrupunun 32.72%-lə ilk sıralarda olduğunu görürük. Bu yaş qrupundakı insanların sadəcə özləri üçün deyil, eyni zamanda pasient/müştəri yaxını olaraq da axtarış edənlər olduğunu düşündüyümüzdə, internetdən edilən sağlamlıq axtarışlarının nəticəsində verilən qərarların çox geniş bir kütləyə təsir etdiyinə qənaət gətirə bilərik. Bu səbəblə, sağlamlıq axtarışları edən pasient/müştərilərin, həkim/mütəxəssis seçiminə qərar vermə mərhələsində ehtiyac duyduqları bütün məlumatlara tez və asan əlçatanlığının təmin olunması bu günlərdə daha da vacib bir hala çevrildi. Bu məqamda, həkim/mütəxəssislərin internetdən faydalı şəkildə istifadə edə biləcəkləri alətlərə sahib olmaqları və bu alətləri təsirli şəkildə idarəetmələri çox kritikdir.

Dəyişən sistemdə, pasientlərin və müştərilərin onlayn görüş almazdan əvvəl ən çox diqqət yetirdikləri məqamları sizlər üçün bir araya gətirdik.

1. Klinikanın ünvanı

İnternetdə sağlamlıq axtarışları edən pasient/müştərilərin böyük bir qismi xəstəlik, peşəkarlıq, şəhər, rayon kimi açar sözləri birləşdirərək axtarış edir. Bu vəziyyət də, klinikanın yerləşdiyi ünvanın əhəmiyyətini artırır.

Pasientlər və müştərilər üçün evinə və ya iş yerinə ağlabatan uzaqlıqda olan ünvanlar qərar mərhələsində daha məqbul sayılır. Klinika ünvanının yaxınlığı qədər asan tapılması da əhəmiyyətlidir. Bunun üçün Google Xəritələrə inteqrasiya edilən “Google My Business” xidmətindən yararlana bilərsiniz. Profilinizdəki klinika ünvanını hər zaman yeniləyin. Google Xəritələr, Yandex Xəritələr kimi tənzimləmələrdə klinika ünvanınızın qeydiyyatda olması pasient/müştərilərin qeyd olunan ünvanı tapmasını asanlaşdırar və müsbət təcrübə yaşamaqlarına köməkçi olar.

Unutmayın ki, pasient/müştəri təcrübəsində iz qoyduğunuz hər pozitiv təsir onlayn reputasiyanıza töhfə verərək böyüyür.

2. Profil şəkliniz

Profil şəkli, internetdə sağlamlıq axtarışları edən pasient/müştərilərin gördüyü tək vizuallıqdır və onlayn reputasiyanızın inkişafına təsir göstərir. Məsələn, Doctonline (https://www.doctonline.az) məlumatlarına görə pasient/müştərilər şəkilli profilləri, şəkilsiz profillərə görə 37% göstərici ilə daha çox ziyarət edir. Əlavə olaraq, profil şəklinizdəki ifadəniz və təbiiliyiniz də pasient/müştəri qərarlarına təsir gücünə malikdir. Müvafiq arxa planda — neytral və tək rəng olması arzuolunandır — və rəsmi geyimlə çəkilən təbii bir duruş profiliniz üçün uyğun bir profil şəkli olacaqdır.

3. Pasient/Müştəri rəyləri

Rəylər, xüsusilə tanımadıqları bir həkim/mütəxəssisi araşdıran pasient/müştərilər üçün qərarvermə mərhələsində ən böyük təsiredici faktordur. Daha əvvəl sağlamlıq xidmətləri verdiyiniz pasientlərinizin və ya müştərilərinizin paylaşdıqları təcrübələr yeni pasient/müştərilərinizin mümkün təcrübələrindəki gözləntilərinin formalaşması baxımından çox dəyərlidir. Haqqınızda edilən müsbət rəylər pasient/müştərilərin ağıllarındakı sual işarələrini azaldaraq, həkim/mütəxəssis seçimində qərarlı addım atmaqlarına kömək edər. Beləliklə, haqqınızdakı müsbət rəylər sayəsində narahatlıqları azalmış pasient/müştərilərlə quracağınız münasibət daha inamlı və davamlı hala çevrilər.

Müsbət və ya mənfi rəylərə cavab verməyiniz də pasientlərə və müştərilərə həssas yanaşdığınızı göstərən bir profil yaratmağınız baxımından olduqca qiymətlidir. Müsbət rəy alanda təşəkkür edərək, mənfi rəy aldıqda isə səbəbini başa düşdükdən sonra uyğun bir dillə izahat verməyiniz onlayn reputasiyanıza töhfə verəcəkdir.

Araşdırmalara görə pasientlərin və müştərilərin:

· 82%-i, onlayn görüşlərin, həkim və mütəxəssis seçimlərində birbaşa təsirli olduğunu vurğulayır.

· 50%-i, həkim və ya mütəxəssis haqqında ən az on rəy varsa, o həkimi/mütəxəssisi düşünməyə dəyər hesab edir.

· 80%-i, dörd ulduzlu, yəni ortalama bir rəy nəticələrinə sahib həkim və ya mütəxəssisi “kifayət qədər yaxşı” olaraq dəyərləndirdiyini bildirir.

· 85%-i, əgər həkim/mütəxəsisə dair rəylərin 10%-dən çoxu bir ulduzludursa, o həkim/mütəxəssisdən görüş istəməyə meyilli olmayacaqlarını vurğulayır.

· 75%-i isə, həkim/mütəxəssis haqqındakı rəylər bir ildən də köhnəyə aiddirsə, etibarlılığını itirdiyini hesab edir.

4. Sığorta müqavilələri

Pasient/müştərilər üçün bir digər əhəmiyyətli məqam da sahib olduqları tibbi sığortalarının, seçməyi düşündükləri həkim/mütəxəssislə və ya klinika ilə müqavilələrinin olub-olmamasıdır.

Müqavilələr bağladığınız tibbi sığortaların aydın bir şəkildə onlayn kanallarda göstərilməsi pasient/müştərilərin axtarış etdikləri zaman məlumat əldə etmə tezliklərini asanlaşdırır, vaxt itkilərinin qarşısını alır.

5. CV/Haqqımda hissəsi

Bir digər vacib məqam da pasient/müştərilərin həkim/mütəxəssis seçimində öz problemlərinə ən uyğun sahədə ixtisaslaşmış və təcrübələr qazanmış həkim/mütəxəssis axtarışında olmalarıdır.

Profilinizdə, özünüz haqqında qısa və ixtisasınıza dair peşəkarlığınızı göstərən məlumatlara üstünlük verməlisiniz. Məsələn: məzun olduğunuz ali təhsil ocaqları, ixtisaslaşdığınız sahələr, bildiyiniz dillər və yazdığınız məqalələr kimi məlumatlar, pasient/müştərilərin həkim/mütəxəssis seçimində qərarlarına təsir göstərəcəkdir. Bu məqamda, profilinizi əskiksiz bir şəkildə yaratmağınız və pasient/müştərilərin məlumat əlçatanlığını asanlaşdırmağınız ilk andan etibarən müsbət bir təcrübə qazanmağı təmin edəcəkdir.

Siz də bu 5 məqamı mükəmməl hala gətirsəniz, pasient/müştərilərin bütün ehtiyaclarını təmin edər, kommunikasiyaya keçdiyiniz ilk andan etibarən inamlı bir əlaqə yaradar və pasient/müştəri təcrübəsini əskiksiz olaraq təmin edə bilərsiniz. Onlayn aktivlik sayəsində rahatlıqla tapdığı həkimlərdən və mütəxəssislərdən, ona ən yaxşı köməkliyi göstərəcəyini düşündüyü insanı seçən pasient/müştəri, qazandığı təcrübəni fərqli platformalar vasitəsilə oxşar vəziyyətlərdə olan pasient/müştərilərlə də bölüşəcəkdir.

--

--