Proqramlaşdırmada öyrənmə metodları
S01E05
Bu yazını oxumadan əvvəl aşağıdakı suallara artıq cavab verdiyini və işə başlamaq istədiyini qəbul edirəm
- Niyə proqramçı olmaq istəyirsən?
- Proqramçı olmaq istədiyindən əminsən mi?
- Proqramçı ola bilərəm görən? Bunu necə bilə bilərəm?
Proqramlaşdırma öyrənmə üçün bir yol seçmək tələb olunur. Yəni bir öyrənmə üslubun olmalıdır. Bu öyrənmə üslubu və yolu sənin hədəf və istəyindən asılı olaraq dəyişir. Dolayısı ilə nə əldə etmək istədiyini bir dəfə daha yox beş dəfə daha düşünməyini məsləhət görürəm.
Bütün yuxarıda sadalanan hədəfləri əldə edə bilmək üçün lazım olan öyrənmə metodlarını mən əsasən iki kategoriyaya bölürəm.
- Nəzəriyə əsaslı öyrənmə metodu
- Layihə əsaslı öyrənmə metodu
Hər iki öyrənmə metodu səbrlə tətbiq olunduğu zaman proqramçı olursan. Amma hər birinin fərqli yanaşma tərzi, fərqli tətbiq forması hətda fərqli fəlsəfəsi var. Hər ikisi eyni anda tətbiq oluna bilər mi? Xeyir (Bu mövzu müzakirəyə açıqdır. Yaxşı argumentlərlə mənim fikrimi cürüdən olsa mənim üçün çox maraqlı olar.)
Sənin hədəfini əldə etməyin üçün hansı yolu seçməli olduğunu hər iki metodu ətraflı şəkildə analiz etdikdən sonra izah edəcəm. Növbəti mərhələmiz bu metodların qarşılaşdırmalı analizi və geniş izahıdır. Bu yazıya keçmədən əvvəl
Mövzudan asılı olmayaq bu zamana qədər tətbiq etdiyin hər hansı bir öyrənmə metodun varmı?
Varsa o metodu gözünün önündə canlandır və nə qədər effektiv bir metod olduğunu analiz et özün üçün. Əyər yoxdursa öyrənmə metodları ilə bağlı internetdə bir az araşdırma etməyin pis olmaz.