Samir Həbibli
Jul 2 · 4 min read

Hər hansı məhsulu və ya xidməti satmaq üçün satış kanalı lazımdır. Satış kanalı dedikdə kütlənin toplaşdığı və ya izlədiyi yerlər başa düşülür. Bazarlar, yarmarkalar, meydanlar, küçələr, metro, tv radio və s.

Sosial media da bu satış kanallarından biridir. İnsanlar günlərinin ən önəmli saatlarını burada keçirirlər deyə, onlara xitab etmək üçün ən uyğun kanallardan biri də rəqəmsal mediadır.

Bəs Marketinq?! Qısaca desək, Marketinq isə bu rəqabətli satış mühitində insanların hansı məhsulu seçməyinə kömək olmaq üçün istifadə olunan əməldir. :)

Sosial medianın verdiyi imkanlar, funksionallıqlar və s. məhsulu satmaq üçün kifayət etməyə bilər, bu halda işin içinə çox yox, biraz marketinq qatmaq lazımdır.

Bu yerdə nəzərinizə iki vəzifənin fərqini çatdırmaq istəyirəm, Sosial Media Mütəxəssisi platformanın verdiyi mövcud imkanlardan yaxşı istifadə edərək markanı bu məcralarda təmsil edən şəxsdir. Sosial Media Marketinq Mütəxəsissisi isə sözügedən funksiyalardan savayı müştərini tanıyan, nə, necə və nə vaxt istədiyini yaxşı bilən, kreativ və ya emosional üsullar ilə məhsulun satışını təşviq edən şəxsdir.

Markamız üçün uğurlu kommunikasiya qurmaq üçün ilk olaraq rəqəmsal marketinq strategiyamızı hazır etməli, hədəf kütləmizi yaxşı tanımalı, rəqiblərimizin uğurlu və uğursuz addımlarını bilməliyik. Bunun üçün yazının davam oxumadan əvvəl Effektiv Sosial Media Marketinq üçün 5 təməl addım yazımı oxumağınızı tövsiyyə edirəm.

Ənənəvi marketinqdən fərqli olaraq, Sosial mediada markamız üçün mütəmadi olaraq paylaşım etməyimiz zəruri olur. Lakin bunu istifadəçilərə maraqlı olacaq şəkildə hazırlamaq lazımdır. Uğurlu paylaşımın dəqiq formulu olmasa da sınaqdan keçmiş və istifadəçilərin marağını cəlb etmək üçün effektiv üsullar var.

İndi isə öz təcrübəmdən yola çıxaraq sosial mediada marketinq üçün çoxişlənən və effektiv olan üsul — Məzmun növlərindən bəhs etmək istəyirəm.

Sosial media istifadəçilərin bu şəbəkələrdən adətən standart gözləntiləri olur. Vaxtını səmərəli keçirmək, dostları ilə ünsiyyət qurmaq, əylənmək, yeniliklərdən və ya yararlı kampaniyalardan xəbərdar olmaq, bu gözləntilərə misaldır. Sizin təmsil etdiyiniz marka bu istəklərə cavab verməlidir ki, istifadəçiləri izləyicinizə biləvasitə müştərinizə çevirə biləsiniz.

Məhz yuxarıda sadalanan gözləntiləri təmin etmək üçün həmin növlərə daha detallı nəzər salaq:

  1. Kreativ (RTM, Əyləncəli)
  2. Maarifləndirici (Maraqlı faktlar, Necə işləyir)
  3. Engagament (Təşviqedən)
  4. İnformativ (Kampaniyalar, xəbərlər, məhsul və ya xidmət)

Kreativ paylaşımlar çətin lakin çox maraqlı və effektiv olan həllərdir. Bunun üçün trendləri, gündəmi izləməli, kreativ, elmi (texnoloji) və ya gülməli mövzulardan istifadə etməlisiniz.

Evolution of Legend

Maarifləndirici məzmunlar istifadəçilər tərəfindən üstünlük verilən və paylaşılan məzmunlardandır. Bunun üçün məhsulunuza və ya xidmətinizə uyğun “maraqlı faktları”, “necə işləyir?” tipli məlumatları asanlıqla tapa və müştərilərinizlə bölüşə bilərsiniz.

Tarixin ilk Avtomobili — Benz Patent-Motorwagen.

Təşviqedici paylaşımlar üstünlük verdiyim məzmun növlərindən olmasa da sosial mediada yaxşı işləyir. İstifadəçilərə sual vermək, “İkisindən birini seçin”, “Dostunuzu işarələyin” tipli paylaşımlar xeyli sayda izləyici cəlb edə bilir.

Maşının adını təxmin etməyə çalışın
Hansını daha çox bəyənirsiniz?

İnformativ paylaşımları ən rahat məzmun növü hesab etmək . Mövcud olan kampaniya, məhsul, xidmət haqqında paylaşımlar buna misaldır.

Satışda bu məhsul var

Bonus ;)

Sosial medianın verdiyi funksiyalardan (Poll, Gif, Slideshow) istifadə edərək paylaşım hazırlama da istifadəçilərin marağını cəlb etməyinizə kömək ola bilər.

Qeyd: Yuxarıda göstərilən bütün nümunələr (İdeya və dizayn) tərəfimdən hazırlanıb.

Məzmunu növlərinə görə qruplaşdırmaq paylaşım ideyasının ərsəyə gəlməsi prosesini rahatlaşdırır. Həmin növləri həftənin müəyyən günlərinə ayıraraq işinizi daha da rahatlaşdıra bilərsiniz. Hansı gün üçün hansı paylaşım hazırlamalı olduğunuzu bilmək daha işinizi daha çevik və effektiv edəcəkdir.

Qeyd olunanlar ilə bağlı hər hansı bir sualınız olarsa soruşmaqdan çəkinməyin.

Oxuduğunuz üçün təşəkkürlər.

Samir Həbibli

Rəqəmsal marketinq üzrə mütəxəssis

samirhebibli

Samir T. Həbibli —Startup girişimci və Rəqəmsal həllər üzrə mütəxəssis.

Samir Həbibli

Written by

samirhebibli

Samir T. Həbibli —Startup girişimci və Rəqəmsal həllər üzrə mütəxəssis.

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade