Git Və GitHub. Ən Çox İstifadə Olunan Əmrlər (Part 3).

Sahil Appayev
Pragmatech
3 min readSep 5, 2020

--

Əvvəlki məqaləmizdə gitdə ilk repomuzu yaratdıq və onu remote GitHub repomuza push etdik. Bu push prosesini master branch-i üzərindən həyata keçirdik. Gəlin indi branch anlayışının özünə baxaq və branchların bizə nə kimi imkanlar yaratdığını nəzərədn keçirdək.

Branch — ingilis dilindən tərcümədə budaq, şaxə, qol mənasına gəlir. Bu hərfi mənalar gitdəki branch anlayışını demək olar ki, izah edir. Proyektimizi ilk dəfə git repoya əlavə edəndə onu master barnchı üzərindən push edirik və master branchı layihənin əsas qolu olur. Biz layihədə hər hansı yenilik edəndə master branchdan yeni branchlar yaradıb dəyişikliklərimizi həmin branchlar üzərində həyata kechirdirik və hər şey qaydasında gedərsə həmin branchları yenə master brancha merge edirik, yəni birləşdiririk.

Repomuzda mövcud branchlara baxmaq üçün repomuz olan ünvanda terminaldan git branch əmrini daxil etməliyik. Bu zaman mövcud olan bütün branchların siyahısı ekranda görünəcək(hal-hazırda aktiv olan branch xüsusi işarələnmiş şəkildə). Əgər yeni branch yaratmaq istəyiriksə git branch yeni_branch_adi şəklində əmr daxil edirik. Bu zaman yeni yaranmış branch bizim cari aktiv branchı istinad olaraq götürəcək onun bir kopyasını ehtiva edən bir şaxə yaradacaq. Biz yeni yaratdığımız brancha keçid etmək üçün isə git checkout yeni_branch_adi şəklində əmr daxil edirik. Və artıq bizim working directory yeni yaratdığımız brancha dəyişəcək və etdiyimiz bütün dəyişikliklər yeni branchda həyata keçəcək. Yuxarıda əmrləri ikisini özündə birləşdirən bir əmr də vardır ki, bu əmr yeni branch yaradır və cari iş sahəsini yeni yaranmış brancha keçirir: git checkout -b yeni_branch_adi

Lokalda yaratdığımız branchı remote-a daşımaq üçün git push -u origin yeni_branch_adi şəklində əmr daxil edirik və artıq lokalda yaratdığımız branch remote olaraq da yaranmış olacaq. Yaratdığımız branch üçərində nəzərdə tutduğumuz dəyişikliklər tamamlandıqdan sonra master və yaxud da birləşdirməyi nəzərdə tutduğumuz brancha keçid etdib (checkout) git merge yeni_branch_adi əmrini daxil edirik. Bu zaman yarana biləcək kod konfliktlərini ardan qaldırmaq haqqında buradan baxa bilərsiniz. Merge prosesi uğurla başa çatdıqdan sonra artıq yaratdığımız lokal və remote branchları silmək üçün müvafiq olaraq aşağıdakı əmrlərdən istifadə edirik.

Git haqqında danışmalı olduğumuz digər bir məsələ git clone əmridir. Hər hansı bir git reposu üzərində bir neçə şəxs və ya bir şəxs bir neçə kompüter üzərindən iş görürsə, bu zaman remote repodakı faylları başqa kömpüter üzərindən də iş görməyə əlçatan etmək üçün git clone əmrindən istifadə edirik. Bunun üçün clone etmək istədiyimiz reponun url ünvanını kopyalayıb yükləmək istədiyimiz qovluqda terminaldan git clone reponun_urli şəklində əmr daxil edirik. Bununla da remote ropadakı proyektin bir kopyası bizim kompüterimizdə yaranmış olur.

Biz kompüterimizdəki fayllar üzərində yenilik etməzdən əvvəl remote repoda hər hansı yeniliklər varsa onları lokal repoya əlavə etmək üçün git pull əmrini daxil etməliyik. Əgər biz git pull əmrini daxil etmədən lokal repoda sonradan etdiyimiz dəyişikilikləri push edə bilməyəcəyik. Buna alternativ kimi force push anlayışı (git push -f origin branch_adi) var ki, bu zaman remote repodakı commit-lər silinəcək və lokal repodakı dəyişikliklər remote repoya yüklənəcək.

Bu və öncəki məqalələr ilə artıq git üzərində kifayət qədər əməliyyatları icra etməyi öyrənmiş olduq. Gitin digər əmr və özəllikləri barədə növbəti məqalələrimizdə danışacağıq. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər.

--

--