PHP — Dəyişənlər və sabitlər

Salam əziz izləyici . Qaldığımız yerdən davam etməyə hazırsan? Onda necə deyərlər Let`s go!

Kodera
Kodera
4 min readJun 22, 2018

--

“A robot named Pepper holding an iPad” by Alex Knight on Unsplash

Proqramlaşdırma dilləri nə üçün yaradılıb sizcə? Gəlin bu barədə danışaq.

Proqramlaşdırma dilləri normalda kompüteri başa salmaq üçün istifadə etməli olduğumuz maşın dilindən istifadə etməməyimiz üçün bir vasitədir. Çünki, maşın dili düşünə bilməyəcəyimiz qədər çətin bir dildir. Amma texnologiya inkşaf etdikcə maşın dilinin əvəzinə proqramlaşdırma dilləri yarandı. Hansıki onlar daha sonra maşın dilinə çevrilir. Lakin bu prosess kompilyator tərəfindən aparılır deyə sizin onu bilməyinizə ehtiyyac duyulmur.

Demək olarki bütün proqramlaşdırma dillərində rast gəlinən 2 element barədə danışacayıq bu gün. Onlar nədir? Başlığımızdan da gördüyünüz kimi dəyişən və sabit kəmiyyətlər. Yəni, variable constant barədə danışacayıq. Daha sonra bir neçə kodla biliklərimizi tətbiq edəcəyik.

Bəzən proqram boyu və ya onun hər hansısa fraqmentində müəyyən məlumatları müəyyən aralıqda və tez oxunabilinəcək şəkildə saxlamaq lazım gəlir. Bunun üçün siz istəsəniz də, istəməsəniz də dəyişənsabit (dəyişməyən deməyə ehtiyac yoxdur yəqin?) elementlərdən istifadə etməli olacaqsınız.

Qeyd: Bu elementlər faylda saxlanılmır, RAM-da saxlanılır.

Variable (dəyişən)

Dəyişən — adından da bəlli olduğu kimi proqram daxilində dəyişə bilən elementə deyirlər: dəyişən (variable). Məsələn, siz proqram boyu hazırda daxil olan istifadəçinin adını yaddaşda saxlamaq istəyirsiniz. O zaman sizə Variable lazım olacaq. PHP-da variable yaratmaq çox sadədir.

Dəyişəni təyin etmək və qiymətini dəyişmək üçün php-da çox sadə bir yol var. Sadəcə olaraq $ (dollar) işarəsini yazırsınız və dəyişənin adını yazırsınız. Sonra = (mənimsətmə) işarəsi qoyub onun dəyərini yazırsınız. Sondakı ; (nöqtəli vergül) işarəsinin nəyə yaradığını keçəndəfəki dərsimizdə demişdik.

Dəyişənlər sadəcə aid olduqları scope daxilində işlənə bilərlər!

Bu kod işləməyəcək, çünki deyisen_1 dəyişəni calculate() funksiyasının scope-una aid deyil, yəni onda çöldədir.

Constant (sabit)

Sabitlər proqram icrası boyu sadəcə bir dəfə qiymət verilən və dəyişdirilməyən elementlərdir. Konstantlardan aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

  1. Başlanğıc qovluğu göstərə bilərsiniz
  2. Saytın ana səhifəsini təyin edə bilərsiniz
  3. Müxtəlif proqram boyu dəyişdirilməyən konfiqurasiyaları saxlaya bilərsiniz
  4. Ümumən, “Nə istəsəz onu qoya bilərsiniz” mi?

Gəlin bir neçə konstant yaradaq ki, daha yaxşı yadınızda qalsın.

Gəlin yuxarıdakı koda izah verək.

2-ci sətr: CONSTANT_1 adlı sabiti təyin edirik və ona 12 rəqəmini mənimsədirik
3-cü sətr: CONSTANT_2 adlı sabiti təyin edirik və ona “Kodera” stringini mənimsədirik
4-cü sətr: CONSTANT_3 adlı sabiti təyin edirik və ona "Salam, ".CONSTANT_2 əməliyyatının nəticəsini mənimsədirik. Qeyd: . (nöqtə) işarəsi 2 stringi toplamaq üçün istifadə olunur. Qeyd 2: CONSTANT_2 ilə həmin (constant_2 -nin) konstantın qiymətini əməliyyat daxilində istifadə etmiş oluruq.
5-cu sətr: CONSTANT_4 adlı sabiti təyin edir və ona "Mən sabitəm" yazısınl mənimsədir. Sabitlər həmçinin const KONSTANT_ADI = Dəyəri; formasında da təyin oluna bilər.

Variable və Constant-a özəl olan xüsusiyyətlər nələrdir gəlin biryerdə sadalayaq!

  • Variable-lar istənilən qədər dəyişdirilə bilər
  • Constantlar bir dəfə təyin olunur və dəyişdirilə bilmirlər
  • Variablelar Constanta nəzərən RAM-da daha çox yer tuturlar
  • Dəyişənə hər növ tipdən element mənimsətmək olar (string, number, array*, object, …)
  • Konstanta sadəcə** primitiv tipli elementlər mənimsətmək mümkündür (string, number)

* Array və obyektlər barədə növbəti dərslərimizdə məlumat verəcəyik.
** Php 7 versiyasında artıq constantlara arraylar da mənimsətmək olar.

Adlandırma və kod daxilində istifadə qaydası

Hər iki elementi adlandırmaq üçün latın hərflərindən (əçşğıüİı hərfləri xaric***), ərəb rəqəmlərindən və _ (altcizgi) simvolundan istifadə oluna bilər.

*** İ — (nöqtəli böyük i hərfini də adlandırma üçün işlətmək olmaz!

Konstantları adlandırarkən vacib deyil, amma adətən bütün hərflər böyüklə yazılır. Yəni KoDeRa yerinə KODERA daha uyğun hesab edilir.

Dəyişənləri kod daxilində istifadə etmək üçün təyinindəki kimi $ işarəsi və dəyişənin adını yazmaq lazımdır. Məsələn: $kodera

Konstantları kod daxilində istifadə etmək üçün sadəcə təyin etdikdə istifadə etdiyiniz adı yazmaq lazımdır. Məsələn: CONSTANT_1

Photo by Savs on Unsplash

Bugünki dərs burada sona çatdı. Bu dəfə sizə kiçik ev tapşırıqları veririk. Həll edənlər cavabı şərhə və ya facebook səhifəmizdəki paylaşımın şərh yerinə yaza bilərlər.

PS: Düzdü bu suallar bir qədər çətin ola bilər. Çünki, müəyyən məqamlar var ki, onları növbəti mövzularda izah edəcəyik.

Ev tapşırığı 1: Kodera adlı bir dəyişən təyin edin və ona öz ürək sözlərinizdən ibarət olan stringi mənimsədin
Ev tapşırığı 2: Bir konstant təyin edin. Daha sonra yeni dəyişən təyin edib qiymətinə konstantın qiymətini mənimsədin
Ev tapşırığı 3: Constant başlığından sonra yazdığımız kod icra edilsə CONSTANT_3 -ün qiyməti nə olacaqdır.

Növbəti məqaləmizdə görüşənədək. Özünüzdən müğayat olun. 😊

--

--