Proqramçı olaraq daimi inkişaf tempində qala bilmək üçün məsləhətlər.
Nov 4 · 2 min read

Son dövrlərdə proqramçı olaraq yeni texnologiyalara nəinki adaptasiya olmaq hətda onları izləmək belə çox çətin hala gəlib. Texnologiyanın inkişaf tempi inanılmaz sürətə sahibdir. Buna görə da biz proqramçılar bu inkişaf tempini öz daxilimizdə də saxlamalıyıq. Bunu edə bilmək üçün bir neçə məsləhətlərim olacaq.
- Təhsilinizə investisiya edin.Mütləq şəkildə müəyyən periodlarla təhsilinizi investisiya edin. Müəyyən periodlarla təhsilə zaman ayırmaq, uzun müddət fasiləsiz təhsildən çox daha produktiv və keyfiyyətlidir. Həm işləyib həm də təhsilə zaman ayırmaq çox çətin və keyfiyyətsiz investisiya növüdür.
- Fərqli cığırlarda yol getməyi yoxlayın. Əlinizdə lokomotiv olaraq istifadə etdiyiniz texnologiya ilə paralel olaraq başqa platforma və texnologiya da istifadə etməyi unutmayın. Bu gün sizin istifadə etdiyiniz texnologiya sabah müzey exponatı olabilər. Siz rahatlıqla başqa texnologiyaya keçə bilməlisiniz itgi vermədən.
- Fanatizmdən uzaq olun.Heç bir zaman bir texnologiyanın fanatı olmayın. Əyər özünüzö nəyinsə fanatı olmağa məcbur hissedirsinizsə onda “problem həlletmə” fanatı olun.
- Yeni proqramlaşdırma dilləri öyrənin. Özünüzün müəyyən etdiyi periodlarla yeni proqramlaşdırma dilləri öyrənin. Öyrəniləcək dil seçərkən fərqli paradiqmaya sahib dili seçmək gözəl seçim olacaqdır.
- Proqramlaşdırmaya aid kitab oxumaqdan əl çəkməyin. Əksər proqramçı bu sahədə daha çox dakumentasiya ya da blog yazılarından faydalanır. Yaddan çıxarmamaq lazımdır ki dakumentasiya eksiklopediya xarakteri daşıyır. Dilin ya da texnologiyanın ümümi qaydalarında ibarətdir. O texnologiyaya aid olan kitablar isə əksərən təcrübəli proqramçının o texnologiyanı istifadə etdikdən sonra güclü və gücsüz tərəflərini analiz etməklə daha fərqli yanaşmalar öyrənməyinizə kömək edəcəkdir.
- Mütləq şəkildə müzəkirə qrupunuz olsun.Müzakirə bir çox halda sizin bu zamana qədər görmədiyiniz məqamları görə bilməyinizi təmin edir. Buna görə keyfiyyətli müzakirə qrupu sizi daima “up to date” qalmağa vadar edəcəkdir.
- Texnologiyanın məhşurlaşmasını gözləməyin. Yaşadığınız mühitdə seçilən texnologiyanın məhşurlaşmasını gözləməyin. Öyrənin ki zamanı gələndə artıq rahatlıqla o texnologiyadan istifadə etmə şansınız olsun.

