Giriş

S01E01

Samir Karimov
Pragmatech
2 min readJun 30, 2019

--

Bu yazı silsiləsinə başlamadan öncə xeyli düşündüm.Yazı yazmaq hələ də faydalı olabiləcək yazı yazmaq çox ciddi və qəliz işdir.Həm də proqramlaşdırma kimi bir sahədə internetde var olan bu qədər gözəl və doyurucu qaynaqların olduğu bir mühitdə niyə insanlar bu yazı silsiləsini oxusunlar deyə çox düşündüm.Bundan çox daha ciddi bir sual daha vardı beynimdə.Niyə Azərbaycan dilində yazı silsiləsi hazırlayım ki?Bu işin ana dilində olan qaynaqlardan (Texniki qaynaqları nəzərdə tuturam) daha yaxşı qaynaq ya da dakumentasiya hazırlaya biləcəyimə heç inanmıram.İkinci arqument isə bu sahədə olan insanlar 99% onsuz da işə ingilis dili öyrənməklə başlayırlar.İngilis dilini bilənlər əksəriyyət etibarı ilə ana dilində olan qaynaqlara (hansı ki yox dərəcəsindədir) yönəlmirlər.Bu səbəbdən texniki məqalələrin ana dilində yazılmasını hal hazırda yersiz zəhmət olaraq görürəm.

Bütün bunları nəzərə alaraq texniki yanaşmadan daha çox bu sahəyə başlamaq istəyənlər və hal hazırda Azərbaycanda olub bu sahə ilə məşqul olanlar üçün yol xəritəsi olabiləcək ya da getdikləri yola altertativ yol olabiləcək bir yazı silsiləsi hazırlamışam və mümkün olduqca (vaxt çərçivəsində) inkişaf etdirirəm.Yazıların hamısını eyni anda yerləşdırməyəcəm.Müəyyən abstrakt vaxtlarda paylaşacam.Zamanla keçmiş yazılar üzərində dəyişiklər edərək yaxşılaşdırmağa çalışıram.Bu adətən ilkin olaraq yaxın çevrəmdə olan bu sahədə təcrübəli insanlar və bəzi məqamlarda isə sektorla əlaqəsi olmayan insanların yazılara verdikləri düzəliş təklifləri nəticəsində olur.

Uzun yazıların oxunma faizinin aşağı olduğunu bildiyim üçün yazıları mümkün olduqca qısa tuturam.Hələ ki Medium platformasında qərar vermişəm.Gələcəkdə şərtlərə uyğun olaraq bu dəyişə bilər.Layihə təqribən 1 il davam edəcək.

Beləliklə maraqlı səyahətə xoş gəlmisən. Əyər səhvləri görüb daha gözəl alternativ təklif edəbiləksənsə kofeyə qonaq edə bilərəm.Yox əyər sadəcə “Mən bunu bəyənmədim.Bekara yazıdır.” fikrindəsənsə nə özünün nə də mənim dəyərli vaxtımı alma.

Layihəni facebook üzərindən də izləyə bilərsən

Yazıları müəyyən sıra ilə oxumağın daha faydalı olduğuna inandığım üçün siyahı formasında yerləşdirirəm.Yeni yazılar əlavə olunduqca bu siyahıdan rahat keçid əldə edə biləcəksiniz.

--

--