Proqramlaşdırma sektorunda şirkət tipləri

İşə qəbul prosesi bir çox yeni başlayan üçün sözün əsl mənasında “kabus” olur. Burda hər iki tərəfin (şirkət və proqramçı) analiz edilməsi lazımdır düzgün yanaşma əldə edə bilmək üçün. Aşağıdakı yazıda proqramçı tiplərini qeyd etmişəm.
Bu yazıda proqramlaşdırma sektorunda var olan şirkət tiplərini analiz edəcəm.
Yekunda isə bu iki tərəfi tiplərinə uyğun olaraq bir yerdə cəmləşdirməyə çalışacam.Ümid edirəm həm şirkətlər həm də proqramçılar üçün faydalı olar.
Beləliklə şirkət tipləri
1.Az maaş + bonus strategiyası olan şirkətlər
Bu şirkətlər əksərən yeni qurulmuş şirkətlərdir. Sahibkar bir neçə layihə alıb artıq şirkətləşməli olduğuna qərar verir və şirkət qurur. Amma şirkət strategiyası hələ tam hazır deyil. Aylıq şirkət gəlirini tam olaraq hesablaya bilmədiyi üçün maaş olaraq az maaş verib gələcək olan layihələrdən bonus təklifi ilə proqramçı götürmək istəyir işə.
2. Sərvəti “Təcrübəçi” olan şirkətlər
3 və 6 aylıq periodlarla “təcrübəçi” adı ilə şirkətə bir çox proqramçı qəbul edib, onlara layihə yazdıraraq təcrübə müddətinin sonunda “Üzrlü sayın bizim düşündüyümüz insan siz deyilsiniz təəssüf ki” deyərək yeni təcrübə proqramı ilə şirkət döngüsünü təmin edən şirkətlər.
3. Ortalama maaş və “3-ü birində proqramçı” hədəfli şirkətlər
Hər sahəyə uyğun proqramçı işə alıb onların maaşını verə bilməyəcəyini düşünərək “Hər şeyi bilən” proqramçıya digərlərinə verəcəyi maaşların cəmindən aşağı amma sektora görə normal maaş verən şirkətlər.
4. Yüksək maaş və “7/24 proqramçı” hədəfli şirkətlər
Proqramçı etiraz etmədən işləyə bilsin və onu günü istədiyi saatında zəng edib “Layihə nə oldu? Nə vəziyyətdəsən?” tipli suallar verə bilmə haqqını özündə görmək istəyən şirkətlər. Yüksək maaş verdiyi üçün bu haqqı özündə görür.
5. Layihə əsaslı ödəmə edən şirkətlər
Maaş strategiyası olmayan gələn layihələrdən proqramçıya faiz olaraq ödəmə edən şirkətlər.
6. “Qısqanc” şirkətlər
Proqramçının başqa işlə məşqul olmasının və bir müddət sonra daha yüksək maaş verən şirkətə keçməsini qəbul etməyən şirkətlər
7. “Cici” şirkətlər
Maaş çox ciddi səviyyədə olmasa da komandası çox səmimi olan , hər həftə əməkdaşları ilə yemək ya da əyləncə tərtib edən şirkətlər. “Biz bir ailəyik” təsəvvürü yaradan və əməkdaşlar arasında emosyanal bağ yaradaraq bunun iş prosesinə müsbət təsir etməsini uman şirkətlər
8. “Şirkət kimi şirkət” şirkətlər
Proqramlaşdırmanın proqresiv bir sahə olduğunu anlayan və proqramçının inkişafının şirkətin inkişafı olduğunu düşünərək həm maaş həm də digər mövzularda (xüsusi ilə təhsil) proqramçının yanında olan şirkətlər.
Yazını sizdən gələcək olan təkliflərə görə sıyahını artırıb daha sonra hər şirkət tipinin müsbət mənfi yönlərini ətraflı yazacam. Sizdən istəyim bu siyahıya varsa əlavələr etməyinizdir.

