Proqramlaşdırmada nəzəriyə əsaslı öyrənmə metodu-Öyrənmə mərhələləri 2

S01E08

Samir Karimov
Pragmatech
2 min readJul 20, 2019

--

İlk hissəni oxuyub həvəsdən düşməmisənsə yaxşı xəbərim var.İşin ağır mərhələsini keçmisən.Bu mərhələ nisbətən daha asan olan mərhələdir.Proqram yazmağına və artıq öz kartvizitinə “Proqramçı Filankəs Bəhməkəsov(a)” yazdıra bilməyinə bir neçə addım qalıb.

Bu mərhələ əslində bir çox yeni başlayan insanın ilk olaraq keçdiyi mərhələdir.Proqramlaşdırma dili öyrənmə mərhələsi.Əksər gənc “Matrix”, “The Hacker”, “The Social Network”, “The Imitation Game” kimi filmlərə və ya “Person of İnterest”, “Mr.Robot”, “Silicon Valley” kimi seriallara baxdıqdan sonra “kişilənir” və başlayır proqramlaşdırma dili araşdırmağa və “öyrənməyə”.

Bir insan düşün. Dolma yemək istəyir amma dolmanı qoyur bir dəmir qabın içinə və ağzını lehimləyir sonra o qabı udur. Fiziki olaraq dolma yemiş sayılır amma reallıqda isə dolmanın ona heç bir faydası yoxdur. Bax ilk mərhələni keçmədən proqramlaşdırma dili öyrənməyə başlamaq buna oxşuyur. Sən kod yazırsan amma proqramçı olmursan.

İndi gələk senin sevdiyin mərhələyə. Bir az araşdırma etsən görərsən ki 200-dən çox proqramlaşdırma dili var. Əyər bir az beyninə hava gedirsə bəzi suallar gələcək ağlına

  1. Niyə bu qədər çox proqramlaşdırma dili var?
  2. Mən bunlardan hansını öyrənməliyəm?
  3. Bir dil mi öyrənməliyəm yoxsa bir neçə dil mi?

Bu sualların bir hissəsinə cavab olaraq aşağıdakı məqaləni oxuya bilərsən.

--

--