Leyla Karimova
ÖzünÖyrən
Published in
4 min readApr 6, 2019

--

Molla Nəsrəddin jurnalının 20-ci sayı, Mənbə: https://az.wikipedia.org/wiki/Molla_N%C9%99sr%C9%99ddin_(jurnal)

Molla Nəsrəddin-ikinci hissə

Xüsusi qeyd: İlk öncə birinci hissəni oxumaq tövsiyyə olunur.

1922-ci ilin iyunundan isə jurnal Bakıda çap olunmağa başlayır və 1931-ci ilə qədər də burada çap edilmişdir.

Məcmuənin çapı zamanı Mirzə Cəlilə həm maddi, həm mənəvi köməklik edən Həmidə xanım Cavanşirin dəstəyi böyük olur. Həmidə xanımın Azərbaycan təhsili, inkişafı üçün elədikləri danılmazdır.

Molla Nəsrəddinçilər

Ömər Faiq Nemanzadə - "Molla Nəsrəddin"in yaradılması və nəşri sahəsində Mirzə Cəlilin ən yaxın köməkçisi idi.

Mirzə Ələkbər Sabir - 1906-1911-ci illərdə onun "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi satirik şeirləri yeni bir ədəbi məktəbin başlanğıcını qoymuşdu.

Əli Nəzmi – “Molla Nəsrəddin" məktəbinin əsas simalarından biri, “Məşədi Sijimqulu” imzası ilə yazırdı.

Əliqulu Qəmküsar - "Molla Nəsrəddin"də 1908-ci ildən başlayaraq mənzum və mənsur əsərləri ilə çıxış etmişdir.

Əbdürrəhim bəy Haqverdiyev - 1907-ci ildə o, "Xortdan" imzası ilə "Cəhənnəm məktubları" başlığı ilə məqalələrini yazmışdır. Sovet hakimiyyəti illərində o, bu məqalələri bir süjet ətrafında birləşdirmiş və "Odabaşının hekayəsi"ni də əlavə edərək ayrıca kitabça halında buraxdırmışdır. Haqverdiyevin seriya ilə buraxılan ikinci əsəri "Mozalan bəyin səyahətnaməsi"dir. yazıçının hmin sərlövhə altında yazıları 1908-ci ildə, "Marallarım" seriyasından hekayələri isə 1910-1913-cü illərdə çap edilmişdir.

Məhəmməd Səid Ordubadi - jurnalda "Hərdəmxəyal" təxəllüsü ilə yazırdı. "Molla Nəsrəddin" ədəbi məktəbinə qoşulduqdan sonra o, köhnə şeir formalarından uzaqlaşaraq qəsidə və qəzəllərini satirik üslubla əvəz etmişdir.

Əli Razi Şəmçizadə - "Dabanıçatdax" imzası ilə yazırdı. Onun "Molla Nəsrəddin"də fəaliyyəti ilk dəfə 1908-ci ildə jurnalın 4-cü sayında çap etdirdiyi "Arvadlarımız" felyetonu ilə başlayır. Sonra şairin "Məşruyətçilər", "İranlılara", "Dürtmələ", "Neyləyir iranlılar" kimi satiraları da dərc edilir.

Bayraməli Abbaszadə - "Mirzə Gülzar" imzası ilə həcvlər, satirik şeirlər yazırdı. O, həm də “Hammal” imzası ilə yazırdı. Bu imzanın tarixçəsi isə İrandakı ağır ictimai-siyasi vəziyyəti, kəndlilərin qul kimi yaşamasını öz gözləri ilə görən Abbaszadə Məşrutə inqilabı dövründə Səttərxanla birgə mübarizəyə atıldıqdan sonra təqiblərdən yaxa qurtarmaq üçün Şimali Azərbaycana gəldikdən sonra heç bir sənəti olmadığından hamballıq etməsi ilə bağlıdır.

Bundan əlavə jurnalda yazanlar arasında Mirzə Əli Möcüz Şəbüstəri, Cəfər Cabbarlı, Əli Məhzun İrəvani, Müceyri, Süleyman Məlikov da vardır.

Oskar Şmerlinq - "Molla Nəsrəddin"in ilk sayının bütün karikaturalarının müəllifidir. "Molla Nəsrəddin"i nəşr etməyə başlamazdan öncə Mirzə Cəlil Tiflisdə yaşayan Şmerlinqi işə dəvət edir. Rəssama şəkillərin mövzusunu, ideya istiqamətini, hətta süjetini Mirzə Cəlil və Ömər Faiq Nemanzadə verir, tiplərin xarakterini, məkan və zamanı, onların mimikasını, cizgilərini rəssama başa salırdılar.

İosif Rotter - məşhur karikatura və illüstrasiya ustası kimi tanınan rəssam "Molla Nəsrəddin"lə 1906 -1914-cü illərdə əməkdaşlıq etmişdir. Onun jurnalın populyarlıq qazanmasında xidmətləri böyükdür. Rəssamı məcmuəyə Şmerlinq gətirmişdi.

Əzim Əzimzadə - "İrşad" qəzetinin müştərisi olan Hacı Aslan Aşurovun karikaturasını çəkib "Molla Nəsrəddin"ə göndərən rəssamın karikaturası məcmuənin 1906-ci il tarixli 7-ci sayında dərc olunur. Bu onun ilk işi idi. Bundan başqa onun "Cənab Vitte", "Millət dərdi çəkməkdən əriyib çöpə dönən müsəlman dövlətlisi", "Hambala oxşayan tacir" karikaturaları jurnalın müxtəlif saylarında çap edilib. Sovet hakimiyyəti illərində isə Ə.Əzimzadə jurnalın əsas rəssamı kimi tanındı. 1922-ci ilin payızında məcmuə Bakıya köçdükdə Mirzə Cəlil Ə.Əzimzadəni işə cəlb edir. O, jurnalın baş rəssamı kimi fəaliyyət göstərib.

Xəlil Musayev - Onun imzasına 1913-cü ildən başlayaraq rast gəlinir. Rəssamın çəkdiyi karikaturalardan biri "Molla Nəsrəddin" jurnalına edilən hücumlara həsr edilmişdi və karikaturada göstərilir ki, "Mola Nəsrəddin"in arxasınca böyük bir xalq kütləsi gedir, başqa bir tərəfdə də mürtəce dəstə jurnalı hədələyib deyir: Dayan, nə qədər ki,canımızda can var, qoymayacağıq sən cəmiyyəti yoldan çıxarasan. Bundan əlavə rəssam "Kəlniyyət", "Babayi-Əmir", "Məzəli" kimi satirik jurnallarda da karikaturalar çəkmişdir.

Seyid Əli Behzad - jurnalın Təbrizdə çıxan nömrələrinin karikaturalarının müəllifi rəssam cəlb edilir. O "Molla Nəsrəddin" ənənələrini davam etdirir.

Bu rəssamlardan başqa məcmuədə V.Kikadze, Ə.İbrahimzadə, Ə.Behzad və başqaları iştirak etmişlər.

"Molla Nəsrəddin" jurnalının təsiri altında Azərbaycanda müxtəlif illərdə “Bəhlul" (1907), "Azərbaycan (1906)," "Kirpi" "Zənbur" (1909-1910), "Mirat" (1910), "An" (1910-1911), "Kəlniyyət" (1912- 1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartan-Partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl (jurnal)" (1919-1920) kimi Azərbaycan dilində, rus dilində "Cigit" (1907-1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskiye strelı" (1910), "Baraban" (1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.

Cəlil Məmmədquluzadə, Mənbə: https://az.wikipedia.org/wiki/C%C9%99lil_M%C9%99mm%C9%99dquluzad%C9%99
Mirzə Ələkbər Sabir, Mənbə: https://az.wikipedia.org/wiki/Mirz%C9%99_%C6%8Fl%C9%99kb%C9%99r_Sabir
Ömər Faiq Nemanzadə, Mənbə: https://az.wikipedia.org/wiki/%C3%96m%C9%99r_Faiq_Nemanzad%C9%99
Əli Nəzmi, Mənbə: https://az.wikipedia.org/wiki/%C6%8Fli_N%C9%99zmi#/media/File:%C6%8Fli_N%C9%99zmi.jpg
Əliqulu Qəmküsar, Mənbə: https://az.wikipedia.org/wiki/%C6%8Fliqulu_Q%C9%99mk%C3%BCsar
Əbdürrəhim bəy Haqverdiyev, Mənbə: https://az.wikipedia.org/wiki/%C6%8Fbd%C3%BCrr%C9%99him_b%C9%99y_Haqverdiyev
Oskar Şmerlinq, Mənbə: https://az.wikipedia.org/wiki/Oskar_%C5%9Emerlinq

--

--