Web Developer Olmaq

Bu dəfə bir az web haqda sizə məlumat vermək istəyirəm. Mən özüm hələki web developer olaraq iş həyatına girməsəm də hədəflərim bu istiqamətdədir. Mənə daha çox Front-End Development maraqlı gəlir. Əlimdən gəldiyi qədər web sahəsində sizə məlumat verməyə çalışacağam. Məsələn, hansı sahələrdə işləyə bilərsiniz və ya bir web developer olaraq hansı işlər ilə məşğul ola bilərsiniz və s.

Web developer olaraq işə başlamaq istəyən hər bir developerin HTML, CSS və JavaScript haqda mütləq məlumatı olmalıdır. HTML web səhifələri yaradmaq üçün istifadə olunur. Brouzerlər əsasən HTML fayllarını oxuyaraq, onları sizə bir web səhifəsi kimi göstərir. HTML faylına script dili olaraq JavaScript-i əlavə edərək web səhifəsinin davranışını və CSS əlavə edərək web səhifəsinin görünüşünü dəyişdirə bilərsiniz. Əsasən Front-End Developer olmaq istəyənlər HTML, CSS və JavaScript-i nə qədər çox öyrənsələr o qədər yaxşıdır. Bu üç şey haqda təməl məlumata sahib olduqdan sonra Front-End ya da Back-end olaraq yolunuza davam edə bilərsiniz.

Hansı yolu seçdiyinizdən aslı olmayaraq bir web developer olaraq bəzi təməl məlumatlara sahib olmalısınız. Məsələn, bunları sıralamağa çalışsaq:

  1. FTP və Veb Host Quraşdırılması (DigitalOcean, HostGator və s.)
  2. Təməl Terminal İstifadəsi (bəzən hər şey sadəcə click-ləmək ilə olmur)
  3. SSH (Etibarlı olaraq informasiya ötürülməsi üçün lazım olan şəbəkə protokoludur)
  4. GitHub (Təkcə Web Developer olaraq yox hər hansı bir sahədə Developer olaraq işləmək planınız varsa bu mütləq lazımdır. Bunun üçün ayrı bir bloq yazısı yazmağı düşünürəm.)
  5. Klient və Server arasında necə əlaqə qurulması haqda
  6. RESTful Web Xidmətləri, GET POST PUT DELETE request-ləri haqda

Bunların hamısı təməl səviyyədə, bir web developer olmaq istəyən hər hansı bir şəxs tərəfindən bilinməlidir. Əslində özünüz üçün bir web saytı yaradaraq 6 maddənin 4-ü ilə tanış olmuş olacaqsınız (4 və 6-dan başqa).

Deməli bura qədər olan məlumatların hamısı bir web developer olaraq yola düşmək istəyən hər hansı bir şəxsin bilməsi vacib olan məlumatlardır. Bundan sonrakı yazılarda isə Front-End və Back-End kimi terminləri izah etməyə çalışacağam. Sağ Salamat!

Referanslar: 
 Web Developer Olmaq (Yazının bir hissəsi bu videoya əsaslanaraq yazılmışdır) 
 Xəritə