Rənglərin teoriyası

Burhan Aghazada
dizaynnamə
Published in
3 min readFeb 20, 2022

Rəng nəzəriyyəsi, dizaynda ən əhəmiyyətli vizual elementdir. Rənglər duyğulara təsir etmək gücünə malikdir və bir vizual əsərdəki düzgün rəng palitrası ümumi istifadəçi məmnuniyyətini artıra bilər.

Rəng çarxı, rəng sahəsi və fərqli rəng növlərinin xüsusi duyğuları necə oyandırması kimi rəng nəzəriyyəsi anlayışlarını anlamaq, dizaynının vacib bir təməlidir. Rəng nəzəriyyəsi həm elm, həm də sənətdir. Fərqli rəng palitraları yaratmaq üçün təcrübə və praktika ilə sabitlənmiş müxtəlif intuitiv vasitələr mövcuddur.

Rəng Çarxı

Sənət dərslərindən rəng çarxı ilə bəlkə də tanışsınız. Birincil, ikincili və üçüncül rənglər arasındakı əlaqəni göstərən rəng çalarlarının dairəvi bir görünüşüdür. Rəng sxemləri və palitraları yaradarkən dəyərli bir qaynaqdır. Ənənəvi olaraq, rəng çarxı 12 rəngdən ibarətdir — 3 əsas rəng, 3 ikincili rəng və 6 üçüncül rəng.

Rəng çarxı ilk dəfə 1704-cü ildə İsaak Nyuton tərəfindən “Optiklər” kitabında təqdim edilmişdir.

İsti rənglər

İsti rənglər sevgi, atəş, ehtiras və güclü duyğularla əlaqələndirilir. Bunlar gözəl gün batımında tapa biləcəyiniz rənglərdir: qırmızı, narıncı, sarı və onun bir sıra başqa variasiyaları.

İsti rənglər anlayışı bədii lüğətə 18-ci əsrdə irland şairi Oliver Qoldsmit tərəfindən daxil edilmişdir.

İsti rənglər, xüsusən də saf formada istifadə edildikdə qatı ola bilər. Vurğu rəngləri kimi istifadə edildikdə, dizayna həyat və həyəcan əlavə edə bilərlər. Böyük sahələrdə istifadə edildikdə, müxtəlif üsullarla yumşadılmasalar, bu rənglər boğucu ola bilər. Hər iki halda, istənilən dizayna güclü təsir göstərirlər.

Soyuq rənglər

Soyuq rənglər brendinq üçün məşhur seçimdir. Misal olaraq, mavi rəng dünyada ən populyar rəngdir. Digər soyuq rənglərə bütün variyasiaları ilə birlikdə yaşıl və bənövşəyi daxildir.

Soyuq rənglər anlayışı hələ 1708-ci ildə Fransız sənət tarixçisi Roje de Pil tərəfindən “İsti rənglərdən” əvvəl ortaya çıxarılmışdı.

Soyuq rənglər ümumiyyətlə təbiətdə — suda, səmadabitkilərdə görünür. Bu rənglər sakitlik və rahatlıq, eləcə də sədaqət və güvən hisslərini oyadır (markalaşmada bu qədər məşhur olmasının başqa bir səbəbi). Mavi həm də UX dizaynında mətn bağlantıları ilə geniş şəkildə əlaqələndirilir.

Neytral Rənglər

Yalnız isti və soyuq rənglərdən istifadə edərək estetik baxımdan xoş dizayn yaratmaq çətindir. Neytral rənglər elə burada önə çıxır. Neytral rənglər dəstənin ən incəsidir və qara, ağ, boz və qəhvəyinin müxtəlif çalarlarından ibarətdir.

Qəhvəyi rəng — texniki olaraq narıncının səssiz formasıdır. Bu səbəbdən neytral rənglərin ən istisi hesab edilməkdədir.

Neytral rənglər tipoqrafiya (tünd qəhvəyi və qara rəng gövdə mətni üçün ən məşhur rənglərdir) və arxa fon üçün geniş istifadə olunur. Düzgün istifadə edilmədikdə isə aşırı boğucu gələ bilərlər. Lakin, tərtibatınızda vurğu rənglərinin önə çıxmasına kömək edəcəklər. Neytral rənglər həmçinin məhsulunuza müasir incəlik də qatacaqdırlar.

Növbəti mövzu: Rəng palitrası

--

--