Haruki Murakaminin “Paris Review”qəzetinə verdiyi müsahibə /2

tərcümə : Musa Əffəndi

turan
2 min readJun 30, 2013

--

[müsahibənin birinci hissəsi]

Sual:

Sizinyazıçı olmaqla bağlı verdiyiniz qərarı biləndə həyat yoldaşınız nə hiss etdi?

Murakami:

O, tamamilə heç nə demədi; mən ona yazıçı olduğumu deyəndə o təəccübləndi və bir növ sıxıldı.

Sual:

O nəyə görə sıxıldı? O bunun öhtəsindən gələcə bilməyəcəyinizi düşündü?

Murakami:

Yazıçı olmaq – bir növ gözə girməkdir.

Sual:

Sizin modeliniz kim idi? Hansı yapon yazıçılarından təsirlənmisiniz?

Murakami:

Mən uşaqlığımda və hətta yeniyetməlik dövrümdə yapon yazıçılarını elə də çox oxumamışdım. Bu mədəniyyətdən qaçıb canımı qurtarmaq istəyirdim; mən hiss edirdim ki, bu darıxdırıcıdır. Hətta, nifrət oyandıran…

Sual:

Sizin atanız yapon ədəbiyyatı müəllimi deyildi?

Murakami:

Düzdür. Bu həm də ata-oğul münasibəti idi. Mən qərb mədəniyyətinə meyl etdim: caz musiqisi, Dostoyevski, Kafka və Raymond Çandler. Bu mənim öz dünyam idi, təxəyyülümdə yaratdığım yer idi. Mən istəsəm Sankt-Peterburqa ya da Qərbi Hollivuda gedə bilərəm. Bu romanın gücüdür – sən hər yerə gedə bilərsən. İndi Birləşmiş Ştatlara getmək asandır – hamı dünyadakı hər hansı bir yerə gedə bilər – amma 1960-larda bu demək olar ki, mümkünsüz idi. Belə ki, sadəcə oxumaqla və musiqi dinləməklə mən ora gedə bilirdim. Bu bir növ təxəyyüldə yaradılmış yer idi, yuxu kimi idi.

Sual:

Və bu yazıçılığın bəzi nöqtələrinin əsasını qoydu.

Murakami:

Elədir. 29 yaşım olanda mən sadəcə “blue” haqqında roman yazmağa başladım. Nə isə yazmaq istəyirdim, amma necə yazacağımı bilmirdim. Mən bilmirdim ki, yaponca necə yazırlar –demək olar, yapon yazıçıların əsərlərindən heç nə oxumamışdım –beləliklə, mən bir vaxtlar amerikan və ya qərb kitablarından oxuduğum üslubu, strukturu – hər şeyi iqtibas etdim. Nəticədə, mən öz şəxsi orijinal üslubumu qurdum. Bu başlanğıc idi.

Sual:

Sizin ilk kitabınız çap olunandan sonra mükafat qazandınız və bu az-çox öz yolunuzu müəyyən etdi. Siz başqa yazıçılarla görüşməyə başladınız?

Murakami:

Yox, heç.

Sual:

Sizin öz müasirləriniz olan yazıçı dostunuz yoxdur?

Murakami:

Yox.

Sual:

Və bu keçən müddət ərzində siz sizə dost və ya həmkar olan biri ilə qarşılaşmadınız?

Murakami:

Yox.

Sual:

Günü bu gün, sizin yazıçı dostunuz yoxdur?

Murakami:

Yox, yoxdur.

Sual:

Sizin yazmaqda olduğunuz əsərinizi göstərdiyiniz biridəmi yoxdu?

Murakami:

Heç vaxt olmayıb.

Sual:

Bəs həyat yoldaşınız?

Murakami:

Deməli, mən ilk romanımın əlyazmasını göstərmişdim, amma o iddia edir ki, o onu heç vaxt oxumayıb. Düşünürəm ki, bu onda heç bir təəssürat yaratmamışdı.

Sual:

O təsirlənməyib…

Murakami:

Heç. Amma o ilk qaralama idi və çox dəhşətli idi. Mən yenidən və yenidən yazdım.

Sual:

Bəs indi, siz kitab üzərində işləyəndə o, sizin nə yazdığınızı öyrənmək üçün can atır?

Murakami:

O, mənim ilk oxucumdur, mən həmişə yazıram. Mən ona etibar edirəm. O, elə bil, bir növ mənim şərikimdir. Skott Fitzcerald kimi – Zelda onun ilk oxucusu idi.

Davamı var…

http://www.theparisreview.org/interviews/2/the-art-of-fiction-no-182-haruki-murakami#.UUqWXEpWpFc.twitter

--

--