Proqramçı olmaq istədiyindən əminsən mi?

S01E03

Samir Karimov
Pragmatech
2 min readJul 5, 2019

--

Yuxarıdakı suala cavab verdin.Proqramçı olmaq üçün “ciddi” səbəb(lər)in var. Çox gözəl.Növbəti mərhələ nədir?

  • Youtube, Googleda “Proqramlaşdırma nədir? Harda və necə öyrənmək olar ?” deyə araşdırma etmək (Pis fikir deyil)
  • Bir online kurs satın almaq ya da bir offline kursdan qeydiyyatdan keçmək ( İstəyində ciddi olduğunu pul xərcləməklə təsdiqləyirsən.Bravo!!)
  • Mark, Elon, Bill, Steve kimi insanların qazandıqları pulları öyrənib qaza gəlmək (9 sıfırlıq həyatları olan insanları seçməklə nə qədər çox istəkli olduğunu hissedirəm.Gözlərim yaşardı bu istək qarşısında)
  • …. (öz əlavələrini edə bilərsən)

Əyər növbəti mərhələn yuxarıda sadaladıqlarımdan hər hansı biridirsə oyunun ilk dəqiqəsindən uduzmusan deməkdir.

Əminsən mi proqramçı olmaq istədiyindən?

Bu suala cavab ver.“Əşşi o qədər səbəb sayıb istədiyimi bildirdim.Bu kifayət deyil məyər?” dediyini eşidirəm sanki.

Xeyir kifayət deyil.Çünkü bir proqramçı

  • Necə yaşayır?
  • Gündəlik həyatı necə olur?
  • Həyata baxışı necə olur?

Bunları bilmədən istədiyindən əmin olmağın mümkün deyil.Bu əminlik olmasa bir neçə il keçdikdən sonra həyatının peşmançılığını yaşayıb sektor dəyişdirmək məcburiyyətində qala bilərsən.

  • Mütləq bir neçə proqramçı ilə tanış ol.Sadəcə sosyal mediada dostluq göndərib onların paylaşımları izləməklə kifayətlənmə.Onlarla otur kofe iç, söhbət et,onlar işləyərkən yanlarında ol, izlə onları.Sadəcə sosyal mediada izləmək səni çox səhv qərarlar almağa yönləndirə bilər.Çünkü insanlar instagram story-lərində, Facebook postlarında və.s həyatlarının əyləncəli və iştah açan yönlərini paylaşmağa həvəslidirlər əksərən.Yazdığı koddaki səhvi tapa bilməyəndə hirsindən divara yumruq atarkən ya da 15+ saat kod yazdıqdan sonra saçı başı dağılmış, makyajı axmış halda instagram story çəkən proqramçı çox azdır.
  • Proqramlaşdırma işi ilə məşqul olan şirkətləri ziyarət et.İş mühiti ilə tanış ol.Çəkinmə,utanma müraciət et.Beş şirkət səni qəbul etməsə də mütləq biri qəbul edəcək.Səbirli ol.Çünkü səbrin bir proqramçı üçün nə məna ifadə etdiyini daha sonra çox gözəl anlayacaqsan.
  • Hər hansı bir proqramlaşdırma məhsulunun istehsal prosesini başından sonuna qədər izlə.Bu sənə istədiyin və xəyalını qurduğun işin xəritəsini ortaya qoyacaq və çox faydalı olacaq.Bir veb səhifəsindəki sənin ciddiyə alıb dəyər vermədiyin qeydiyyat formunun ərsəyə gəlməsinin heç də sənin düşündüyün qədər bəsit olmadığına şahid ol.

Bu sadaladıqlarımı etdikdən sonra təkrar sual ver özünə.Mən bu həyatı yaşamaq istəyirəmmi? Mən 10–15 il bu tipli bir həyat yaşasam xoşbəxt hissedərəm mi özümü?

Cavabın -dirsə sevməyə başlayıram səni.Çox maraqlı bir həyat səni gözləyir.

Keçək növbəti suala.Böyük ehtimalla içindən keçir

  • Görəsən məndə alınar?
  • Necə bilə bilərəm ki mən proqramçı ola bilərəm ya yox?Əyər alınmayacaqsa bəri başdan yolumdan dönüm.

Bu suallar haqqında növbəti yazıda bəzi maraqlı gələ biləcək məqamlardan yazmısam

--

--