Rəng modelləri
Şüalanma
İşıq mənbəsindən birbaşa gözə düşən işıq şüalanan işıqdır. Onlar bütün rəngləri özlərində saxlaya bilirlər. Günəş, lampa və ya displeylər şüalanan işıq mənbələri hesab olunur.
Obyektlərdən (məs, kağızdan) əks edilən işq isə rənglərini müəyyən qədər dəyişmiş və ya itirmiş olur. Bu səbəbdən, ekranlardakı rənglər ilə çap edilmiş kağızlardakı rənglərin şərh olunma üsulları fərqlənirlər. Bunun üçün tamamən iki əks rəng modeli istifadə edilir: additiv və subtraktiv rəng modelləri.
Additiv rəng modeli
Additive color model
Dizayn dünyasında ən çox additiv rəng modeli istifadə olunur, çünki rəqəmsal displeylərin istifadə etdiyi budur. Additiv rəng modelində əsas rənglər qırmızı, yaşıl və mavidir (RGB).
“Additiv” deyilmə səbəbi odur ki, siz qarışığa rənglər əlavə etdikcə nəticə tədricən ağ rəngə doğru dəyişir. Ceyms Klerk Maksvell (James Clerk Maxwell), işıq və rəng spektri ilə bağlı eksperimental işinə görə additiv rəngin atası kimi tanınır. O, 1861-ci ildə ilk rəngli fotoşəkilləri təqdim etmişdir.
Subtraktiv rəng modeli
Subtractive color model
Bu rəng modeli piqmentlərin, mürəkkəblərin və boyaların qarışığıdır. “Subtraktiv” adlanır, çünki hər dəfə yeni bir rəng əlavə edildikdə, qarışıq daha az işığı əks etdirir və qaraya doğru tündləşir.
İncəsənətdə subtraktiv rəng modeli çoxumuzun uşaqlıqda öyrəndiyi əsas rənglərə əsaslanır: qırmızı, sarı və mavi. Bununla belə, çap və dizaynda subtraktiv rəng modeli “cyan”, “magenta” və sarı rənglərə əsaslanır. Bu üç çaları əsasən qara olan bir ana rənglə birləşdirərək daha çox rəng yaradıla bilər.
Onaltılı üçlülər
Hex triplets
Onaltılı (hex) üçlülər, RGB rənglərini təmsil etmənin daha bir yoludur və əsasən CSS və başqa qrafik alətlərdə rəngləri təyin etmək üçün istifadə olunur. Onaltılı (hex) rənglərin önünə bir ədəd “#” əlavə edilir və tipik olarak altı simvoldan ibarətdir (0–9 arası rəqəmlər və A-F hərfləri).
İlk iki xana qırmızı, ikinci iki xana yaşıl və son ikisi isə mavi rəngin dəyərini bildirir. Bəzi zamanlar, rəngin şəffaflığını təmsil edən dördüncü bir cütlüyü də görə bilərsiniz. Nadir hallarda isə siz 3-rəqəmli onaltılıq rənglər görə bilərsiniz, harada ki, üç eyni rəqəm RGB-ın bütün qiymətini müəyyən edir. Misal olaraq, #FFFFFF onaltılıq kodu ağ rəngi təmsil edirsə, onu qısa olaraq #FFF kimi də ifadə etmək mümkündür.
RGB rəng modeli
RGB color model
RGB rəng modeli (Qırmızı, Yaşıl, Mavi deməkdir) elektron displeylər tərəfindən istifadə edildiyi üçün UX dizaynerlərinin ən çox işlədiyi şeydir. O, qırmızı, yaşıl və mavi işıqları birləşdirərək 16 milyondan çox rəng yaradır (dəqiq olaraq 16.777.216). Bundan əlavə, RGB cihazdan asılı rəng modelidir, yəni fərqli cihazlar RGB dəyərlərini fərqli göstərəcək.
RGB rəng modeli insanın rəng qavrayışına və gözlərimizin işıq spektrində rəngləri necə qəbul etdiyinə əsaslanır. Trixromatik nəzəriyyəyə görə, insanlar rəngləri (gözlərində üç növ konusdan istifadə edərək) qırmızı, yaşıl və mavinin birləşmələri kimi görürlər.
Öncəki mövzu: Rəng palitrası
Növbəti mövzu: Rəng xassələri
Mənbələr:
https://pro.harman.com/insights/entertainment/touring/additive-vs-subtractive-color-mixing/
https://en.wikipedia.org/wiki/Trichromacy
https://en.wikipedia.org/wiki/James_Clerk_Maxwell
https://en.wikipedia.org/wiki/Web_colors
https://en.wikipedia.org/wiki/Hexadecimal
https://en.wikipedia.org/wiki/Trichromacy
https://en.wikipedia.org/wiki/James_Clerk_Maxwell