Proqramçı ola bilərəm görən? Bunu necə bilə bilərəm?

S01E04

Samir Karimov
Pragmatech
2 min readJul 9, 2019

--

Təbii ki ola bilərsən.Bunu sənə boş xəyallara inandırmaq üçün demirəm.Yaşam koçlarının lazımlı lazımsız yerdə dedikləri kimi “ Yess you cannn.You are the greatest.Yeahh ” filan deyib qaz vermək deyil niyətim.Dediyimin reallıq olduğunu görmək üçün proqramçı sözünün tərifinə baxmaq kifayətdir.

Müqəddəs məlumat mənbəyimizə ( Wikipedia) əsəsan Proqramçı : Kod yazaraq proqram istehsal edən insandır.Çox bəsit tərifdir və proqramçı olmaq bundan başqa bir şey deyil.(Atom parçalamırıq, ölü diriltmirik və bir də sizin kompyuterinizə format atmırıq.Əsla təklif etməyin.Çox agresivləşirik).

Proqram nədir? Proqram insanların hər hansı problemini birbaşa və ya dolayısı yolla həlledən kod yığınıdır.

Kod nədir? Bir proqramın ortaya çıxması və işləməsi üçün lazım olan əmrləri kompyuterin anlayacağı formada ifadə etməyə yarıyan ünsiyyət vasitəsidir.

Məsələ bu qədər bəsitdir.Proqramçı olmaq sənə verilən bir alətə (ki o kompyuterdir) əmrlər verərək iş gördürməkdən ibarətdir.Tam bizim millətin xarakterinə uyğun bir sahədir.Çünkü biz əmr vermək , müdür olmaq üçün dəridən qabıqdan çıxan millətik.Daha nə istəyirsən millət illər boyu əlləşdikdən sonra müdür olur sən isə ilk gündən müdürsən artıq.İşin əmr verməkdir. Xahiş minnət qətiyyən qəbul olunmur bu işdə.Öz işçinə (kompyuterə) “Zəhmət olmasa 2 ilə 2-nin cəmini mənə deyə bilərsiz? Əyər həvəsiniz yoxdursa sonraya da qala bilər” kimi kübar cümlələr qurmaq heç bir işə yaramaz.Və o işcinin bir mənfi və bir də müsbət xarakteri var

  • Mənfi xüsusiyyət : Çox axmaq alətdir. Lüğətində “HƏ” və “YOX” dan başqa söz olmayan qabiliyyətsiz bir alətdir.Ən xırda işi gördürmək üçün o işin bütün detallarını əmr olaraq deməlisən.Yəni “Get 2 kg gilas al gəl” desən alınmayacaq.Hər addımını deməlisən.(Bu arada özün üçün bu işi reallaşdırmaq üçün neçə əmr verməli olduğunu düşünə bilərsən.Çox maraqlı nəticələr olacağından əminəm.Bizə çox asan gələn işin arxa planında çox ciddi əmrlər yığını olduğunu görəcəksən).İşin bu tərəfi yorucudur.
  • Müsbət xüsusiyyət : İt kimi sadiqdir.Qətiyyən ona əmr ediləndən kənara çıxmaz.Yalan deməyəcəyinə, səni “fırladmayacağına” əmin olabilərsən.”Müdür işdə yoxdur onsuz da bu gün 17:45-də çıxım işdən” deməz o heç vaxt.Bütün qəlbinlə güvənə biləcəyin sadiq işcidir.

Gördüyün kimi proqramlaşdırma səyahətinə başladığın andan etibarən müdürsən və sənə sadıq olan olan çox qabiliyyətsiz işcin var sənin görəcəyin iş isə əmr verməkdir.

İndi özünə bu sualı ver.Real həyatda belə bir mühitdə müdür ola bilərəm mi? Əyər cavabın “HƏ”-dirsə ehtiyacın olan hər şeyə sahibsən deməkdir və sən hissetməsən belə artıq proqramçısan.

Artıq öyrənmə mərhələsinə başlamaq lazımdır

--

--