İkinci beyin

Malik Mammadov
Star Gazers
Published in
7 min readAug 21, 2022

İş həyatında hamı o məqama çatır ki, artıq gündəlik işlərinizi unudursuz, hansısa ideyanızı yazmadan itirisiz və ya hansısa görüşə gecikirsiz. Bunun səbəbi iş yükünün çoxluqu və ətrafdan küllü miqdarda məlumatın bizim həyata daxil olmasıdır. Bu bir başa sizin produktivliyinizə təsir edir. Həmçinin məndə belə bir problem ilə qarşılaşdım. Düşündüm ki, yəgin ki dünyada təkcə mən deyiləm bu problem ilə yaşayan və bu mövzunu araşdırmaqa başladım.

Araşdırmalar

İnternetdə axtarış edərkən, “ikinci beyin” söz birləşməsi ilə tez tez qarşılaşmaqa başladım. Bir neçə video, məqalə və mən anladım ki axtardığım budur və mənim produktivliyimi artıra biləcək üsuldur.

İnternet “ikinci beyin” haqqında bunları yazır:

Building A Second Brain is a methodology for saving and systematically reminding us of the ideas, inspirations, insights, and connections we’ve gained through our experience. It expands our memory and our intellect using the modern tools of technology and networks

Tərcümə : İkinci beynin yaradılması bizim təcrübəmiz sayəsində əldə etdiyimiz ideyalar, ilhamlar, anlayışlar və əlaqələr haqqında mütəmadi olaraq xatırlatma və yadda saxlama metodologiyasıdır. Bu, müasir texnologiya və şəbəkə vasitələrindən istifadə edərək yaddaşımızı və intellektimizi genişləndirir

Əsas ideya ondan ibarətdir ki, aldığınız bilikləri və məlumatları səmərəli və vəxtında istifadə edə bilərsiz. Bu məqalədə, “ikinci beyin” dən çox, sınadığım və onların əsasında produktiv iş axının qurduğum app-lardan (mobil, web və kompyuter əlavələri) və alternativlərdən danışacam. Onu da deyim ki, istifadə etdiyim platforma MacOS və iOS-dır və digər platformda qeyd etdiyim app-lar olmaya bilər.

1. Qeyd əlavələri (Note Apps)
2. İşlərinizə nəzarət (To Do Apps)
3. Linkların toplanması (Link Saving Apps)
4. Sonradan oxuma (Read It Later Apps)
5. Kalendar (Calendar Apps)
6. Verilənlər bazası (Database Apps)

Qeyd əlavələri (Note Apps)

Craft, Noto, Apple Notes, Obsidian, Evernote, Google Keep, Bear App, Remnote

Qurmaq istədiyimiz sistemin təməlində qeydlər durur. Digər məqalədə Zettelkasten sistemından danışmışdım. Sistemı daha ətraflı anlamaq üçün məqalə ilə tanış ola bilərsiz.
İstər iş, istər təhsil və ya kitab yazmaqın əsası qeydlərdən başlayır. Rahat qeyd aparmaq üçün bizə nə lazımdır?

- Sürət (ümumi app performance)
- Mətnləri sazlamaq (başlıq, şrift, ölçülər və s.)
- Riyazi düstur və kod əlavə etmək
- Cədvəl qurmaq
- Tag-lar
- Media əlavə etmək imkanı
- Digər qeydə link
- İntuitiv istifadə (UX)

Qeyd olunan hər appı yükləyib bir neçə gün eyni işləri onlarda gördüm. Yuxarıda yazılan şərtlərə nəticədə uyğun olan Obsidian oldu, üstəlik pulsuz və multi platform olmaqıda üstünlük kimi saya bilərəm. Obsidian ilə siz şəxsi wiki qura bilərsiz, qurduğunuz məlumat əlaqələrini graph şəklində izləyə bilərsiz. Üstəlik proqramçıların bəyənə biləcəkləri məqamı markdown-u dəstəkləməyidir.

Graph nümunəsi

Digər nominasiyalar:
Ən sadə app — Apple Notes və Google Keep
Təhsil alanların nəzərinə — Remnote. Bu app ümümilikdə Obsidian-a bənzəyir amma bir məqam ilə nəzərimi cəlb etdi. Qeydləriniz istənilən hissəsini “sual-cavab kartı” kimi yadda saxlaya bilərsiz və app bir müddət sonra onu sizə sual kimi verə bilər. Bununla qeydləriniz həmdə öyrənməyə yönəlir.

Barəsində yazmadığım app-larıda yoxlamaq olar, onlar vizual olaraq gözəldilər və güclü mətn alətləri var. Amma hal hazırda işimə yarıyan Obsidian-dır.

İşlərinizə nəzarət (To Do Apps)

Things, Todoist, Apple Reminders, Microsoft To Do

İşlərimə nəzarət etmək və vaxtında yadıma salmaq üçün bu 4 app-ı sınadım. Onlardan gözlədiyim

- Sadə və görəcək işimi sürətli əlavə etmək imkanı
- Vaxtında yada salmaq (Todoist bölməsində açıqlama verəcəm)
- İşə media əlavə etmək imkanı
- Projectlər və ya qovluğlar yaratma
- Natural dili anlamaqı (misal: sabah saat 4də işə getmək. Tarixi anlayıb, birbaşa yada salamaqa əlavə etməsi )

Hər 4 app, qeyd etdiyim istəkləri tam ödüyür, amma bəzi nüanslar ilə. Things-da şəkil əlavə etmək üçün xüsusi düymə yoxdur və əlavəni drag n drop ilə işləməyini çox gec anladım. Digər mənfi cəhəd, mobil və kompyuter əlavələrin ayrı ayrı satılmağıdır (birdəfəlik 9.99 və 49.99 USD).

Todoist-ə gəldikdə, aylıq ödənişlidir və tam web-da yazılıb. Bu səbəbdən app-lar bir az gec işləyir və ümumilikdə app-dan çox web səhifəyə bənzəyir. Şəxsən mən özümü onun interface-da narahat hiss edirdim. Pulzus versiyasıda mövcuddur, amma yada salmaq funksiyası işləmir.

Apple Reminders — pulsuz, macOS və iOSda olan tam funksionallı əlavədir. Mənim seçimim bu app üzərində qaldı.

Microsoft To Do — Reminders kimi pulsuz, geniş funksiyalı və bütün mümkün olan platformalarda mövcuddur. Əgər siz Apple ekositemından kənardasız, onda bu əlavəni tövsiyyə edə bilərəm.

Apple Reminders

Linklərin toplanması (Link Saving Apps)

MyMind, Telegram

Internetdə olarkən tez tez maraqlı saytlar, alətlər və ya ilham almaq üçün müxtəlif media ilə qarşılaşırıq. Həmin an detallı baxmaqa imkan və vaxt olmur deyə, çox vaxt onları itiririk. Şəxsən mən, düşünürəm ki, linkləri bir yerə toplamaq üçün xüsusi bir tool-a ehtiyyac yoxdur və bu işi digər kateqoriyada olan app-lar ilə yerinə yetirmək olar. Amma mən özüm üçün bir yol seçmişəm : link-ları Telegram-da Saved Message bölümünə göndərib, boş vaxtım olanda açıb baxıb, lazım gəlsə məlumat bazamda saxlamaqdır. Amma bu təkcə link-lar ilə işləyir, böyük məqalə olduqda və onu sonradan rahat oxumaq istədikdə hansı applardan istifadə edirəm növbəti bölümdə danışacam.

Saved Message-a alternative kimi MyMind tövsiyə edə bilərəm. Bu app sadə linkləri yadda saxlamaq yox, moodborda bənzər iş yeri yaratmaq üçün yararlıdır + dərin süni intellekt axtarışa malikdir.

MyMind

Sonradan oxuma (Read It Later Apps)

Instapaper, Pocket, Raindrop

Bundan öncəki bölümdə linkləri yadda saxlamaqdan danışdır, bu bölümdə isə oxşar məntiqli app-lardan danışacayıq. Əsas fərq odur ki, sonradan oxuma app-larda böyük məqalələri yadda saxlamaq olar. Ola bilsin sizin iş axınınızda heç ehtiyyac olmayacaq onlara, amma özüm üçün bu tip app-lar çox yararlı sayıram. Həftə içi məqalələri yığıb, həftə sonu onuları bir bir oxuyuram. Üstəlik rahat kateqoriyalara bölmək və tag-lar ilə qeyd etmək olar.
App seçimi vaxtı, bu funksiyalara fikir verdim

- Baza funksiyalar pulsuz olmaqı
- Məqalə başlıq şəkilin görünməsi (çoxlu məqalələr arasında identifikasiya üçün)
- Tag-lar
- Tematik qovluğlar

Bunların hamısını ödəyən app Raindrop oldu. İstənilən platformda mövcuddur + browser əlavəsi mövcuddur.

Raindrop

Kalendar (Calendar Apps)

Fantastical, Cron, Google Calendar

Qeyd app-lar ilə yanaşı, işinizə böyük təsir göstərəcək app kalendardı. Amma bildiyiniz sadə tarix göstərən kalendar yox, daha dərin inteqrasiyalı kalendarlar. Dərin inteqrasiya dedikdə, to do app, mail və note app-lar dan məlumatları götürüb öz interface-na əlavə edən kelandarı nəzərdə tuturam. Üstəlik görüşləri və onların linklərini də əlavə etsə, o kalendarın dəyəri qat qat artır.
Bunları nəzərə alaraq, başladım axtarışa. Baza olaraq daima Google Calendardan istifadə edirdim. Amma daimə yenilik istədiyim üçün, digər app-ları sınamaqa başladım. 10 günlük sınaq müddətində 2 app arasında qaldım: Fantastical və Cron. Hər ikisi düşünülmüş interface-a malikdir və inteqrasiyalırı tam şəkildə istifadə edir. Amma nəticədə Fantastical-ı seçdim, çünki onun smartfon üçün əlavəsi var idi, Cron-da isə əlavə gələcək mərhələlərdə nəzərdə tutulub.

Fantastical

Verilənlər bazası (Database Apps)

Notion, Obsidian

Gəldik çıxdıq “ikinci beynin” təməlinə. Strukturlaşmış, müxtəlif app-ları birləşdirən və müxtəlif inteqrasiya və şablonlar uyğun işləyən app-a. Qızıl standart kimi Notion sayılır və hal hazırda bunu danmaq olmaz. Notion-u son 3 ildir ki işlədirəm və onun böyük addımlarnan inkişafını görürəm.

Notion kollaborativ və markdown dəstəkləyən bir alətdir və o özündə kanban board-ını, görüləcək işlərin manecerini, wiki strukturu qurmaq imkanını və nəhayət verilənlər bazasını özündə birləşdirir. Notion o qədər imkanlar yaradır ki, hətta öz portfoliomu orada saxlayıram

Nəticə

Son söz kimi onu qeyd edim ki, işlətdiyim üsullar və app-lar sizin üçün işləməyə bilər, amma ümid edirəm yazdıqlarım ən azından sizin üçün digər yönümdə və daha dərin araşdırmaqa təkan olacaq.

Sizə maraqlı ola biləcək linklər:

**How to Organise your Life — Building a Second Brain**
https://www.youtube.com/watch?v=K-ssUVyfn5g

**The ULTIMATE Second Brain Setup in Notion**
https://www.youtube.com/watch?v=vs8WQh2k-Ow

**The Second Brain — A Life-Changing Productivity System**
https://www.youtube.com/watch?v=OP3dA2GcAh8

**How I Study for Exams in Medical School (Notes with Remnote)**
https://www.youtube.com/watch?v=sH_i1xvI8tY

--

--