Rəng palitrası

Burhan Aghazada
dizaynnamə
Published in
2 min readJun 12, 2022

Rəng qruplarından (İsti, soyuq, neytral) bir və ya bir neçəsinin rənglərinin birləşdirilməsi rəng palitrası (color palette) yaradır. Rəqəmsal dünyada rəng palitrası — bu, rənglərin uyğunluğudur, hansılar ki, yaxşı birləşirlər və arzu olunan əhval-ruhiyyəni və ya hissi yaradırlar. İsti rənglər dinamik hisslər yaradır; soyuq rənglər sakitləşdirici hisslər yaradır; neytrallar bunlardan birini artırmaq və ya yumşaltmaq, yaxud zərif hisslər yaratmaq üçün istifadə edilə bilər.

Qalıcı bir rəng palitrası istifadəçilərinizə məhsulunuz və ya brendinizin şəxsiyyəti haqqında hisslər bəxş edir. O, istifadəçilərə tanış bir təmas nöqtəsi verməklə brend üzrə müxtəlif məhsulları və ya təklifləri birləşdirməyə kömək edə bilər. Belə rəng palitraları məhsulunuz üçün vizual inşaat bloklarıdır.

Brendinq və qalıcı rəng palitrasının istifadəsi

Rənglər məhsulunuzun vizual üslubunu müəyyən edir, ona görə də dizayn sisteminizin yaradılmasının ilk addımlarından biri rəng palitrasının yaradılmasıdır.

Əsas Rənglər

(Primary Colors)

Əsas rənglər hər bir digər rəngin köküdür, digər rəngləri qarışdırmaqla əmələ gətirmək mümkün deyil.

Hər rəng modelinin əsas və ikincil rəngləri fərqli ola bilər. (Rəng modelləri haqda daha ətraflı növbəti yazıda!)

Subtraktiv rəng modelində əsas rənglərə cyan, magenta və sarı daxildir. Additiv rəng modelində (hansı ki, rəqəmsal displeylər tərəfindən istifadə olunur) bunlar qırmızı, yaşıl və göydür.

Dizaynda əsas rənglər güclü vizual və psixoloji təsirə malikdir. Onlar boğucu olmamaq üçün saf formada vurğu rəngləri kimi istifadə olunurlar. Təsir etmək istədiyiniz zaman, əsas rənglərə söykənmək tam olaraq bunu edə bilər.

İkincil Rənglər

(Secondary Colors)

İki əsas rəngi birləşdirdikdə isə ikincil rənglər yaranır. Subtraktiv rəng modelində ikinci dərəcəli rənglərə qırmızı, göy və yaşıl daxildir. Additiv modeldə onlar cyan, magenta və sarıdır.

Üçüncül Rənglər

(Tertiary Colors)

Üçüncül rənglər əsas və ikincil çaları bərabər ölçüdə birləşdirdikdə yaranır. Həm additiv, həm də subtraktiv rəng modellərində onlara azure (azur), narıncı, və violet (yasəməni), sarımtıl-yaşıl kimi rənglər daxildir

Üçüncül rəngləri əsas və ya ikinci dərəcəli rənglərlə birləşdirmək daha bir səviyyə yaradır: dördüncül rənglər (Quaternary colors).

Öncəki mövzu: Rənglərin teoriyası
Növbəti mövzu: Rəng modelləri

--

--