Sektordakı proqramçı tipləri

Samir Karimov
Nov 7 · 3 min read

Proqramlaşdırma sektorunda şirkətlərin proqramçı tapmaqda və proqramçıların uyğun şirkət tapmaqda yaşadığı problemləri düşünərək belə analiz etməyə qərar verdim. Hər iki tərəfi analiz edərək hansı tip şirkətlərə hansı tip proqramçı uyğun olabiləcəyini təxmin etməyə çalışacam. Buna həm şirkət tiplərini həm də proqramçı tiplərini analiz etməklə başladım. Aşağıdakı yazıda şirkət tiplərini görə bilərsiz

İndi isə proqramçı tiplərini sıralamağa çalışacam

1.“Ne iş olsa yaparım abi” tipində proqramçılar

Bu proqramçılar sektorda var olan pulu gördükləri üçün işin tipindən asılı olmayaraq istənilən formada işi görməyə cəhd edən proqramçılardır. Bir sahədə expert olmaları mümkün deyil. Qazanılacaq pul başqa sektorda olsa o sektora çox rahatlıqla keçiş edə bilərlər

2.“Mənim kodum, mənim qərarım” tipli proqramçılar

Bu adamlar qayda qanun sevən insanlardır. Öz prinsipləri olan bu prinsiplərə görə rahatlıqla şirkət ya da müştəriyə rədd cavabı verə biləcək insanlardır. Bəzən çox xırda məsələyə görə layihəni yarıda qoyub gedə bilərlər. Əksərən çox rəsmi üslubda danışıqlarından hissedəbilərsiniz bu tip proqramçıları

3.Saat 18:00 üçün alarm quran proqramçılar

Bu tip proqramçılara layihənin ya da o günkü tapşırığın bitib bitməməsinin heç bir əhəmiyyəti yoxdur. İş həyatı ilə şəxsi həyatını tamamən bir birindən ayırmağa çalışan ya da ayırmış insanlardır. Normal həyatda proqramçı olduqlarını hissetməzsiniz. Proqramçı “iyi” gəlməz onlardan.

4.Bir ayağı “freelance”-da olan proqramçılar

Freelance dadını necəsə aldıqdan sonra verilən şirkət maaşın həmişə az görən “Əşşi onsuz da ordan gələn sabit gəlir var bir iki freelance götürüm atım qırağa” zehniyyətində olan insanlardır. Fokuslarını tam olaraq işə verə bilməmə problemləri var. Buna görə iş dəyişdirmək çox əhəmiyyət kəsb etməz ona.

5.Ruh olaraq “qoca” proqramçılar

Öyrəndiyi bir texnologiyadan vazkeçə bilməyən “Mənə lazım olan hər şeyi bunda edirəm nəyimə lazımdı yenisi” modunda olan yeni texnologiyalara çox da açıq olmayan proqramçılardır.

6.Təcrübəni yaş və illə ölçən proqramçılar

Sektorda keçirdiyi illərdə keyfiyyəti yox kəmiyyəti (sektorda var olduğu illəri) əsas alan və buna əsasən özünü müəyyən səviyyəyə uyğun görən proqramçı tipi. Gənclərlə araları çox da yaxşı olmayan bu tiplər əksərən söhbəti köhnə dövrlərdə yazdığı layihələr gətirən və yeni layihələrdə sadəcə “Layihə meneceri” görüntüsündə olub titullarına “Lead Developer” yazdıran tiplərdir.

7.“Kefkom” proqramçılar

Bunlar texnologiya xəstəsidir. Layihənin bitməsindən daha əhəmiyyətli olan o layihə yazan zaman qarşılarına çıxan “babat” erroru (hansı ki onun layihədən çıxarılması bir məna daşımır) günlərcə düşünüb onu həlletmədən başqa hər hansı iş görməyən tiplərdir. Adətən ipə sapa yatmayan və çox kəskin zəkası olan tiplərdir.

8. “Cəsur ” proqramçılar

Proqramlaşdırma fundamental məlumatlarını (algoritmlər, data strukturlar v.s) və proseslərin gedişatını çox yaxşı analiz etmiş və istənilən texnologiya ilə qarşılaşanda təcrübəsi olmasa belə “Bəsit şeylərdi həllolar” deyərək ətrafındakılar tərəfindən nifrət obyektinə çevrilən riyaziyyat fanatı proqramçılar. Bunlar üçün proqramlaşdırma dilində “master” olmağın çox da əhəmiyyəti yoxdur. Arxitekturanı və prosesin alqoritmini elmi yolla izah etdikdən sonrakı proseslə çox maraqlanmaz və zaman itgisi olaraq baxar kod yazmağa

Bir müddət sonra sadaladığım proqramçı tiplərinin müsbət və mənfi yönlərini əlavə edəcəm. Bundan əvvəl sual verim

Sən hansı tip proqramçısan? (Siyahıda olmayan bir tipsənsə qeyd etməyin super olar)

Proqramlaşdırma səyahəti

3 hissədən ibarət olan yazı silsiləsi. Yazılar başlangıc,orta və expert səviyyəsində olan proqramçılar üçün izləyə biləcəkləri yol xəritəsi mahiyyəti daşıyır.Tamamlanması təqribən bir il zaman alacaq.İzlədiyiniz üçün təşəkkürlər.

    Samir Karimov

    Written by

    Educator,Developer | www.code.edu.az

    Proqramlaşdırma səyahəti

    3 hissədən ibarət olan yazı silsiləsi. Yazılar başlangıc,orta və expert səviyyəsində olan proqramçılar üçün izləyə biləcəkləri yol xəritəsi mahiyyəti daşıyır.Tamamlanması təqribən bir il zaman alacaq.İzlədiyiniz üçün təşəkkürlər.

    Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
    Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
    Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade