JSON Server ile Rest API yaratmaq (Fake REST API).
Salamlar. Yəqin ki, hər biriniz öz proyektinizi test etdikdə məlumatları serverə yazmaqda çətinlik çəkmisiniz.(Əsasən də yeni başlayanlar). Bunu real lahiyələrdə Back-end müxtəlif proqramlaşdırma dillərinin vasitəsilə həyata keçirir. Lakin siz test etmək məqsədilə, bunun sadə çıxış yolu olan local-da Json Server yaratmaqdır. Əsasən də Javascript framework-ləri (Angular, React, React Native və s. ) ilə iş gördükdə lazim olur. Json Server-in üstünlüyü qısa zamanda localda server yaratmaqla bərabər bu API -nin GET, POST, DELETE, PUT kimi metodları da dəstəkləməsidir.
İlk olaraq komputerinizə Node.js npm paketi yükləməniz lazımdır (Burdan yükləyə bilərsiniz).Hansı ki, əgər React js, Angular və s. istifadə edirsinizsə artıq yüklənibdir deməkdir. Yəni yenidən buna gərək yoxdur.
Okay-dirsə keçək növbəti mərhələyə.. Burya daxil olub Json Server haqqında məlumatlar almaq mümkündür. Həmçinin yükləmək üçün müvafiq npm paket adlar var. Siz burada həmçinin online json server-dən də istifadə edə bilərsiniz.
- JSONPlaceholder — Live running version
Lakin json-u istədiyimiz kimi doldurmaq üçün öz local serverimizde qurmalıyıq. Bunu üçün termianal və ya cmd -dən qlobal olaraq aşağıdakı paketi yükləyirik.
npm install -g json-server
2. Proyektinizdə əsas direktoryada bir folder (məs: api) yaradıb içərisinə db.json fayılı yaradırıq.
3. İstədiyiniz kimi json-u məlumatlarla doldurduqdan sonra məsələn;
4. Aşagidaki kimi yazib run etməlisiniz. Biz “api” folder-nə qoydugumuza gore api/db. json yazmalıyıq.
json-server --watch api/db.json
Şəkildə gördüyünuz kimi http://localhost:3000/data portun işlədirsiniz.
Artiq, localda istifadə edə biləcəyimiz Json Server ilə Rest API hazirdir.
Qeyd:
- Istifadə etdiyimiz zaman Şəkil 3 -də ki kimi termial açıq qalmalırdı.
- json-server — watch db.json işlədikdə bəzi xetalar çıxa bilər, diqqət edib fayılın direktoriyasını düzgün yazmalısınız.
— Ümid edirəm faydalı olmuşdur.