Proqramlaşdırmada nəzəriyə əsaslı öyrənmə metodu

S01E06

Samir Karimov
Pragmatech
2 min readJul 16, 2019

--

Bu metodika səbrlə tətbiq edilməsi lazım olan və uzun müddətli bir metoddur.

Kimlər bu metoddan istifadə etməlidir?

  • Maddi olaraq azad olanlar
  • Uzun müddətli kariyera planı olanlar (Qısa müddətdə öyrənim qazanc əldə edim marağında olmayanlar)
  • İstəyərək ya da istəməyərək xüsusilə Azərbaycanda bu sahədə universitet təhsili alanlar.

Bu metodika ilə yola başlayanlar işə sual soruşmaqla başlamalıdır

  • Kompyuterin işləmə prinsipi necədir?
  • Məlumalatlar yaddaşda necə saxlanılır?
  • Harddisk və RAM arasında fərqlər nədir?
  • RAM ın quruluşu və işləmə prinsipi necədir?
  • Hardwaresoftware bir biri ilə hansı əsaslar və protokollara görə işləyir?
  • Network nədir? Necə işləyir?
  • Server nədir? Normal kompyuterdən fərqi nədir?
  • Kompyuterlər arası ünsiyyət necə qurulur və hansı standartlara görə işləyir?

Bu sadaladığım suallar nümunəvi suallardır.Suallar tamamən öyrənən şəxsin istək və həvəsinə bağlı olaraq dəyişir.Suallar şəxsin bazasından asılı olaraq qəlizləşə ya da bəsitləşə bilər.Bu sualları öyrənən şəxs işə başlamadan öncə özü hazırlamalıdır.Amma suallardan da anlaşılacağı kimi “Niyə?” “Necə?” sualları bu metodikanın əsas mahiyyətini təşkil edir.Bu iki sual olduqca sehirli və cavablandırılması uzun müddət alan suallardır (Böyük ehtimalla sonu olmur bu sualların). Tək bir sual sənin başlangıc nögtən ola bilər.

Bu metodikanın müsbət mənfilərini sadalamağa çalışacam

Müsbət yönləri

  1. Gördüyün işi cəsarətlə görürsən çünkü o işin altında yatan bütün prosesləri anlayırsan və bilirsən.
  2. Əldə etdiyin biliklər tam olduğu üçün məlumat doyğunluğu hissedirsən.Yarımcıq papaqçı olmursan.
  3. Daha sonrakı məqalələrdən da görəcəyin kimi yeni başlayan proqramçıların qorxduğu və qərar vermədə çətinlik çəkdiyi məsələlərdə (Hansı proqramlaşdırma dili ən yaxşıdır? Ən çətin proqramlaşdırma dili hansıdır? kimi)sən çox daha sürətlə və əminlinklə qərar verirsən.Səbəbi isə fundamental biliklərin tamdır.
  4. Yeni çıxan texnologiyalara çox sürətlə adaptasiya ola bilirsən.

Mənfi yönləri

  1. Pul qazanma müddətin xeyli uzun çəkə bilər, hətda illər ala bilər.
  2. Uzun müddətli bir marafon olduğu üçün səbrlə davam etmək çox çətin gələ bilər və rahatlıqla ruhdan düşə bilərsən (Səndən çox sonra kod yazmağa başlayan biri səndən maddi və kariyera baxımından daha yaxşı ola bilər və bu səni həvəsdən sala bilər)
  3. Azərbaycanda olduğun üçün bu bilikləri əldə etməyin ciddi ingilis dili biliyi tələb edəcək (Ekstra yükdür)
  4. Çox xaotik bir yoldur.Öncədən hara gedəcəyini dəqiq bilmək mümkün deyil.Bunu YouTube-un AutoPlay funksiyasına bənzədə bilərsən. A mövzusu haqqında video ilə başlayıb çox əlaqəsiz Z videosuna qədər gedə bilərsən.Bu mənada hər addımda ciddi qərarlar verib ona görə davam etməyin tələb olunur

5. İlk başlarda hər şeyi öyrənmə gücünə gadir olduğunu düşünüb sonradan ciyninə götürdüyün ağır yükləri daşıya bilməyib tək tək ciynindən atma ehtimalın çox yüksəkdir.

Əgər səni proqramlaşdırmaya həvəsləndirən səbəblər qısa müddətdə pul qazanmaq, öz ideyasını reallaşdırıb kariyera qurmaq, el oba içərisində filankəsin oğlu deyə çağrılmaqdırsa bu metod sənə uyğun deyil.

Bu metodikanı seçirsənsə növbəti yazıda mərhələ mərhələ nələr etməli olduğunu öyrənəcəksən.

--

--